Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi və Qazaxıstan Respublikası Dövlət
Gəlirləri Nazirliyinin Gömrük Komitəsi arasında
qarşılıqlı yardım göstərilməsi qaydaları
haqqında
Memorandum
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi və Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyinin
Gömrük Komitəsi bundan sonra Tərəflər adlandırılacaq,
10 iyun 1997-ci il tarixdə Almatı
şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan
Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq
haqqında Sazişin (bundan sonra Saziş) 16-cı maddəsinə əsaslanaraq,
Sazişin həyata keçirilməsi mexanizmini
müəyyən etmək məqsədilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər bu Memorandumun I və
II Əlavələrində göstərilən mərkəzi aparatların və ayrı-ayrı gömrükxanaların
müəyyən bölmələrinin rəhbərlərinə Sazişdə göstərilən müddəaları
həyata keçirmək məqsədilə birbaşa əlaqələr yaratmaq və saxlamaq
səlahiyyəti verilir.
Zəruri hallarda hər bir Tərəf
digər Tərəfi xəbərdar etməklə Əlavələrdə dəyişikliklər və əlavələr
edə bilər.
Maddə 2
Sazişin fəaliyyətini qiymətləndirmək
və Gömrük orqanlarının fəaliyyətinə dair digər aktual sualları
müzakirə etmək məqsədilə gömrük idarələri rəhbərlərinin görüşü
iki ildə bir dəfə keçiriləcəkdir.
Maddə 3
Əməkdaşlıq haqqında Sazişə əsasən,
gömrük idarələri sorğu əsasında yüksək gömrük rüsumları təyin
edilmiş mallar və gömrük dəyərinin aşağı salınması barədə məlumatla
təmin edəcəklər və həmçinin idxal və ixrac zamanı qadağan və məhdudiyyətlər
tətbiq edilən malların siyahılarını mübadilə edəcəklər.
Maddə 4
1. Əməkdaşlıq haqqında Saziş çərçivəsində
yardım göstərmək haqqında sorğular və onlara cavablar yazılı surətdə,
o cümlədən faks, teleks və ya digər rabitə vasitələrilə təqdim
olunacaqlar.
2. Təxirəsalınmaz hallarda sorğular
şifahi surətdə qəbul oluna bilər, lakin onlar təcili olaraq yazılı
formada təsdiq olunmalıdırlar. Sorğu edən Tərəfin tələbilə faks,
teleks, yaxud digər rabitə vasitələrilə verilmiş məlumatlar məktubla
təsdiq olunur.
3. Sorğu alan gömrük idarəsi təcili
olaraq tələb olunan məlumatları və sənədləri təqdim edir.
Maddə 5
Yardım göstərilməsi haqqında sorğu
rus, ingilis dillərində və ya sorğu ünvanlamış Tərəf üçün münasib
sayılan başqa dildə təqdim ediləcəkdir.
Maddə 6
Yardım göstərilməsi haqqında sorğuya
aşağıdakı məlumatlar daxildir:
a) sorğu edən gömrük idarəsinin
adı;
b) tələb olunan tədbirlər;
v) sorğunun mövzusu və səbəbi;
q) sorğuya aid olan qanunlar
və digər normativ aktlar;
d) barəsində təhqiqat həyata
keçirilən fiziki və hüquqi şəxslər haqqında daha dəqiq və müfəssəl
məlumat.
Maddə 7
Bu Memorandum imzalandığı gündən
qüvvəyə minir və Sazişə müvafiq olaraq fəaliyyətini dayandırır.
Bakı şəhərində «7» aprel 2000-ci
il tarixdə Azərbaycan, qazax və rus dillərində iki nüsxədə imzalanmışdır,
bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi adından
|
Qazaxıstan Respublikası
Dövlət Gəlirləri Nazirliyinin
Gömrük Komitəsi adından
|
Əlavə 1
Xarici ölkələrin Gömrük orqanları
ilə birbaşa əlaqələr saxlayan səlahiyyətli şəxslərin siyahısı
Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyinin
Gömrük Komitəsi
Qazaxıstan, 473000 Astana, Puşkin
küçəsi, 166
Nukenov
Maratkalı Ordabayoğlu |
Sədr |
Tel.:
(3172) 752902,
faks (3172) 753109, 753016 |
Kunanbayev
Dauren Aşurbeyoğlu |
Sədrin
müavini |
Tel.:
(3172) 750447 |
Yumambayev
Beybit Teneloğlu |
Sədrin
müavini |
Tel.:
(3172) 117701 |
Nurqəliyeva
Səile Məhəmmədrəhimqızı |
Beynəlxalq
münasibətlər idarəsinin rəisi |
Tel.:
(3172) 752818 |
Baybolov
Muxtar Kazbekoğlu |
Gömrük
rejimlərinə və gömrük rəsmiləşdirilməsinə Nəzarətin təşkili
Baş İdarəsinin rəisi |
Tel.:
(3172) 752814 |
Yumambekov
Bolat Axaşbekoğlu |
Gömrük
gəlirləri Baş İdarəsinin rəisi |
Tel.:
(3172) 752913 |
Kabdraxmanov
Dulan Tokenoğlu |
Qaçaqmalçılıq
və gömrük qaydalarının pozulması ilə mübarizə üzrə Baş İdarənin
rəisi |
|
Əlavə 2
Xarici ölkələrin Gömrük orqanları
ilə birbaşa əlaqələr saxlayan səlahiyyətli şəxslərin siyahısı
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Azərbaycan, Bakı 370073, İnşaatçılar
Prospekti, 2
Heydərov Kəmaləddin Fəttah
oğlu
|
Sədr
|
Tel.: (99412) 4388080
Faks: (99412) 4 981836
|
Əliyev Aydın Əli oğlu
|
Sədrin 1-ci müavini
|
Tel.: (99412) 4389262
|
Mirzəyev Rəfael Xalid
oğlu
|
Sədrin müavini
|
Tel.: (99412) 4383445
|
Həsənəliyev Rza Cahangir
oğlu
|
Sədrin müavini
|
Tel.: (99412) 4 972135
|
Bağırov Şahin Soltan oğlu
|
Gömrük Nəzarətinin Təşkili
Baş İdarəsinin rəisi
|
Tel.: (99412) 4 977460
|
Muradov Güloğlan Babasən
oğlu
|
Qaçaqmalçılıq və Gömrük
Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi
|
Tel.: (99412) 4386324
|
Vahabov Mirqasım Fazil
oğlu
|
Maliyyə-Tarif və Valyuta
Nəzarəti Baş İdarəsinin rəisi
|
Tel.: (99412) 4387497
|
Yusifov Ceyhun Ramiz oğlu
|
Xarici Əlaqələr Şöbəsinin
rəisi
|
Tel./faks: (99412) 4934067
Tel.: (99412) 4380019
|
24 mart 2000-ci il tarixli 655 saylı Sərəncamı
ilə təsdiq edilmişdir («AzerSoft»).
© AzerSoft