Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

Müəssisə və təşkilatların məhsul (iş, xidmət) ixracından alınan valyuta vəsaitindən ayırmaların Azərbaycan Respublikası Vahid Valyuta Fonduna köçürülməsi qaydaları haqqında

Qərar ¹ 251

Bakı şəhəri, 27 iyun 1994-cü il

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 25 aprel tarixli 135 saylı «Azərbaycan Respublikası Vahid Valyuta Fondunun yaradılması və ondan istifadə olunması qaydalarının təsdiqi haqqında» Fərmanına və həmin tarixli 77 nömrəli Sərəncamına uyğun olaraq, respublika Vahid Valyuta Fondunun formalaşdırılma sisteminin təkmilləşdirilməsi, respublikada təxirəsalınmaz sosial-iqtisadi problemlərin həlli və iqtisadiyyatın sabitləşdirilməsi üçün valyuta gəlirlərinin artırılmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Mülkiyyət formasından asılı olmayaraq, müəssisələr, birliklər və təşkilatlar (sonralar müəssisələr) Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 25 aprel tarixli 77 saylı Sərəncamı ilə təsdiq olunmuş normativlərə əsasən (əlavə olunur) malların (işlərin, xidmətlərin) ixracından və digər xidmətlərdən, fəaliyyətlərdən alınan valyuta gəlirlərindən ayırmaların respublika Vahid Valyuta Fonduna köçürülməsini təmin etsinlər.

2. Azərbaycan Respublikası müəssisələrinin istehsalat tələbatının ödənilməsi üçün MDB və Baltikyanı ölkələrdə yerləşən müəssisələrdən ehtiyat hissələri, xammal və məmulatlar alınması zəruriliyini nəzərə alaraq, müəssisələrin MDB və Baltikyanı ölkələrə malların (işlərin, xidmətlərin) ixracından həmin ölkələrin milli valyutalarında aldıqları valyuta gəlirlərindən respublika Vahid Valyuta Fonduna köçürüləcək ayırmalar Azərbaycan Respublikası Prezidentinin 1994-cü il tarixli 77 saylı sərəncamı ilə təsdiq olunmuş müvafiq mallar (iş, xidmətlər) üzrə valyuta ayırmaları normativlərinin 50 faizi həcmində müəyyən edilsin.

3. Müəyyən edilsin ki:

a) müəssisələrin əməliyyatlar aparmaq metodlarından (müstəqil və ya vasitəçiliklə) və sövdələrin xarakterindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində və xaricdə malların (işlərin, xidmətlərin) satış və ixracından həmin əməliyyatlar üzrə xarici valyutada çəkilən xərclər çıxılmaqla əldə etdikləri valyuta vəsaitləri müəssisələrin valyuta gəlirləridir və həmin gəlirlərdən müvafiq qaydada Respublika Vahid Valyuta Fonduna ayırmalar köçürülür;

b) xaricə mal göndərənlərin və xaricdən mal alanların, habelə xarici müştərilərin xarici valyuta ilə daşınma, sığorta müşayiət etmə xərclərinin ödəmələri dəmiryol, avtomobil, hava, dəniz və çay nəqliyyatı, sığorta və müşayiət etmə (ekspeditor) müəssisə və təşkilatların valyuta gəlirini təşkil edir (daşınma, sığorta və müşayiət etmə ilə bağlı xarici valyuta xərcləri çıxılmaqla) və həmin gəlirdən müvafiq qaydada respublika Vahid Valyuta Fonduna ayırmalar köçürülür;

v) xarici müştərilərlə vasitəçilik və kommersiya əməliyyatları aparan müəssisələrin həmin əməliyyatlardan əldə etdikləri valyuta onların valyuta gəlirləridir və həmin gəlirlərdən müvafiq qaydada respublika Vahid Valyuta Fonduna ayırmalar köçürülür;

q) müəssisələrin valyuta gəlirlərindən müvafiq qaydada respublika Vahid Valyuta Fonduna ayırmaları köçürdükdən sonra sərəncamlarında qalan vəsait hesabına investisiyalardan, qiymətli kağızlardan, vəsaitin depozit, pay və digər formalarda yerləşdirilməsindən xarici valyutada aldıqları dividendlər və ya gəlirin bütün məbləği onların valyuta hesablarına köçürülür və bu vəsaitdən respublika Vahid Valyuta Fonduna ayırmalar edilmir;

