Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

Rusiya Federasiyası və Azərbaycan Respublikası yanacaq-enerji komplekslərinin əməkdaşlığı üzrə koordinasiya Komitəsi haqqında

Qərar ¹ 227

Bakı şəhəri, 7 iyun 1994-cü il.

Rusiya Federasiyasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikası Hökuməti arasında 20 noyabr 1993-cü il tarixində Bakı şəhərində imzalanmış Sazişin (əlavə olunur) həyata keçirilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Rusiya Federasiyasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikası Hökuməti arasında bağlanmış Sazişin 5-ci maddəsinə əsasən Bakı şəhərində yerləşməklə, yanacaq-enerji komplekslərinin əməkdaşlığı üzrə Koordinasiya Komitəsi yaradılsın.

2. Azərbaycan Respublikası tərəfindən əməkdaşlıq üzrə koordinasiya Komitəsinin tərkibinə aşağıdakı müvəkkil şəxslər daxil edilsin:

N.A.Əliyev

Dövlət Neft Şirkətinin prezidenti

T.Ə.Hüseynov

«Azəriqaz» Dövlət Şirkətinin prezidenti

M.M.İmanov

«Azərenerji» Dövlət Şirkətinin prezidenti

S.Y.Quliyev

«Azneftkimyamaş» Dövlət Şirkətinin vitse-prezidenti

3. Nəzərə alınsın ki, Rusiya Federasiyasının Yanacaq və Energetika Nazirliyinin təklifi ilə əməkdaşlıq üzrə Koordinasiya Komitəsinə Rusiya Federasiyası tərəfindən aşağıdakı müvəkkil şəxslər daxil edilmişdir.

V.A.Dvureçenskiy

Rusiya Federasiyasının yanacaq və energetika Nazirinin müavini

V.S.Ulyanov

Rusiya Federasiyasının Yanacaq və Energetika Nazirliyi Xammal bazasının inkişafı və geoloji-kəşfiyyat işləri Baş idarəsinin rəisi

İ.N.Çernov

«Rosneft» Dövlət müəssisəsi dənizdə neft və qaz yataqlarının mənimsənilməsi Departamentinin direktoru

V.N.Korniyenko

«Rosneft» Dövlət müəssisəsi yeni regionların mənimsənilməsi Departamentində şöbə müdirinin müavini

4. Yanacaq-enerji komplekslərinin əməkdaşlığı üzrə Koordinasiya Komitəsinin səmərəli fəaliyyətinin təşkili məsələləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə həvalə edilsin.

Baş nazir

S.HÜSEYNOV

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb