Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
«Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə gətirilən mallara texniki, tibbi, əczaçılıq, sanitar, baytar və fitosanitar normaların, qaydaların və tələblərin tətbiq edilməsi haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2001-ci il sentyabrın 28-də Moskva şəhərində Azərbaycan Respublikası tərəfindən xüsusi rəy ilə imzalanmış «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə gətirilən mallara texniki, tibbi, əczaçılıq, sanitar, baytar və fitosanitar normaların, qaydaların və tələblərin tətbiq edilməsi haqqında» Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 12 fevral 2002-ci il

¹ 257-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (03 aprel 2002-ci il, ¹ 74).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2002-ci il, ¹ 4, 1-ci kitab, maddə 160) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb