Olkəmizdən kənara nə qədər balıq kürüsü çıxarmaq olar?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»na əsasən fiziki şəxslər 125 qrama qədər balıq kürüsünü Azərbaycan Respublikasından kənara çıxara bilərlər.