Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında Sazişi imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Fərhad Şövlət oğlu Əliyevə verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Fərhad Şövlət oğlu Əliyevə verilməsi barədə Avstriya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 15 noyabr 2002-ci il

¹ 1092

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, ¹ 11, maddə 671) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb