| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabineti
Azərbaycan Respublikasının ixrac
və idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında
Qərar № 252
Bakı şəhəri, 27 iyun 1994-cü il
Azərbaycan Respublikasında ixrac
və idxal əməliyyatlarının gömrük mexanizmi vasitəsilə tənzimlənməsi
və daxili bazarın ehtiyaclarının ödənilməsi məqsədilə, Azərbaycan
respublikası Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan respublikası Dövlət
Gömrük Komitəsinin təqdim etdiyi və əlaqədar təşkilatlarla razılaşdırılmış
Azərbaycan Respublikası ərazisindən çıxarılarkən gömrük ixrac
rüsumuna cəlb olunan malların qruplar üzrə siyahısı və gömrük
ixrac rüsumlarının dərəcələri, Gömrük ixrac rüsumu haqqında
müvəqqəti Əsasnamə, Azərbaycan Respublikası ərazisinə gətirilərkən
gömrük idxal rüsumuna cəlb olunan malların qruplar üzrə siyahısı
və gömrük idxal rüsumlarının dərəcələri, Gömrük idxal rüsumu
haqqında müvəqqəti Əsasnamə, Gömrük xidmətləri üçün alınan xərclərin
tarifləri, Gömrük xidmətləri göstərilməsi qaydaları təsdiq
edilsin (əlavə olunur) və 1994-cü il iyulun 1-dən etibarən tətbiq
edilsin.
2. Müəyyən edilsin ki, aşağıdakılar
gömrük rüsumundan azad olunurlar.
İxrac üzrə:
- Dövlət tapşırığı (Nazirlər Kabinetinin qərarı,
sərəncamı və Azərbaycan Respublikasında xarici iqtisadi əlaqələrə
nəzarət üzrə Dövlət Komissiyasının Protokol qərarı) ilə mal
mübadiləsi (barter) əməliyyatı üzrə göndərilən mallar;
- müəssisələrin istehsalat tələbatı üçün xammal,
ehtiyat hissələri, məmulatlar, avadanlıq, tikinti texnikası
və maşınlar, yük və sərnişin nəqliyyat vasitələri alınması üçün
barter əməliyyatları əsasında göndərilən qeyri-strateji əhəmiyyətli
mallar;
- dövlət tapşırığı (kvotası) ilə xarici valyutaya
satılan mallar (ixracdan alınan valyuta gəlirindən respublika
Vahid Valyuta Fonduna valyuta ayırmaları köçürüldükdə);
- respublikada istehsal olunan maşınlar, avadanlıqlar,
texnoloji qurğular və digər hazır məmulatlar;
- kompensasiya və kooperasiya əsasında göndərilən
mallar;
- tam məhsullar və yarımfabrikatlar hazırlanması
üçün sifarişçinin göndərdiyi xammallar;
- hökumətlərarası sazişlər üzrə qarşılıqlı razılaşmalara
müvafiq ixrac edilən mallar;
- təkrar ixrac əməliyyatları.
İdxal üzrə:
- uşaq geyimləri və ləvazimatı, dərman və əczaçılıq
malları, tibb avadanlığı və məmulatları;
- hökumətlərarası sazişlər üzrə qarşılıqlı razılaşmalara
əsasən alınan mallar, materiallar, texnologiya və ya avadanlıqlar;
- Azərbaycan Respublikası ərazisində yaradılan
müştərək və tamamilə xarici investorlara məxsus olan müəssisələrin,
beynəlxalq birliklərin və təşkilatların nizamnamə fonduna xarici
iştirakçılar tərəfindən pay ödənişi şəklində respublikaya gətirilən
yeni texnologiya, avadanlıq, istehsalat tələbatı üçün xammal
və materiallar;
- xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi
işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri
əmlak;
- Azərbaycan Respublikasına müvəqqəti olaraq
gətirilmiş və gətirilmə şərtlərinə görə müəyyən olunmuş müddətdə
dəyişiklik edilmədən xaricə aparılası mallar;
- müəssisələrin istehsalat tələbatı üçün gətirilən
xammal, material, məmulat və avadanlıqlar;
- humanitar və texniki yardım, xeyriyyə məqsədi
ilə gətirilmiş mallar, avadanlıqlar;
3. Gömrük ixrac rüsumları malların
(iş, xidmətlərin) müqavilələr əsasında satıldığı valyuta ilə ödənilir.
4. Azərbaycan Respublikası Hökumətinin
Müstəqil Dövlətlər Birliyi ölkələri və digər xarici ölkələrdə
azad ticarət haqqında sazişi olduğu təqdirdə ikitərəfli razılığa
əsasən malların ixracına və yaxud idxalına gömrük rüsumu tətbiq
edilmir.
5. Müəyyən edilsin ki, respublikaya
idxal olunan mallara əsassız məhdudiyyətlər tətbiq edilməsi nəticəsində
idxalçıya vurulmuş ziyan günahkar tərəfin hesabına mövcud qaydada
ödənilir.
6. 1994-cü il dekabr ayının 31-dək
bu qərarın 7 nömrəli əlavəsində göstərilən ölkələrə əlverişli
şərait rejimi tətbiq edilməsi məqsədəuyğun hesab edilsin və Xarici
İşlər Nazirliyi həmin ölkələrə Azərbaycan Respublikası tərəfindən
birtərəfli qaydada qəbul edilmiş bu qərar barədə məlumat versin.
7. Müəyyən edilsin ki, Azərbaycan
Respublikasına gətirilmiş aşağıdakı mallar satılarsa, həmin malların
satıldığı andan 10 gün müddətində gömrük rüsumları ödənilir:
- müştərək müəssisələrin nizamnamə fonduna, onların
xarici iştirakçıları tərəfindən pay ödənişi şəklində gətirilmiş
avadanlıq, materiallar.
- Göstərilən malları satan müəssisələr bu barədə
əvvəlcədən gömrük orqanlarına məlumat verir, əks təqdirdə onlar
satılmış malın 100 faizi və ikinci dəfə bu hal təkrar edildikdə
isə, malın qiymətinin 200 faizi həcmində cərimə ödəyirlər.
8. Gömrük rüsumlarının respublika
Vahid Valyuta Fonduna və büdcəsinə tam və vaxtında köçürülməsi
Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi və müvəkkil banklar
tərəfindən təmin edilsin.
Müəyyən edilsin ki, Azərbaycan
Respublikası gömrük orqanlarının səlahiyyətli əməkdaşlarının tələbi
ilə gömrük rüsumlarının ödəyiciləri konkret ixrac-idxal əməliyyatının
həyata keçirilməsi ilə bağlı lazımi sənədləri təqdim etməyə borcludurlar.
9. Dövlət Gömrük Komitəsinə tapşırılsın
ki, bir ay müddətində:
- Malın gömrük dəyərinin müəyyən olunması üsulu
və Malın mənşəyi olan ölkənin müəyyən edilməsi qaydaları haqqında
layihələri hazırlayıb təsdiq olunmaq üçün Nazirlər Kabinetinə
təqdim etsin;
- Xarici ticarətdə alqı-satqı və ya mübadilə
obyekti olan mal və əmlakın buraxılması, bəyan edilməsi və bunların
gömrük rəsmiləşdirilməsinə təqdim edilməsi qaydalarını bir
ay müddətində hazırlayıb təsdiq etsin.
10. Azərbaycan Respublikası Nazirlər
Kabineti 1992-ci il 13 iyun tarixli 335 saylı qərarının 2-ci bəndinin
4-cü abzası, 1993-cü il 21 iyun tarixli 401 saylı və 1993-cü il
13 oktyabr tarixli 539 saylı qərarları qüvvəsini itirmiş hesab
edilsinlər.
Baş nazir
S.HÜSEYNOV
24 aprel 1995-ci il tarixli 90 saylı Qərarına
əsasən qüvvədən düşmüşdür.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1994-cü il 27 iyun tarixli 252 saylı qərarı ilə
təsdiq edilmişdir
1 saylı əlavə
Azərbaycan Respublikası ərazisindən
çıxarılarkən gömrük ixrac rüsumuna cəlb olunan malların qruplar
üzrə siyahısı və gömrük ixrac rüsumlarının dərəcələri
|
Xarici iqtisadi fəaliyyətdə malların ümumi siyahısında
malın kodu
|
Malın adı
|
İxrac rüsumlarının dərəcələri (1000 kq üçün
ekyu ilə və ya gömrük dəyərinə görə faizlə)
|
|
I
|
II
|
|
02
|
Ət və ət məhsulları
|
100%
|
150%
|
|
3-cü qrup
|
|
03
|
Balıq və xərçəngkimilər,
molyuskalar və başqa suda yaşayan onurğasızlar (kilkə
balığından başqa)
|
5%
|
10%
|
|
5-ci qrup
|
|
05
|
Heyvan mənşəli və başqa
yerdə adı çəkilməyən məhsullar,
bunlardan:
|
15%
|
22,5%
|
|
050400000
|
Heyvanların bağırsaqları,
kisələri və qarınları (balıqlarınkından başqa), bütöv
və tikələr halında
|
20%
|
40%
|
|
051000000
|
Ənbər, qunduz şırnağı,
qabar böcəyi, şrot, civetta və muskus öd, o cümlədən quru:
vəzilər və heyvan mənşəli başqa məhsullar, əczaçılıq məhsulları
istehsalında işlədilən, təzə, soyudulmuş, dondurulmuş
və ya qısa müddət saxlamaq üçün başqa yolla emal edilmiş
|
100%
|
150%
|
|
7-ci qrup
|
|
07032000
|
Sarımsaq
|
25%
|
50%
|
|
8-ci qrup
|
|
08
|
Yeməli meyvə, qoz-fındıq
və bənzərləri: sitrus və bostan məhsullarının qabıqları
|
15%
|
30%
|
|
0802
|
Digər qozlar, təzə və
ya quru, təmizlənmiş və təmizlənməmiş, qabıqlı və ya qabıqsız
meşə qozu (fındıq)
|
25%
|
50%
|
|
0805
|
Sitrus meyvələr, təzə
və ya qurudulmuş
|
25%
|
50%
|
|
9-cu qrup
|
|
09
|
Qəhvə, çay, mətö (paraqvay
çayı) və ədviyyat
|
10%
|
20%
|
|
12-ci qrup
|
|
12
|
Yağlı toxum və meyvələr;
başqa toxum, meyvə və dən; dərman bitkiləri və texniki
məqsədlər üçün bitkilər; küləş (saman) və yem
|
25%
|
50%
|
|
14-cü qrup
|
|
140420000
|
Pambıq linti
|
15,6 ekyu
|
23,4 ekyu
|
|
15-ci qrup
|
|
15
|
Heyvan və ya bitki mənşəli
şeylər və yağlar; onların hissələrə ayıran məhsullar,
hazırlanmış yeməli şeylər; heyvan və bitki mənşəli mumlar
o cümlədən
|
25%
|
50%
|
|
1512
|
Günəbaxan, saflar və ya
pambıq yağları və onların fraksiyaları təmizlənmiş və
ya təmizlənməmiş, lakin kimyəvi tərkibi dəyişdirilməmiş
|
20%
|
40%
|
|
16-cı qrup
|
|
16
|
Ət, balıq və ya xərçəngkimilər,
molyuskalar və ya suda yaşayan başqa onurğasızlardan hazırlanmış
məmulatlar
o cümlədən
|
15%
|
22,5%
|
|
160430100
|
Nərə balığının kürüsü
(qara kürü)
|
25%
|
40%
|
|
22-ci qrup
|
|
220710000
|
Tərkibində 80%-dən az
spirt olmayan denaturallaşdırılmamış (xammal) etil spirti
|
80%
|
100%
|
|
23-cü qrup
|
|
23
|
Tamlı məhsullar sənayesi
qalıqlarının tullantıları; heyvanlar üçün hazır yem
|
40%
|
80%
|
|
24-cü qrup
|
|
2401
|
Xam tütün
|
20%
|
40%
|
|
2403
|
Emal olunmuş sənaye tütünü
və onu əvəzedicilər hemogenləşdirilmiş və ya bərpa edilmiş
tütün ekstratları və cövhərləri
|
20%
|
40%
|
|
25-ci qrup
|
|
250100
|
Duz (yemək duzu və denaturatlaşdırılmış
da daxil olmaqla) və suda əridilmiş və ya əridilməmiş
təmiz natrium xloridi
|
3 ekyu
|
4,5 ekyu
|
|
250810000
|
Bentonit
|
5%
|
10%
|
|
2516
|
Qranit, porfir, bazalt,
qum daşı və abidə və ya inşaatda işlədilən başqa daşlar-qaba
xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış
və ya başqa üsulla bloklar və ya düzbucaqlı (kvadrat da
daxil olmaqla) lövhələr halında düzəldilmiş;
|
14 ekyu
|
21 ekyu
|
|
2517
|
Çınqıl, xırda çay daşı,
qırma daş
|
1,2 ekyu
|
1,69 ekyu
|
|
2518
|
Dolomit-kalsiumlaşdırılmış
və ya kalsiumlaşdırılmamış donomit qaba xırdalanmış və
ya mişarlanmış və ya başqa üsulla bloklar və ya düzbucaqlı
(kvadrat da daxil olmaqla) lövhələr halında düzəldilmiş;
aqlomeratlanmış (qudronlanmış da daxil olmaqla) dolomit
|
2 ekyu
|
3 ekyu
|
|
2519
|
Təbii maqnezium karbonatı
(maqnezit); əridilmiş maqnezium-oksid; aqlomerasiyadan
əvvəl tərkibində az miqdarda başqa oksidlər olan və ya
olmayan yandırılmış maqnezium-oksidi: aşqarlı və aşqarsız
başqa maqnezium oksidləri
|
30 ekyu
|
45 ekyu
|
|
2523
|
Portlandsement, giltorpaq
sementi, şlak (pasa) sementi, superfosfat sementi və oxşar
hidravlik sementlər-boyanmış və ya boyanmamış, hazır və
ya klinker şəklində
|
3 ekyu
|
3,9 ekyu
|
|
26-cı qrup
|
|
2604
|
Filizlər və konsentratlar
dəmir filizi, yanmış dəmir kolçedanı daxil olmaqla
|
2 ekyu
|
2,6 ekyu
|
|
27-ci qrup
|
|
270900
|
Xam neft
|
30 ekyu
|
45 ekyu
|
|
271000210
|
Uayt-spirit
|
40 ekyu
|
60 ekyu
|
|
271000250
|
Digərləri
|
40 ekyu
|
60 ekyu
|
| |
Benzinlər motor üçün;
|
|
|
|
271000310
|
Aviasiya benzinləri
|
40 ekyu
|
60 ekyu
|
|
271000330
|
Tərkibində 0,013 qr/l-dən
çox qurğuşun olmayan motor benzinləri
|
40 ekyu
|
60 ekyu
|
|
271000350
|
Tərkibində 0,013 qr/l-dən
çox qurğuşun olan digər motor benzinləri
|
40 ekyu
|
60 ekyu
|
|
271000410
|
Spesifik emal prosesi
üçün orta distillatlar
|
30 ekyu
|
45 ekyu
|
|
271000450
|
Kimyəvi döndərmələr üçün
orta distillatlar
|
30 ekyu
|
45 ekyu
|
|
271000510
|
Reaktiv yanacaq
|
40 ekyu
|
60 ekyu
|
|
271000550
|
Kerosin qeyri
|
40 ekyu
|
60 ekyu
|
|
271000610
|
Qazoyllar (dizel yanacağı)
spesifik emal prosesləri üçün
|
30 ekyu
|
45 ekyu
|
|
271000650
|
Qazoyllar (dizel yanacağı)
kimyəvi döndərmə proseslərində) 271000610 alt mövqeyində
göstərilməyənlər
|
30 ekyu
|
45 ekyu
|
|
271000690
|
Qazoyllar (dizel yanacağı)
başqa məqsədlər üçün
|
30 ekyu
|
45 ekyu
|
|
271000710
|
Maye yanacaq (mazut),
spesifik emal prosesləri üçün
|
15 ekyu
|
22,5 ekyu
|
|
271000750
|
Maye yanacaq (mazut),
271000710 subpozisiyasında göstərilməyən kimyəvi döndərmə
prosesləri üçün
|
15 ekyu
|
22,5 ekyu
|
|
271000790
|
Maye yanacaq (mazut),
başqa məqsədlər üçün
|
15 ekyu
|
22,5 ekyu
|
|
271000910
|
Spesifik emal prosesləri
üçün
|
15 ekyu
|
22,5 ekyu
|
|
271000930
|
271000910 yarım mal mövqeyində
göstərilməyən proseslər kimyəvi dəyişikliklər üçün
|
15 ekyu
|
22,5 ekyu
|
|
271000950
|
Bu qrupa əlavə qeydlər
6 (C N) uyğun olaraq qarışdırmaları göstərmək üçün
|
15 ekyu
|
22,5 ekyu
|
|
271000990
|
Başqa məqsədlər üçün
|
15 ekyu
|
22,5 ekyu
|
|
2712
|
Neft vazelini (petrolatun),
parafin-neft mumu-mikrokristallik, parafin qacı, ozokerit,
liqnit (boz kömür) mumu, torf mumu, başqa mineral mumlar
və sintez və ya başqa proseslər nəticəsində alınan oxşar
məhsullar, boyanmış və ya boyanmamış
|
30 ekyu
|
45 ekyu
|
|
30-cu qrup
|
|
30
|
Əczaçılıq məhsulları
|
10%
|
20%
|
|
3005
|
Pambıq (vata), cuna, bint
və oxşar məmulat
|
30%
|
60%
|
| |
İlan zəhəri
|
60%
|
80%
|
|
31-ci qrup
|
|
3102
|
Azot gübrələri
|
10 ekyu
|
15 ekyu
|
|
(31022000-dən başqa)
|
|
|
|
|
41-ci qrup
|
|
4101
|
Qaramal dəriləri və ya
atkimilər ailəsindən olan heyvanların dəriləri təzə və
ya duzlanmış qurudulmuş, küllənmiş, sıyırğa ilə işlənmiş
və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmış
perqament kimi işlənməmiş və sonra emal edilməmiş tüklü
və tüksüz, suvandlanmış və ya suvandlanmamış
|
1530 ekyu
|
3195 ekyu
|
|
4102
|
Qoyun və ya quzu dəriləri
(təzə, duzlanmış, qurudulmuş, küllənmiş, sıyırğa ilə işlənmiş
və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış
perqament kimi işlənməmiş və sonradan emal edilməmiş),
yunlu və ya yunsuz, suvandlanmış və ya suvandlanmamış,
bu qrupa aid I (v) qeydində göstərilənlərdən başqa
|
1500 ekyu
|
3000 ekyu
|
|
4103
|
Digər xam dəri növləri
(təzə, duzlanmış, qurudulmuş, küllənmiş, sıyırğa ilə işlənmiş
və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmış,
perqamentlənməmiş və sonradan emal edilməmiş), tüklü və
ya tüksüz, suvandlanmış və ya suvandlanmamış, bu qrupa
aid I (b) və ya I (v) qeydi ilə çıxarılan növlərdən başqa
|
1000 ekyu
|
2000 ekyu
|
|
4104
|
4108 və ya 4109 mal pozisiyalarında
təsnif edilən dərilərdən başqa qaramal gönləri və ya atkimilər
ailəsindən olan heyvanların gönlərindən emal edilən dərilər
(meşinlər)
|
1250 ekyu
|
1500 ekyu
|
|
4105
|
4108 və 4109 mal pozisiyalarında
təsnif edilən dərilərdən başqa yundan təmizlənmiş və emal
edilmiş qoyun və quzu dəriləri
|
1240 ekyu
|
2360 ekyu
|
|
4106
|
4108 və 4109 mal pozisiyalarında
təsnif edilən dərilərdən başqa tükü təmizlənmiş və emal
edilmiş keçi və ya çəpiş dəriləri
|
1240 ekyu
|
2360 ekyu
|
|
4107
|
4108 və 4109 mal pozisiyalarında
təsnif edilən tükdən təmizlənmiş və emal edilmiş başqa
heyvan dəriləri
|
1240 ekyu
|
2360 ekyu
|
|
4108
|
Zamşa (o cümlədən formallehid
yağlı aşılanmış)
|
1240 ekyu
|
2360 ekyu
|
|
410900000
|
Lak dəri, təbii və təbii
dərinin lak dəri bənzətməsi; metallaşdırılmış dəri
|
1500 ekyu
|
2750 ekyu
|
|
411000000
|
Təbii və ya süni dəri
kəsikləri və tullantıları dəri məmulatı istehsalı üçün
yaramayan dəri tozu, pudrası və unu
|
20 ekyu
|
30 ekyu
|
|
411100000
|
Süni dəri, təbii dəri
və ya plastina, vərəq və ya lent halındakı dəri lifləri
əsasında rulon və ya qeyri-rulon halında
|
400 ekyu
|
800 ekyu
|
|
50-ci qrup
|
|
500100000
|
Açılma üçün yararlı barama
|
10%
|
20%
|
|
500200000
|
Xam ipək (burulmamış)
|
15%
|
30%
|
|
500600100
|
İpək sap
|
10%
|
20%
|
|
51-ci qrup
|
|
51
|
Yun, heyvanların zərif
və qaba tükü, at tükündən iplik və parça
|
5%
|
10%
|
|
5101
|
Yun, karda və ya daraqdan
keçirilməmiş
|
220 ekyu
|
330 ekyu
|
|
5102
|
Heyvanların incə və ya
qaba tükü, karda və ya daraqdan keçirilməmiş
|
1690 ekyu
|
2535 ekyu
|
|
5103
|
Yun tullantıları, heyvanların
incə və ya qaba tükündən, əyirmə tullantıları daxil olmaqla,
lakin bərpa edilmiş yundan başqa
|
208 ekyu
|
312 ekyu
|
|
510400000
|
Bərpa edilmiş yun və ya
heyvanların bərpa edilmiş incə və ya qaba tükü
|
260 ekyu
|
390 ekyu
|
|
5105
|
Karda və ya daraqdan keçirilmiş
yun və ya heyvanların incə və ya qaba tükü
|
598 ekyu
|
897 ekyu
|
|
5106
|
Yun aparat ipliyi, pərakəndə
satış üçün kələflənməmiş
|
598 ekyu
|
897 ekyu
|
|
5107
|
Daraqlanmış yun ipliyi,
pərakəndə satış üçün kələflənməmiş
|
2080 ekyu
|
3120 ekyu
|
|
5108
|
Heyvanların incə tükündən
hazırlanmış aparat və ya daraq ipliyi, pərakəndə satış
üçün kələflənməmiş
|
2080 ekyu
|
3120 ekyu
|
|
52-ci qrup
|
|
5201
|
Pambıq lifi, daranmamış
|
150 ekyu
|
300 ekyu
|
|
5202
|
pambıq tullantıları
|
10%
|
20%
|
|
520300000
|
Pambıq lifi, daranmış
|
650 ekyu
|
975 ekyu
|
|
5205
|
Pambıq ipliyi (tikiş saplarından
başqa), tərkibində 85%-dən çox pambıq olan, pərakəndə
satış üçün hazırlanmamış
|
416 ekyu
|
624 ekyu
|
|
72-ci qrup
|
|
7204
|
Qara metalların qırıntıları
və tullantıları, əritmək üçün qara metalların külçələri
(xəlitə külçələri)
|
30 ekyu
|
45 ekyu
|
|
7205
|
Qara metalların dənəvərləri
və tozu
|
16 ekyu
|
24 ekyu
|
|
73-cü qrup
|
|
7301
|
Zivanalı dirəklər, qara
metallardan
|
40 ekyu
|
60 ekyu
|
|
730300
|
Borular və borucuqlar,
içiboş profillə, tökmə çuqundan
|
50 ekyu
|
75 ekyu
|
|
7304
|
Borular və borucuqlar,
içiboş profillər, tikişsiz, qara metallardan (tökmə çuqundan
başqa)
|
50 ekyu
|
75 ekyu
|
|
7305
|
Digər borular və borucuqlar
|
50 ekyu
|
75 ekyu
|
|
7306
|
Digər borular və borucuqlar,
içiboş profillər
|
40 ekyu
|
60 ekyu
|
|
7307
|
Boru və borucuqlar üçün
fitinqlər
|
50 ekyu
|
75 ekyu
|
|
74-cü qrup
|
|
74
|
Mis və mis məmulatı
|
400 ekyu
|
600 ekyu
|
|
7401
|
Şteyn misdən, sementasiya
misi (çökdürülmüş mis)
|
400 ekyu
|
600 ekyu
|
|
7404
|
Mis tullantıları və qırıntıları
|
500 ekyu
|
750 ekyu
|
|
7410
|
Folqa (zərvərəq), misdən
(basmanaxışlı və ya basmanaxışsız, kağız, karton, plastik
kütlə və ya oxşar materiallardan özülü olan və ya olmayan),
özülsüz qalınlığı 0,15mm qədər
|
250 ekyu
|
375 ekyu
|
|
76-cı qrup
|
|
76
|
Alüminium və alüminium
məmulatı
|
130 ekyu
|
205 ekyu
|
| |
o cümlədən
|
|
|
|
7602
|
Alüminium tullantıları
və qırıntıları
|
300 ekyu
|
450 ekyu
|
|
82-ci qrup
|
|
82
|
Adi metallardan alət,
bıçaq məmulatı, qaşıqlar, çəngəllər;
|
5%
|
7,5%
|
Qeyd:
1. Mallar üçün alınacaq ixrac
rüsumunun dərəcələri, yalnız malların xarici iqtisadi fəaliyyətdəki
nomenklatura kodları ilə müəyyən edilir. Malların qısaldılmış
adları rahat istifadə edilmək üçün göstərilmişdir.
2. Təbii qaz və qaz halındakı
başqa məhsulların ixracatından alınacaq rüsumların tarif dərəcələrini
müəyyən edib tətbiq etmək üçün, ixrac edilən malın həcminin hesablanması
1150 kub.m. qazın çəkisi 1000 kq bərabər olduğu hesabı ilə aparılır.
3. 2-ci sütunda göstərilən rüsum
dərəcələri barter (mal mübadiləsi) müqavilələrinə əsasən ixrac
edilən mallara tətbiq edilir.
İşlər müdiri
İ.HACIYEV
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1994-cü il 27 iyun tarixli 252 saylı qərarı ilə
təsdiq edilmişdir
2 saylı əlavə
Gömrük ixrac rüsumu haqqında müvəqqəti
Əsasnamə
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasında
Gömrük Tarifləri haqqında Qanun qəbul olunana qədər gömrük ixrac
rüsumları bu Əsasnamə ilə tənzimlənir.
1.2. Mülkiyyət formasından, tabeçiliyindən
və qeydiyyata alındığı yerdən asılı olmayaraq, bütün hüquqi şəxslər,
hüquqi şəxs statusu olmayan xarici firmaların nümayəndəlikləri,
fərdi (ailəvi) müəssisələr, hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti göstərən şəxslər Azərbaycan Respublikası ərazisindən
çıxarılan mallar üzrə bu Əsasnaməyə uyğun şəkildə gömrük ixrac
rüsumu ödəyirlər.
1.3. Azərbaycan Respublikası ərazisindən
çıxarılan mallardan onların gömrük dəyərinə gömrük ixrac rüsumu
dərəcələrinə uyğun faiz nisbətində və ya çəki (həcm) vahidinə
görə ekyu tarifi ilə gömrük ixrac rüsumu tutulur.
1.4. Gömrük ixrac rüsumları bu
Əsasnaməyə görə müxtəlif dərəcələrlə tutulur:
- ticarət sazişlərinə əsasən valyuta ilə ixrac
edilən mallar üçün gömrük ixrac rüsumunun birinci sütunda göstərilmiş
dərəcələri tətbiq edilir.
- barter (mal mübadiləsi) müqavilələrinə əsasən
ixrac edilən mallara gömrük ixrac rüsumunun ikinci sütunda göstərilən
dərəcələri tətbiq edilir.
1.5. Gömrük ixrac rüsumları malların
(iş, xidmətlərin) müqavilələrə əsasən satıldığı valyuta ilə ödənilir.
Barter əməliyyatlarında valyuta ilə ödəniş hissəsi olmadıqda Respublika
Milli Valyutası-manatla ödənilir. Xarici valyutanın Respublika
Milli pul vahidinə nisbəti gömrük yük bəyannaməsini gömrük əməliyyatı
üçün qəbul edildiyi tarixdə Azərbaycan Respublikası Milli Bankının
təyin etdiyi məzənnəyə görə müəyyənləşdirilir.
1.6. Gömrük ixrac rüsumu ödənməmiş
və ya ödəmə üçün bank zəmanəti ilə möhlət verilməmiş mallar gömrük
məntəqələrindən buraxılmır.
2. Gömrük ixrac rüsumu hesablanarkən gömrük yük
bəyannaməsinin doldurulması qaydası
2.1. Ödənməli olan gömrük ixrac
rüsumunun məbləği gömrük yük bəyannaməsinin 47-ci qrafasında və
bəyannaməyə əlavə edilən vərəqələrdə aşağıdakı şəkildə göstərilir:
2.1.2. 47-ci qrafanın növ başlıqlı
birinci sütununda gömrük ixrac rüsumunun ödəmə şifri göstərilir;
- manatla ödəndikdə 25
- sərbəst dönərli valyuta ilə ödəndikdə 26
2.1.2. Qrafanın hesablanma
üçün əsas başlıqlı 2-ci sütununda aşağıdakılar göstərilir:
- malın çəki (həcm) vahidinə görə ekyu tarifi
ilə rüsum (malın qabsız (netto) çəkisi Gömrük Yük Bəyannaməsinin
38-ci qrafasında göstərilir).
- manatla ödəndikdə 42-ci qrafada göstərilən
və bəyannamə gömrük əməliyyatı üçün qəbul edildiyi gündə Azərbaycan
Respublikası Milli Bankının müəyyən etdiyi məzənnə ilə Gömrük
Yük Bəyannaməsinin 23-cü qrafası valyuta məzənnəsi).
2.1.3. Qrafanın tarif başlıqlı
üçüncü sütununda gömrük ixrac rüsumu alınacaq malların siyahısına
və gömrük ixrac rüsumunun dərəcələrinə uyğun olaraq rüsum dərəcələri
göstərilir.
2.1.4. Qrafanın məbləğ başlıqlı
4-cü sütununda gömrük yük bəyannaməsinin 47 və 23-cü qrafalarının
2-ci və 3-cü sütunlardakı rəqəmlərin hasilindən alınan məbləğ
göstərilir.
2.1.5. Qrafanın ödəmə qaydası
başlıqlı 5-ci sütununda ödəmənin üsulu göstərilir:
- NHH bank vasitəsilə nağdsız haqq-hesab;
- GK rüsum məbləği naqd olaraq gömrük kassasına
verilməsi;
- BZ vəkil edilmiş bankın zəmanəti ilə
rüsum ödənməsinə möhlət verilməsi.
2.1.6. Gömrük Yük Bəyannaməsinin
hesablamanın təfsilatı başlıqlı V qrafasında ödənilən rüsum
məbləği, ödəmə sənədinin nömrəsi və tarixi göstərilir.
2.2. Qrafa 20 Göndərmə şərtləri təsnifatı.
2.2.1. Göndərmə şərtləri təsnifatı
qrafasının 1-ci bölməsinə uyğun olaraq göndərmə şərtlərinin rəqəmlə
şifri göstərilir.
2.2.2. Qrafanın 2-ci bölməsində
göndərmə şərtlərinin qısa adları və müvafiq olaraq gün, ay və
il göstərilməklə kontrakt (müqavilə) şərtlərinə uyğun olaraq valyuta
qazancının daxil olacağı müddət göstərilir.
Valyuta qazancının daxil olmasını
dəqiq göstərmək mümkün olmadıqda günü bildirən ilk qoşa rəqəmin
yerinə, mütləq ay və il göstərmək şərtilə oo yazılır.
2.2.3. Qrafanın 3 | |