Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Elektrik və istilik enerjisinin,
təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi və dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları arasında
qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə Qaydaların təsdiq
edilməsi haqqında
Qərar ¹ 44
Bakı şəhəri, 18 mart 2002-ci il
«Azərbaycan Respublikasının 2002-ci
il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanının 5-ci bəndinin
21-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. «Elektrik və istilik enerjisinin,
təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları
arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə Qaydalar»
təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə tapşırılsın ki, hər növbəti ilin dövlət büdcəsini
tərtib edərkən büdcədən maliyyələşən təşkilatların istehlak etdikləri
elektrik və istilik enerjisinin, təbii qazın, suyun dəyərinin
ödənilməsi üçün büdcə ayırmalarının məbləğini müvafiq olaraq istehlakın
həcmi üzrə nəzərdə tutulmuş limitə uyğun olaraq müəyyən etsin.
3. Büdcədən maliyyələşən təşkilatların
kommunal xidməti təşkilatlarına, həmin təşkilatların isə dövlət
büdcəsinə olan borclarının və digər fəaliyyətlər üzrə borcların
qarşılıqlı əvəzləşdirilməsinə yol verilmir.
4. Müəyyən olunsun ki, dövlət
büdcə vəsaitlərinin baş sərəncamçılarının müvafiq vəzifəli şəxsləri
müəyyən edilmiş qaydada maliyyələşdirilmiş elektrik və istilik
enerjisinin, təbii qazın və suyun istehlakı haqqının vaxtında
ödənilməsinə və müəyyən edilmiş limitdən artıq (büdcədənkənar
vəsaitləri istisna olmaqla) kommunal xidmətlərindən (elektrik
və istilik enerjisi, təbii qaz, su) istifadəyə yol verilməsinə
görə məsuliyyət daşıyırlar.
5. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq
büdcə təşkilat və idarələrinin xidmət xərclərinin mütəmadi maliyyələşdirilməsini
həyata keçirsin. Cari ildə görülmüş və ödənilməyən iş və xidmətlərin
dəyəri qəbul edilmiş öhdəlik məbləğlərinə uyğun növbəti ildə ödənilsin.
6. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (31 mart 2002-ci il, ¹ 2, maddə 147) («AzerSoft»).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 18 mart tarixli 44 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Elektrik və istilik enerjisinin,
təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi və dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları arasında
qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə
Qaydalar
1. Bu Qaydalar elektrik və istilik
enerjisinin, təbii qazın və suyun istehlak haqqının vaxtında ödənilməsinə
nəzarətin həyata keçirilməsi üzrə elektrik və istilik enerjisinin,
təbii qazın, suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi və nazirliklər, komitələr, büdcədən maliyyələşən idarə
və təşkilatlar (bundan sonra—dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları)
arasında qarşılıqlı münasibətləri tənzimləyir.
2. Dövlət büdcəsi vəsaitinin baş
sərəncamçıları qanunvericiliklə müəyyən olunmuş müddətdə növbəti
büdcə ili üçün istehlak ediləcək elektrik və istilik enerjisinin,
təbii qazın və suyun natural göstəriciləri və dəyəri barədə proqnozu
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir və
növbəti büdcə ili üçün dövlət büdcəsi haqqında qanun təsdiq edildikdən
sonra bir ay müddətində elektrik və istilik enerjisinin, təbii
qazın və suyun satıcıları ilə (bundan sonra—satıcılar) büdcədə
nəzərdə tutulmuş limit həddində qüvvədə olan qiymətlərlə elektrik
və istilik enerjisinin, təbii qazın və suyun tabeli təşkilatlar
tərəfindən istehlakını, il və rüblər üzrə natural göstəricilərini
və dəyərini ikitərəfli qaydada protokol tərtib etməklə rəsmiləşdirirlər.
3. İllik və rüblük (aylıq) xidmət
xərcləri üzrə büdcədə nəzərdə tutulmuş limitlər rəsmiləşdirildikdən
sonra dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları on gün müddətində
onları öz tabe təşkilatlarına və satıcılara çatdırırlar. Satıcılar
isə öz növbəsində həmin limitləri müvafiq olaraq öz tabe təşkilatlarına
çatdırırlar.
4. Tabeli təşkilatlar xidmət xərcləri
üzrə büdcədə nəzərdə tutulmuş limitləri alandan sonra satıcılarla
yeni büdcə ili başlayanadək, yəni 31 dekabr tarixinə qədər büdcə
vəsaiti hesabına təmin olunan müqavilələr bağlayırlar.
Elektrik və istilik enerjisi,
təbii qaz və su verilməsinin natural göstəriciləri büdcədə nəzərdə
tutulmuş limitlər əsasında (qüvvədə olan qiymətlərlə) müəyyənləşdirilir.
Dövlət büdcəsi vəsaitinin baş
sərəncamçıları və onun tabeli təşkilatları ayrılmış limit çərçivəsində
elektrik və istilik enerjisi, təbii qaz və su istehlak edirlər
və onun dəyərinin ödənilməsinə cavabdehlik daşıyırlar. Büdcədənkənar
vəsaitləri olan büdcə təşkilatları limitdən artıq elektrik və
istilik enerjisi, təbii qaz və su tələbatına görə əsas müqaviləyə
əlavə razılaşma imzalamalıdırlar. Bu zaman onlar limitdən artıq
istehlak etdikləri elektrik və istilik enerjisinin, təbii qaz
və suyun haqqını öz büdcədənkənar vəsaitləri hesabına ödəyirlər.
5. Dövlət büdcəsi vəsaitinin baş
sərəncamçıları satıcılara istehlak olunmuş elektrik və istilik
enerjisi, təbii qaz və su üçün faktiki olaraq hər ay yaranmış
borc həcmində ödənişi növbəti ayın 15-nə qədər həyata keçirirlər.
6. Tabeli təşkilatlar müqavilə
bağlandıqdan sonra müvafiq sənədləri üç gün müddətində yerli maliyyə
orqanlarına təqdim edirlər. Bu zaman yerli maliyyə orqanları tabeli
təşkilatların büdcə öhdəliklərini qeydiyyata aldığı barədə müqavilənin
əlavə nüsxəsində qeydlər edirlər.
7. Yerli maliyyə orqanları hər
rüb ilin əvvəlindən artan yekuna uyğun xidmət xərcləri barədə
məlumat hazırlayır və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
təqdim edirlər.
8. Dövlət büdcəsi vəsaitinin baş
sərəncamçıları:
- xidmətlər üzrə büdcə xərclərinin maliyyələşdirilməsi
həcmlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən
aldıqdan sonra beş gün müddətində satıcılara elektrik və istilik
enerjisi, təbii qaz və suyun istehlakının ödənilməsi üçün nəzərdə
tutulmuş öhdəliklər barədə məlumat verirlər;
- satıcılar ilə birlikdə hər ay ödəniş qrafiki
tərtib edir və həmin qrafiklərin surətlərini Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təqdim edirlər;
- razılaşdırılmış qrafiklər əsasında hər ay elektrik
və istilik enerjisi, təbii qaz və suyun istehlakı haqqının ödənilməsi
üçün reyestrlər tərtib edir və onları Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə təqdim edirlər.
9. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi hər ay elektrik və istilik enerjisi, təbii qaz
və suyun istehlakının ödənilməsi üçün dövlət büdcəsi vəsaitinin
baş sərəncamçılarına açılmış vəsaitlər barədə satıcılara məlumat
verir.
10. Dövlət büdcəsi vəsaitinin
baş sərəncamçıları hər rübün birinci ayının 20-nə kimi elektrik
və istilik enerjisi, təbii qaz və suyun istehlakı haqqının ödənilməsinə
yönəldilmiş büdcə vəsaitlərinin məbləği barədə satıcılara məlumat
verirlər.
© AzerSoft