Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).

II. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri təsdiq edilsin (əlavə olunur).

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 1 iyun 2001-ci il.

¹ 135-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 iyun 2001-ci il, ¹ 137).

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (30 iyun 2001-ci il, ¹ 6, maddə 389).


«Azərbaycan Respublikası
Gömrük orqanlarının tanınma nişanı haqqında»
Azərbaycan Respublikasının
1 iyun 2001-ci il tarixli Qanunu ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Gömrük orqanlarının bayrağı haqqında
Əsasnamə

1. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı respublika gömrük orqanlarının şərəf və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası gömrük orqanlarının hər bir əməkdaşına Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək və gömrük xidməti intizamının tələblərinə əməl etmək borcunu xatırlatmaq üçündür.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, onun yerli orqanları və təşkilatları, eləcə də gömrük orqanlarının sərəncamında olan dəniz və çay gəmiləri Azərbaycan Respublikası gömrük orqanlarının bayrağını daşıyırlar.

3. Dəniz və çay gəmilərində istifadə olunan Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı hərəkətdə ikən qafeldə, dayanacaqda isə—arxa flaqştokda qaldırılır.


«Azərbaycan Respublikası gömrük
orqanlarının bayrağı haqqında»
Azərbaycan Respublikasının
1 iyun 2001-ci il tarixli, 135-IIQ saylı Qanunu ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının
Təsviri

Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı eninin uzunluğuna nisbəti 1:2 olan «Rənglərin standart nümunələri atlasının» 11/8 saylı rəng nümunəsinə uyğun açıq mavi (səma) rəngli düz dördbucaqlı ipək qumaşdan ibarətdir.

Bayrağın sol yuxarı hissəsində Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı təsvir edilmişdir.

Bayrağın aşağıdakı 1/3 hissəsində sol kənarından sağ kənarına istiqamətləndirilmiş ağ rəngli avtomobil, dəmir, dəniz və hava yollarının təsvirləri əks etdirilmişdir.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb