Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası vətəndaşları tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən və ya onların ünvanına göndərilən gömrük rüsumu tutulmalı olan malların siyahısının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

«Ticarətin liberallaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 13 avqust tarixli 138 nömrəli Fərmanına müvafiq olaraq qərara alıram:

1. Azərbaycan Respublikası vətəndaşları tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən və ya onların ünvanına göndərilən gömrük rüsumu tutulmalı olan malların siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 10 gün müddətində bu siyahıya daxil olan mallar üzrə gömrük rüsumlarının miqdarlarını müəyyən etsin.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY

Bakı şəhəri, 15 sentyabr 1992-ci il

№ 133

«Azərbaycan Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir (15 sentyabr 1992-ci il, № 17(870), maddə 801)


Azərbaycan Respublikası Prezidentinin
1992-ci il 15 sentyabr 133 nömrəli sərəncamı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası vətəndaşları tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən və ya onların ünvanına göndərilən gömrük rüsumu tutulmalı olan malların siyahısı

Ərzaq malları

Spirtli içkilər

Pivə

Tütün məmulatı

Qeyri-ərzaq malları

1. Dəri-xəz və kürk məmulatları

2. Təbii ipək parçaları

3. Xalça və xalça məmulatı

4. Məişət sərinkeşləri

5. Məişət soyuducuları

6. Ventilyatorlar

7. Sintetik yuyucu maddələri


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb