Azərbaycan Respublikasının Nazirlər
Kabineti
«Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91
nömrəli qərarına əlavə edilməsi barədə
Qərar ¹ 65
Bakı
şəhəri, 15 aprel 2002-ci il
Azərbaycan Respublikasının Yanacaq
və Energetika Nazirliyinin, Dövlət Neft Şirkətinin və Dövlət Neft
Fondunun İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə
Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərini
nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. «Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci
il 22 aprel tarixli 91 nömrəli qərarına aşağıdakı mətndə yeni
4.6-cı yarımbənd əlavə edilsin:
«4.6. Azərbaycan Respublikasına,
o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri
haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi
nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin
Azərbaycan Respublikası Dövlət Neft Fonduna hər hansı şəkildə
təqdim edilməsi üzrə əməliyyatlar».
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan
Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30
aprel 2002-ci il ¹ 4, II kitab, maddə 209) («AzerSoft»).
© AzerSoft