| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
"İxrac nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun
icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
fərmanı
Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli
609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2 nömrəli
əlavəsinin "ixrac" bölməsinin dördüncü abzasında "İxtiralar, "Nou
Hau" və elmi-tədqiqat işlərinin nəticələri" sözlərindən sonra "(ixrac
nəzarətinə düşənlər istisna olmaqla)" sözləri əlavə edilsin.
2. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 avqust 2005-ci il
|
|
|
|
|
|
|