Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»na dəyişikliklər və əlavə edilməsi barədə

Qərar ¹ 176

Bakı şəhəri, 7 noyabr 2002-ci il

«Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 619 nömrəli Fərmanına uyğun olaraq, «Diplomatik xidmət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Dövlət Gömrük Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»na aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 2.1.4-cü bəndi çıxarılsın və 2.1.5-ci və 2.1.6-cı bəndləri müvafiq olaraq 2.1.4-cü və 2.1.5-ci bəndlər hesab edilsin;

2. 2.13-cü bəndi aşağıdakı yeni redaksiyada verilsin:

«2.13. Fiziki şəxslər xarici valyuta sərvətlərini və milli valyutanı (manatı) Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən müvafiq Qanuna və Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilmiş qaydada keçirə bilərlər.».

3. 2.14.1-ci bəndindən «habelə xarici dövlətlərdə akkreditə olunmuş diplomatik nümayəndəliklərdə, konsulluq və başqa rəsmi dövlət, hökumətlərarası beynəlxalq təşkilatlarda 1 ildən az olmamaq şərti ilə işləmiş Azərbaycan Respublikasının vətəndaşları xidmət müddəti başa çatdıqdan sonra Azərbaycan Respublikasına qayıtdıqda,» sözləri çıxarılsın və həmin bənddə «ödənişlərini» sözü «rüsumu» sözü ilə əvəz edilsin;

4. aşağıdakı məzmunda 2.23-cü bənd əlavə edilsin:

«2.23. Diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın (təqdim edilmiş sənədlər əsasında) Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur.».

II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, ¹ 11, maddə 678) («AzerSoft»).

9 avqust 2004-cü il tarixli, 109 nömrəli qərara əsasən dəyişikliklər və əlavələrlə («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb