Azərbaycan Respublikasının Nazirlər
Kabineti
«Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə
görə alınan yığımların miqdarı haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən
mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»ndə dəyişikliklər
edilməsi barədə
Qərar ¹ 138
Bakı şəhəri, 22 avqust 2002-ci il
Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri,
gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel
tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının
ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»ndə
«720711140», «720711160», «721631110» (yalnız hündürlüyü 100 mm-ə
qədər olan), «721650100», «721650990» mal mövqelərinin 5% tarif
dərəcələri və «721499100», «730610110» mal mövqelərinin 10% tarif
dərəcələri 15% tarif dərəcəsi ilə əvəz edilsin.
2. Bu qərar 2002-ci il sentyabrın
1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (31 avqust 2002-ci il, ¹ 8, maddə 549) («AzerSoft»).
© AzerSoft