e) Azərbaycan Respublikası hüquqi şəxslərinin ünvanına humanitar yardım və xeyriyyə məqsədləri üçün ianələr şəklində daxil olan valyuta vəsaiti tamamilə onların sərəncamında qalır;

j) tamamilə xarici investorlara məxsus olan müəssisələrin və nizamnamə fondunda xarici investisiya 30 faizdən çox olan müştərək müəssisələrin özlərinin istehsal etdikləri məhsulun ixracatından əldə etdikləri valyuta «Xarici investisiyaların qorunması haqqında» Azərbaycan Respublikası Qanununa əsasən onların sərəncamında qalır.

z) malların, (iş və xidmətlərin) ixracından alınan valyuta gəlirlərindən mövcud normativlərə uyğun respublika Vahid Valyuta Fonduna köçürülən valyuta vəsaitlərinin əvəzində ixracatçılara qiymətləri tənzimlənən və deklarasiya olunan mallar (işlər və xidmətlər) üzrə respublika daxili qiymətləri ilə, digər mallar (işlər, xidmətlər) üzrə isə onların faktiki maya dəyəri və 15 faizlik rentabellik nəzərə alınmaqla milli valyuta ilə respublika büdcəsindən ödənilir;

i) məhsulların (işlərin, xidmətlərin) daxili qiymətləri barədə rəsmi arayış İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla müəssisələr tərəfindən Milli Banka təqdim edilir.

4. Azərbaycan Respublikası ərazisində xarici firmalarla bağlanmış müqavilələr əsasında obyektlərin layihələşdirilməsi və tikilməsi, digər işlərin görülməsi və xidmətlərin göstərilməsindən alınmış valyuta gəlirlərinin 40 faizi respublika Vahid Valyuta Fonduna köçürülür və bu ayırma faizinə uyğun görülən işlərin, göstərilən xidmətlərin maya dəyəri bu bəndin «z» abzasında müəyyən edilmiş qaydada milli valyutada respublika büdcəsi hesabına ödənilir;

  • hüquqi şəxslər tərəfindən digər hüquqi şəxslərə mənsub olan malların bağlanmış müqavilələr əsasında emal edilməsindən alınan valyuta gəlirlərinin 40 faizi respublika Vahid Valyuta Fonduna köçürülür və həmin ayırmanın manat örtüyü Milli Bankın müəyyənləşdirdiyi məzənnənin 50 faizi həcmində milli valyutada respublika büdcəsi hesabına ödənilir;
  • Ticarət-Sənaye Palatasının fəaliyyətindən, xarici turizm sahəsində, fond və əmtəə birjalarında fəaliyyətdən, reklam fəaliyyətindən, binaların icarəyə verilməsindən, sərgilərin və yarmarkaların təşkilindən alınan valyuta gəlirlərindən Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 25 aprel tarixli 77 saylı sərəncamı ilə təsdiq olunmuş normativlərə uyğun həcmlərin manat örtüyü Milli Bankın müəyyənləşdirdiyi məzənnənin 50 faizi həcmində respublika büdcəsi hesabına ödənilir;
  • Ticarət evləri, ixtisaslaşdırılmış müəssisələr və firma mağazaları daxil olmuş valyuta gəlirlərinin valyuta xərclərindən artıq hissəsinin 50 faizini respublika Vahid Valyuta Fonduna köçürürlər və onun manat örtüyü Milli bankın müəyyən etdiyi məzənnənin 50 faizi həcmində respublika büdcəsi hesabına ödənilir;
  • Mehmanxanalar, restoranlar və xarici valyutada xidmət göstərən digər istirahət və əyləncə müəssisələri daxil olmuş valyuta gəlirlərinin valyuta xərclərindən artıq həssəsinin 50 faizi həcmində vəsaiti Vahid Valyuta Fonduna köçürürlər və onun manat örtüyü Milli Bankın müəyyən etdiyi məzənnənin 50 faizi həcmində ödənilir;
  • xarici valyuta ilə ödənilən ixrac və idxal əməliyyatları üzrə gömrük rüsumları (vergiləri) və müsadirə olunmuş valyuta vəsaitləri müvafiq dövlət orqanları tərəfindən tam həcmdə respublika Vahid Valyuta Fonduna köçürülür;
  • xarici ölkələrdəki Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında vizaların rəsmiləşdirilməsindən alınan valyuta vəsaiti tam həcmdə respublika Vahid Valyuta Fonduna köçürülür;
  • Azərbaycan Respublikası ərazisində Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, vizaların rəsmiləşdirilməsindən, xarici hüquqi və fiziki şəxslərə göstərdikləri xidmətlərdən, Xarici İqtisadi Əlaqələr Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən xarici firma və şirkətlərin nümayəndəliklərinin, xarici investisiyalı müəssisələrin və onların filiallarının dövlət qeydiyyatından, Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən gömrük xidmətlərindən alınan valyuta vəsaitinin 35 faizi müvafiq olaraq Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Xarici İqtisadi Əlaqələr Nazirliyinin, Maliyyə Nazirliyinin və Dövlət Gömrük Komitəsinin tələbatının ödənilməsinə, 65 faizi ilə respublika Vahid Valyuta Fonduna yönəldilir;
  • Azərbaycan Respublikası ərazisində xarici firmalar ilə bağlanmış müqavilələr əsasında respublikanın təsərrüfat subyektləri və digər hüquqi şəxslər tərəfindən obyektlərin tikilməsindən və sairə xidmətlərin göstərilməsindən alınan valyuta gəlirindən xaricdə həmin işlərin görülməsi üçün Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 25 aprel tarixli 77 saylı Sərəncamı ilə təsdiq olunmuş normativlərə uyğun ayırmalar respublika Vahid Valyuta Fonduna köçürülür və ayırmanın manat örtüyü, bu qərarın 3-cü bəndinin «z» abzasında göstərilən qaydada respublika büdcəsi hesabına milli valyutada ödənilir.

Azərbaycan Respublikası ərazisində mülkiyyət formasından asılı olmayaraq xarici valyutalar üzrə əməliyyatlar aparan banklar Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 25 aprel tarixli 77 saylı sərəncamına uyğun olaraq bu əməliyyatlardan aldıqları valyuta gəlirinin 45 faizini respublika Vahid Valyuta Fonduna köçürürlər və onun manat örtüyü Milli Bankın müəyyən etdiyi məzənnənin 50 faizi həcmində ödənilir.

5. Müəyyən edilsin ki:

  • müəssisələr ixracatdan aldıqları valyuta gəlirlərini mütləq Azərbaycan Respublikası ərazisində yerləşən və xarici valyuta ilə əməliyyat aparan müvəkkil banklardakı hesablarına daxil etməlidirlər;
  • müəssisələr müvafiq icazəsi olmadan xarici banklarda valyuta vəsaiti saxladıqda Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
  • Müəssisələr tərəfindən uzaq xarici ölkələrə mal göndərilməsi üçün müqavilələr sərbəst dönərli valyuta ilə hesablaşma əsasında bağlanmalıdır;
  • respublika Vahid Valyuta Fonduna valyuta ayırmalarının ödənilməsinin düzgünlüyü və vaxtında köçürülməsinin tam hüquqi və maddi məsuliyyətinin müəssisələr daşıyır. Gizlədilmiş valyuta vəsaiti dəyəri milli valyutada ödənilmədən tam həcmdə respublika Vahid Valyuta Fonduna köçürülür.
  • Respublika Vahid Valyuta Fonduna valyuta ayırmalarının vaxtında və düzgün köçürülməsinin təmin edilməsi üçün xarici valyuta ilə əməliyyat aparan müvəkkil banklar da məsuliyyət daşıyırlar.

6. Azərbaycan Respublikası Milli Bankına tövsiyə edilsin ki, hər hansı müvəkkil bankda valyuta ayırmalarının düzgün və vaxtında aparılmaması halları müəyyən edilərsə, həmin banka verilmiş lisenziyanın geri alınması məsələsinə baxsın.

