-Rezident fiziki şəxslər respublikadan
kənara özləri ilə hansı məbləğdə xarici valyuta apara bilər?
- "Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin
Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan
Respublikasından çıxarılması" Qaydalarına uyğun olaraq
rezident fiziki şəxs tərəfindən 10.000 (on min) ABŞ
dolları ekvivalentinədək valyuta sərvətləri respublikadan
kənara aparıla bilər, bu halda Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 13.02.2008-ci il tarixli 42 nömrəli
Qərarına müvafiq olaraq gömrük rüsumu tutulmur.