Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsi arasında mədəni sərvətlərin qanunsuz aparılması və gətirilməsi ilə mübarizədə əməkdaşlıq haqqında
Protokol

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Dövlət Gömrük Komitəsi,

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin 1994-cü il 15 aprel tarixli qanunsuz aparılan və gətirilən mədəni sərvətlərin saxlanılması və qaytarılması məsələləri üzrə gömrük xidmətlərinin əməkdaşlığı barədə Sazişi rəhbər tutaraq,

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin hökumət başçıları Şurası tərəfindən 9 oktyabr 1997-ci il tarixdə təsdiq edilmiş qanunsuz aparılan və gətirilən mədəni sərvətlərin qaytarılması qaydalarına dair Əsasnamənin Rusiya Federasiyasında hələ qüvvəyə minmədiyini nəzərə alaraq, lakin iki ölkənin mədəni irsinin qanunsuz aparılmasının qarşısının alınması sahəsində işin gücləndirilməsini arzu edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Azərbaycan Respublikası və Rusiya Federasiyasının gömrük sərhədlərindən, Azərbaycan Respublikası və ya Rusiya Federasiyasına məxsus olan mədəni sərvətlərin qanunsuz keçirilmə faktı aşkara çıxarılan zaman, yaxud pozuntuda şübhəli bilinən şəxslər göstərilən dövlətlərin vətəndaşlarıdırsa, Tərəflər qarşılıqlı surətdə və bir həftə müddətində bir-birlərinə aşağıdakıları təqdim edirlər:

  • mədəni sərvətlərin aşkara çıxarılması və saxlanılması hallarına dair Tərəflərin qüvvədə olan qanunvericiliyinin tələblərinə zidd olmayan məlumatı;
  • götürülmüş sərvətlərin təsviri və fotoşəkilləri;
  • əgər göstərilənlər hər bir Tərəfin dövlətinin qüvvədə olan qanunvericiliyinin müddəalarına zidd deyilsə, mədəni sərvətlərin qanunsuz aparılması və gətirilməsi ilə bilavasitə əlaqəsi olan hüquqi və fiziki şəxslər haqqında məlumatları;
  • mədəni sərvətlərin daşındığı nəqliyyat vasitələri və onların gizlətmə üsulları barədə məlumatları;

Maddə 2

Tərəflər bir-birini ilkin sorğu olmadan da mədəni sərvətlərin qanunsuz aparılması və gətirilməsi metodları və üsulları barədə məlumatlandıracaqlar.

Maddə 3

Tərəflər nəzərə alırlar ki, bu Protokola uyğun olaraq təqdim olunan məlumat yalnız mədəni sərvətlərin qanunsuz aparılması və gətirilməsi ilə mübarizə məqsədi üçün istifadə olunacaqdır.

Tərəflər, digər Tərəfin razılığı olmadan üçüncü tərəfə, həmçinin kütləvi informasiya vasitələrinə bu Protokolun həyata keçirilməsi zamanı əldə olunan məlumatları vermək niyyətində deyillər.

Maddə 4

Hazırki Protokolun şərhi və tətbiq edilməsi ilə bağlı yarana bilən bütün məsələlər danışıqlar yolu ilə həll olunacaqdır.

Maddə 5

Bu Protokol beş il müddətinə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla Tərəflərin bir-birinə göndərdikləri sonuncu yazılı bildirişin günündən qüvvəyə minir.

Hazırki Protokolun qüvvəsi növbəti beşillik müddətə avtomatik olaraq uzadılacaq və Tərəflərdən biri digər Tərəfə onun qüvvəsini ləğv etmək niyyəti barədə yazılı bildiriş göndərdiyi tarixdən altı ay keçənədək öz qüvvəsini saxlayacaqdır.

Bakı şəhərində 10 aprel 2002-ci ildə iki əsl nüsxədə Azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi adından

Rusiya Federasiyası
Dövlət Gömrük Komitəsi adından


Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 1020 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb