Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır
Qeydiyyat ¹ 183
09 avqust 1999-cu il
Nazir
S. HƏSƏNOVA

“Təsdiq edilmişdir”
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Göstəriş ¹ 14/001
30 iyul 1999-cu il
Sədr
K. HEYDƏROV

Azərbaycan Respublikasına müvəqqəti idxal edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edilməsinin bir sıra Məcələləri ilə bağlı

Göstəriş ¹ 14/001

30 iyul 1999-cu il

Azərbaycan Respublikasına müvəqqəti idxal edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edilməsi ilə bağlı hüquqi-normativ aktların icrası zamanı yaranmış çətinliklərin aradan qaldırılması məqsədi ilə respublikanın gömrük orqanlarına tapşırıram:

1. Azərbaycan Respublikası Gömrük Məcəlləsində və Gömrük işinə dair digər qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla, müvəqqəti idxal edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə azad edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.07.1998-ci il tarixli 160 ¹-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında müvəqqəti idxal (ixrac) edilən malların Gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edlməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1 yarımbəndində göstərilən məqsədlər üçün gətirilmiş və Gömrük orqanları tərəfindən bir il müvəqqəti idxal müddəti müəyyən edilmiş mallara şamil edilsin.

2. Gömrük rüsumları və vergilərdən qismən azadetmə zamanı Azərbaycan Respublikasının Gömrük Məcəlləsində və gömrük işinə dair digər qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla, bütün digər hallarda malların və nəqliyyat vasitələrinin müvəqqəti idxal (ixrac) rejimi ilə bəyan olunması üçün yük Gömrük Bəyannaməsinin qəbul edildiyi günə qüvvədə olan Gömrük rüsumları və vergilərin dərəcələri və gömrük dəyəri, habelə qismən azadetmə tətbiq olunan günə Azərbaycan Respublikası Milli Bankının xarici valyuta üçün müəyyən etdiyi məzənnə əsas götürülsün.

3. Qaydaların qüvvəyə mindiyi 1998-ci il iyulun 27-dək müvəqqəti idxal (ixrac) müddəti verilmiş və ya bu müddət 2 (iki) ilədək uzadılmış mallara və nəqliyyat vasitələrinə müddət başa çatanadək mövcud Qaydaların 3.1 yarımbəndi tətbiq olunmasın və müddət başa çatdıqdan sonra mallar və nəqliyyat vasitələri Qaydaların 3.2 yarımbəndinə uyğun olaraq rəsmiləşdirilsin.

4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xarici dövlətlərin respublika ərazisində fəaliyyət göstərən nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan mallar və nəqliyyat vasitələri mövcud qanunvericiliklə gömrük rüsumları və vergilərdən azad edildiyi təqdirdə Qaydalar onlara şamil edilməsin.

5. Bu göstərişin 4-cü bəndində göstərilən məqsədlər üçün müvəqqəti idxal edilmiş mallar və nəqliyyat vasitələri sərbəst dövriyyə üçün buraxılış rejimi ilə bəyan edildikdə, həmin günə qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri, Azərbaycan Respublikası milli Bankının xarici valyutalar üçün müəyyən etdiyi məzənnə, müvəqqəti idxal rejiminə bəyan olunan günə müəyyən edilmiş gömrük dəyəri əsas götürülsün.

6. Gömrük rüsumları və vergilərin ödənişindən azad olunmaqla gömrük güzəştləri əldə etmiş şəxslər tərəfindən müvəqqəti idxal rejimi seçilmiş mallar və nəqliyyat vasitələri üçün həmin güzəştlərin qüvvədə olduğu dövrə gömrük rüsumları və vergilərin ödənişindən qismən azad etmə tətbiq olunmasın.

7. Gömrük rüsumları və vergilərin ödənişindən qismən azad olunmaqla müvəqqəti idxal (ixrac) rejimində gömrük rüsumları və vergilərinin ödənişindən faktiki istifadə olunmuş və ya uzadılmış möhlət müddətinə görə Respublika Milli Bankınin verdiyi kreditlər üzrə həmin bankın müəyyən etdiyi dərəcələrə uyğun olaraq borc məbləğindən faizlər və hər bir gecikdirilən gün üçün borc məbləğinin 0,3 faizi miqdarında peniya alınması və dövlət büdcəsinə köçürülməsi təmin edilsin.

8. Nəzərə alınsın ki, Qaydaların 2.1.2 yarımbəndi tikinti işlərinin aparılması, təbii resursların kəşfiyyatı, hasilatı, digər torpaq-qazma işlərinin aparılması üçün xarici hüquqi və fiziki şəxslər (ixracda Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri) tərəfindən gətirilən xüsusi mexanizmlərə, maşınlara, onların ləvazimatları və ehtiyat hissələrinə şamil olunur.

9. Qaydalar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olunmaqla digər fiziki şəxslərə şamil edilməsin.

Komitənin sədri

K. F. HEYDƏROV


Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi Aktlarının Bülleteni, ¹ 1, 2000-ci il («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb