Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarına əlavə və dəyişiklik edilməsi haqqında
Qərar ¹ 164
Bakı şəhəri, 28 oktyabr 2002-ci il
Azərbaycan Respublikasında daxili
bazarın şampan şərabları məhsullarına olan tələbatını tam ödəmək,
şampan şərabları məhsulları istehsalını inkişaf etdirmək və bu
növ məhsulların istehsalı üçün istifadə olunan şampan materiallarının
respublikaya xarici ölkələrdən gətirildiyini nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasının
ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz
dərəcələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən
aksizli malların aksiz dərəcələri»nin 1-ci sütununda «220300»
mal mövqeyindən və 2-ci sütununda 1 ölçü vahidi üçün onun aksiz
dərəcəsindən sonra müvafiq olaraq «220430100» və «1
litr üçün 0,05 ABŞ dolları» rəqəm və sözləri əlavə edilsin.
2. «Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri,
gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel
tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının
ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»ndə
22-ci mal qrupunda «220430100» mal mövqeyinin «15» tarif
dərəcəsi «0,5» tarif dərəcəsi ilə əvəz edilsin.
3. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (31 oktyabr 2002-ci il, ¹ 10, maddə 647) («AzerSoft»).
© AzerSoft