Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında «Gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati yardım haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında «Gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati yardım haqqında» 2002-ci il yanvarın 30-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 9 aprel 2002-ci il

¹ 295-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 may 2002-ci il, ¹ 107)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, ¹ 5, maddə 229) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb