Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr
edilməsi barədə
Qərar ¹ 69
Bakı şəhəri, 9 mart 2006-cı il
«Qiymətli metallar və qiymətli daşlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli, 317 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli, 38 nömrəli qərarının 8 nömrəli Əlavəsinin 6-cı
bəndində «daş-qaşlar» sözü «qiymətli daşlar» sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 89-cu bəndinin ikinci abzasında «iridium,»
sözündən sonra «osmium,» sözü əlavə edilsin, «daş-qaş» sözü «daşlar» sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər
tərəfindən istehsal olunan və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi Qaydaları»nın 3.2.11-ci bəndi çıxarılsın.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 sentyabr tarixli, 143 nömrəli qərarı ilə təsdiq edilmiş «Üzərinə həbs
qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri»nin 7-ci bəndində «rutenium» sözündən sonra «, osmium), qiymətli daşlar,» sözləri
əlavə edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.