7. Müəssisələr aldıqları valyuta gəlirindən təsdiq olunmuş normativlərə əsasən ayırmaları 10 gün ərzində respublika Vahid Valyuta Fonduna köçürməlidirlər. Valyuta ayırmaları vaxtında köçürülmədikdə müəyyən olunmuş müddət qurtaqdıqdan 3 gün ərzində müvəkkil banklar müəssisələri gözləmədən mövcud normativlərə əsasən ayırmaları respublika Vahid Valyuta Fonduna köçürürlər.

8. Azərbaycan Respublikası Milli Bankına tövsiyə edilsin ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 30 noyabr tarixli 575 saylı qərarı əsasında Milli Bankın ehtiyat Fonduna yığılmış valyuta vəsaitlərinin tam həcmdə respublika Vahid Valyuta Fondunun Milli Bankdakı hesablarına köçürülməsini təmin etsin.

9. Azərbaycan Respublikası Milli Bankı, Maliyyə Nazirliyi və Səhmdar Kommersiya Beynəlxalq Bankı respublika Vahid Valyuta Fonduna müəssisələr tərəfindən onların əldə etdikləri valyuta gəlirindən ayırmaların köçürülməsi qaydalarını 10 gün müddətində hazırlayıb təsdiq etsinlər.

10. Müəyyən edilsin ki, Azərbaycan Respublikası ərazisində müəssisələr tərəfindən xarici valyutaların alqı-satqısı Valyuta Birjası vasitəsilə aparılmalıdır və bu əməliyyatların birjadan kənar həyata keçirilməsinə yol verilmir.

11. Müəyyən edilsin ki:

Azərbaycan Respublikasında dövriyyədə olan pul vahidinin xarici valyutalara olan nisbəti Milli Bank tərəfindən hər an dəyişilə bilən məzənnə ilə müəyyənləşdirilir.

Ərzaq məhsulları, dərman preparatları, tibb avadanlığı və ləvazimatı alındıqda, digər büdcə təşkilatlarına respublika Vahid Valyuta Fondundan vəsait ayrıldıqda həmin vəsaitin manat örtüyünün ödənilməsi qaydası Maliyyə Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 604 nömrəli, 1993-cü il 30 noyabr tarixli 575 saylı qərarları, 1992-ci il 1 iyun tarixli 301 nömrəli qərarının 6-cı bəndi və 1994-cü il 19 yanvar tarixli 19 saylı qərarının 1-ci bölməsinin 4-cü bəndi qüvvəsini itirmiş hesab edilsin.

Baş nazir

S.HÜSEYNOV

5 fevral 1998-ci il tarixli 21 saylı qərara əsasən (12-ci bənd istisna olmaqla) qüvvədən düşmüşdür («AzerSoft»).


Əlavə
Azərbaycan Respublikası Prezidentinin
1994-cü il 25 aprel tarixli 77 saylı sərəncamı ilə
təsdiq edilmişdir

Müəssisə və təşkilatların məhsullarının (işlərinin, xidmətlərinin) ixracından əldə edilən valyuta vəsaitindən Azərbaycan Respublikasının Vahid Valyuta Fonduna və ixracatçı müəssisələrin valyuta hesablarına ayırmaların
Normativləri

Malın (işin, xidmətin) adı

Ayırma normativləri, faizlə

Vahid Valyuta Fonduna

Müəssisələrin valyuta hesablarına

Xam neft

65

35

Dizel yanacağı

65

35

Avtomobil benzini

65

35

Təyyarə benzini

65

35

Kimya üçün benzin

65

35

Digər neft məhsulları

50

50

Polietilen

65

35

Sulfanol

65

35

Kaustik soda

65

35

Yod

70

30

Digər kimya və neft kimyası məhsulları

50

50

Elektrik enerjisi

70

30

Təbii qaz

70

30

Filizlər, dəmir, əlvan və qiymətli metalların konsentratları

65

35

Qara metallar və qara metallardan hazırlanan məmulatlar

65

35

Əlvan metal yayması, təkrar emal əlvan metalları və onlardan hazırlanan məmulatlar

65

35

Alüminium və ondan hazırlanan məmulatlar

65

35

Qiymətli metallar, daş-qaş və zərgərlik məmulatı

75

25

Digər metallurgiya məhsulları

50

50

Pambıq mahlıcı

70

30

Pambıq tullantıları

70

30

Tütün

65

35

Tütün məmulatı

50

50

Barama, xam ipək tullantıları

60

40

Yun

70

30

Yun tullantıları

60

40

Gön-dəri xammalı

70

30

Qaramal, davar, ev quşu, cins atlar

70

30

Meyvə və tərəvəz

25

75

Zeytun

65

35

Heyvandarlıq məhsulları tullantıları

55

45

Güllər

25

75

Şərab-araq məhsulları

65

35

Şampan şərabı

60

40

Natural üzüm çaxırları

70

30

Mineral sular

25

75

Tomat pastası

65

35

Balıq kürüsü

70

30

Yeyinti sənayesi məhsulları

70

30

Əczaçılıq məhsulları

70

30

İlan zəhəri, böyə zəhəri, əqrəb zəhəri

70

30

Biyan kökü, dərman bitkiləri

50

50

Yabanı bitkilər

65

35

Əl ilə toxunan xalçalar və xalça məmulatı

35

65

Maşınla toxunan xalçalar və xalça məmulatı

50

50

Parça və toxuculuq məmulatı

35

65

Gön-yəhər məmulatı, qoşqu ləvazimatı, yol şeyləri, çantalar və bu qəbildən hazırlanan mallar

35

65

Digər xalq istehlakı malları

15

85

İncəsənət əsərləri, kolleksiya əşyaları

50

50

Oduncaqdan hazırlanan məmulat, taxta-şalban

70

30

Oduncaqdan və ya başqa lifli bitki materiallarından hazırlanan məmulatlar

70

30

Kağız və kartondan hazırlanan məmulatlar

45

55

Kağız və karton tullantıları

45

55

Daş, əhəng, sement, suvaq məmulatı, daşdan, sementdən, asbestdən, slyudadan və bu kimi materiallardan hazırlanan məmulat

60

40

Keramika və tikinti materialları

60

40

Şüşə və ondan hazırlanan məmulat

60

40

Digər tikinti materialları

60

40

Maşınlar, avadanlıq və mexanizmlər, energetika və elektrotexnika avadanlığı, o cümlədən kondisionerlər, soyuducular, digər məişət texnikası, radioelektron aparatları, radioelektronika elementləri və məmulatları

25

75

Nəzarət-ölçü cihazları

35

65

Çap məhsulu, informasiya materialları

35

65

Səhiyyə, təhsil, elm, mədəniyyət, mətbuat, radio və televiziya (reklamdan başqa) sahəsində xidmət

-

100

Rabitə sahəsində xidmət

30

70

Reklam fəaliyyəti

20

80

Xarici turizm sahəsində fəaliyyət və xidmət

35

65

Gömrük xidməti

65

35

Ticarət-Sənaye Palatasının fəaliyyəti

30

70

Binaların müqavilə ilə icarəyə götürülməsi

70

30

Sərgilərin və yarmarkaların təşkil edilməsi

50

50

«Nou-hau» və lisenziyaların ixracı, xaricdə obyektlərin layihələşdirilməsi və tikilməsi

10

90

Xarici yüklərin nəql edilməsi

40

60

Dəmir yol, dəniz, hava, avtomobil nəqliyyatı sahəsində xidmətlər

35

65

Xaricdə işlərin görülməsi və xidmətlərin göstərilməsi (fraxtla yüklərin daşınması, geoloji kəşfiyyat və s. işlərin aparılması)

40

60

Məhsulun təkrar ixracı

15

85

Fond və əmtəə birjalarında fəaliyyət

50

50

Bankların xarici valyuta ilə əməliyyatları

45

55

Bonus sazişlər üzrə güzəştlər və ya komisyon xidmətlər

40

60

Xaricdə obyektlər tikilərkən konsorsiumun baş təşkilatının (liderin) əlaqələndirici funksiyalarının tamamlanması

40

60

Sığorta və xarici ticarət yüklərini göndərmə

45

55

Bu və ya digər maliyyə öhdəliklərinin lazımınca icrasına zəmanət, göndərilən maşınların, avadanlıqların, cihazların texniki təminat müddətlərinin uzadılması da daxil olmaqla, kontraktların yerinə yetirilməsi ilə bağlı xarici iqtisadi risqlərin sığorta edilməsi

45

55


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb