Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri, narkotik vasitələr, psixotrop və digər maddələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində Əməkdaşlıq Memorandumu»nun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2002-ci il yanvarın 22-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri, narkotik vasitələr, psixotrop və digər maddələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində Əməkdaşlıq Memorandumu» təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 12 iyun 2002-ci il

¹ 948

«Azərbaycan» qəzetində dərc edilmişdir ( 15 iyun 2002-ci il, ¹ 135) («AzerSoft»).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, ¹ 6, maddə 355).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb