Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 2865
28.06.2002-ci il
Nazir
F.MƏMMƏDOV

«Təsdiq edirəm»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 044
18.06.2002-ci il
Sədr
K.HEYDƏROV

Razılaşdırılmışdır,
Azərbaycan Respublikası
Milli Təhlükəsizlik Nazirliyi
Sərhəd Qoşunlarının Komandanı
11.06.2002-ci il
E.QULİYEV

Razılaşdırılmışdır
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi
13.06.2002-ci il
A.BƏŞİROV

Ticarət gəmiçiliyində istifadə olunan gəmilər, digər üzən nəqliyyat vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan mallar üzərində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi
Qaydaları

I. Ümumi müddəalar

1. «Ticarət gəmiçiliyində istifadə olunan gəmilər, digər üzən nəqliyyat vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan mallar üzərində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi» Qaydaları (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq işlənib hazırlanmışdır.

Qaydalar üzən nəqliyyat vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan malların gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin xüsusiyyətlərini müəyyən edir.

2. Qaydalarda istifadə olunan terminlər:

a) Liman hakimiyyət orqanları — müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların üzərinə qoyulmuş inzibati-hakimiyyət və digər səlahiyyətləri həyata keçirən dəniz limanlarının müvafiq orqanları;

b) gəmi — özühərəkətedən və özühərəkətetməyən üzən su nəqliyyat vasitəsi;

c) gəmi sahibi — gəminin mülkiyyətçisi olmasından və ya gəmidən başqa qanuni əsaslarla istifadə etməsindən asılı olmayaraq gəmini öz adından istismar edən şəxs;

ç) gəmi təchizatı — ehtiyat hissələri istisna olunmaqla istehlak xarakterli olmayan, daşınan əmlak hesab olunan, gəmidə yerləşən və istifadə olunmaq üçün nəzərdə tutulan əşyalar, o cümlədən gəmi şəraiti və təchizatı üçün tələb olunan xilasedici qayıqlar, xilasedici vasitələr, mebel və digər əşyalar;

d) gəminin ehtiyat hissələri — gəmidə daşınan və onun təmiri və avadanlıqların dəyişdirilməsi üçün əşyalar;

e) gəmi ləvazimatları — gəmidə istifadə olunan mallar, o cümlədən gəmi heyətinə və sərnişinlərə satılması nəzərdə tutulan mallar, yanacaq və sürtgü materialları (buraya gəmi təchizatı əşyaları və gəminin ehtiyat hissələri daxil deyildir);

ə) gəmi heyəti — gəmi kapitanından, gəminin komandir heyətinin digər üzvləri və sıravi heyətdən ibarətdir;

f) konosament — dəniz nəqliyyatı vasitəsi üçün malın sahiblik hüququnu təsdiq edən, kapitan tərəfindən yüklərin qəbulunu göstərən, yük nəqliyyat sənədi;

g) gəmi manifesti — konosamentlərin toplusunu əks etdirən və gömrük orqanına təqdim olunan yük nəqliyyat sənədi;

ğ) SN-37 — beynəlxalq poçt göndərişləri göndərildiyi zaman istifadə olunan qaimə sənədi.

II. Gəmilərə və yüklərə (mallara) gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin aparılması zamanı istifadə olunan sənədlər

1. Gəmilərə, mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirildiyi zaman istifadə olunan sənədlər aşağıdakılardan ibarətdir:

a) Baş bəyannamə — gəminin gəlməsi və ya getməsi zamanı gömrük orqanları tərəfindən tələb olunan aşağıdakı məlumatları özündə əks etdirən əsas sənəd:

  • gəminin adı;
  • gəminin mənsub olduğu ölkənin adı;
  • qeydiyyatı haqda məlumat;
  • tonnajı;
  • kapitanın soyadı;

gəminin gəlişi və yola düşmə limanlarında gəmi agentinin adı və ünvanı

  • yüklərin (malların) qısa təsviri;
  • gəmidə yerləşən gəmi heyətinin sayı;
  • gəmidə yerləşən sərnişinlərin sayı;
  • reys haqda qısa məlumat;
  • gəminin gəlişi və yola düşmə tarixi və saat;
  • gəminin gəlişi və yola düşmə limanı;
  • limanda gəminin dayanacaq yeri.

Baş bəyannamə kapitan, dəniz agenti və ya kapitan tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən imzalanır və tarix qoyulur;

b) yük haqda bəyannamə — gəmidə yerləşən yüklər (mal və nəqliyyat vasitələri) barədə gömrük orqanları tərəfindən tələb olunan məlumatları özündə əks etdirən əsas sənəd:

gəminin gəlişi zamanı:

  • gəminin adı;
  • gəminin mənsub olduğu ölkənin adı;
  • kapitanın soyadı;
  • göndərmə limanı;
  • yük haqda bəyannamənin tərtib olunduğu liman;
  • yüklərin (malların) markalanması, seriya nömrəsi, yerlərin sayı, qablaşdırma növü, sayı və təsviri;
  • gəminin gəlişi zamanı limanda boşaldılacaq yüklərin konosamentlərinin nömrəsi;
  • gəmidə qalan yüklərin boşaldılacağı limanlar;
  • konosamentdə daşınan yüklərin ilkin göndərmə limanları;

gəminin gedişi zamanı:

  • gəminin adı;
  • mənsub olduğu ölkənin adı;
  • kapitanın soyadı;
  • təyinat limanı;

yüklərin (malların) götürüldüyü hallarda:

  • yüklərin markalanması, seriya nömrəsi, yerlərin sayı, qablaşdırma növü və təsviri;
  • gəminin yola düşməsi zamanı limanda götürülmüş yüklərə aid konosamentlərin nömrəsi.

Yük haqda bəyannamə kapitan, dəniz agenti və ya kapitan tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən imzalanır və tarix qoyulur.

Gömrük orqanı təhlükəli yüklər barədə məlumatları ayrıca tələb etmək hüququna malikdir.

Limana gəliş zamanı yük haqda bəyannamə təqdim olunduğu və yüklər gəmidə qaldığı təqdirdə, gəminin yola düşdüyü zaman həmin yüklərə dair yük haqda yeni bəyannamə tələb olunmur.

Gömrük orqanı yük haqqında bəyannamənin əvəzinə həmin bəyannamədə göstərilən məlumatları özündə əks etdirən və gəmi kapitanı, dəniz agenti və ya kapitan tərəfindən bu iş üçün səlahiyyət verilmiş şəxs tərəfindən imzalanmış və tarix qoyulmuş gəmi manifestinin nüsxəsini qəbul edə bilər.

c) gəmi ləvazimatı haqda məlumatı əks etdirən arayış sənədi-gəminin gəlişi və yola düşməsi zamanı gömrük orqanı tərəfindən tələb olunan məlumatları özündə əks etdirən gəmi ləvazimatı barədə əsas sənəd.

Gəmi ləvazimatları barədə arayış kapitan və ya kapitan tərəfindən səlahiyyət verilmiş gəmi ləvazimatları barədə şəxsən məlumatlandırılmış gəminin komanda heyətinin hər hansı bir üzvü tərəfindən imzalanır və tarix qoyulur.

ç) gəmi heyətinin şəxsi əşyaları haqda bəyannamə – gömrük orqanı tərəfindən tələb olunan aşağıdakı məlumatları özündə əks etdirən gəmi heyətinin şəxsi əşyaları haqda əsas sənəd (gəminin getməsi zamanı tələb olunmur):

  • gəminin adı;
  • gəminin gəliş və yola düşmə limanları;
  • gəmi heyətinin adı və soyadı;
  • gəmi heyətinin vəzifələri;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun gəmi heyətinin tarif və qeyri-tarif tənzimlənməsinə düşən şəxsi əşyaları haqda məlumatlar;
  • gəmi heyətinin hər bir üzvünün imzası.

Gəmi heyətinin şəxsi əşyaları barədə bəyannamə kapitan və ya kapitan tərəfindən səlahiyyət verilmiş gəminin rəhbər heyətinin hər hansı bir üzvü tərəfindən imzalanır və tarix qoyulur.

d) Gəmi heyətinin siyahısı — gəminin gəlişi və yola düşməsi zamanı gömrük orqanları tərəfindən tələb olunan gəmi heyətinin tərkibi və sayı barədə məlumatları əks etdirən əsas sənəd.

Gəmi heyətinin siyahısı aşağıdakı məlumatları əks etdirir:

  • gəminin adı;
  • mənsub olduğu ölkənin adı;
  • gəmi heyətinin adları və soyadları;
  • anadan olduqları yer və tarix;
  • gəmi heyətinin hər bir üzvünün vəzifəsi və vətəndaşlığı;
  • gəmi heyətinin şəxsiyyətini təsdiq edən sənədin növü və nömrəsi;
  • gəminin gəliş və yola düşmə limanları və tarix.

Gəmi heyətinin siyahısı kapitan və ya gəminin rəhbər heyətinin hər hansı bir səlahiyyətli üzvü tərəfindən imzalanır və tarix qoyulur.

e) sərnişinlərin siyahısı — gəminin gəlişi və yola düşməsi zamanı sərnişinlər barədə gömrük orqanları tərəfindən tələb olunan məlumatları əks etdirən əsas sənəd.

Sərnişinlərin siyahısına aşağıdakı məlumatlar daxildir:

  • gəminin adı;
  • mənsub olduğu ölkənin adı;
  • gəmidəki hər bir sərnişinin adı, soyadı, vətəndaşlığı, anadan oluğu yer və tarix;
  • hər bir sərnişinin gəmiyə minmə və gəmidən enmə limanı;
  • gəminin gəliş və yola düşmə limanları və tarix;
  • gəminin gediş və yola düşmə limanları və tarix.

Sərnişinlərin siyahısı gəmi kapitanı, dəniz agenti və ya kapitan tərəfindən səlahiyyət verilmiş hər hansı bir şəxs tərəfindən imzalanır və tarix qoyulur.

2. Zərurət yarandıqda gömrük orqanına aşağıdakı sənədlər təqdim olunur:

a) gəmi kassasında saxlanılan valyuta və valyuta sərvətləri, Azərbaycan və xarici valyutanın məbləği barədə arayış.

Valyuta və ya valyuta sərvətlərinin mövcudluğu barədə arayış gəmi kapitanı və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən imzalanır və tarix qoyulur.

Gəmi kassasında valyuta və valyuta sərvətləri olmadıqda Baş bəyannamənin 16-cı qrafasında – «Gəminin kassasında valyuta və valyuta sərvətləri yoxdur» sözləri yazılır;

b) gəmidə olan silah və sursatın siyahısı;

  • silah və sursatın sayı (silahın markası göstərilməklə);
  • silahın zavod nömrəsi;
  • silah və sursatın sahibi haqda məlumatlar.

Silah və sursatın siyahısına gəminin kapitanı (onun tərəfindən vəkil olunmuş şəxs) tərəfindən silahın qorunması və gəmidən çıxarılmaması barədə öhdəlik daxil olmalıdır.

Gəmidə silah və sursatın olmadığı təqdirdə Baş bəyannamənin 16-cı qrafasında aşağıdakılar qeyd olunur: «Gəmidə silah və sursat yoxdur»:

c) tərkibində narkotik, güclü təsirli vasitələr, psixotrop və zəhərli maddələr olan dərman preparatlarının siyahısı.

Bu siyahıda nomenklaturası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq olunmuş tərkibində narkotik, güclü təsirli vasitələr, psixotrop və zəhərli maddələr olan dərman preparatlarının sayı göstərilir.

Dərman preparatlarına aid həmin siyahıya gəminin limanda dayanması zamanı bu cür preparatların qorunması və gəmidən çıxarılması barədə gəminin kapitanı (səlahiyyətli nümayəndəsi) tərəfindən götürülmüş öhdəlik daxil olunmalıdır.

Gəmidə dərman preparatları olmadıqda Baş bəyannamənin 16-cı qrafasında; «Gəmidə tərkibində narkotik, güclütəsirli vasitələr, psixotrop və zəhərli maddələr olan dərman preparatları yoxdur» – sözləri yazılır.

3. Gəmilərdə təcili beynəlxalq poçt göndərişləri olduqda gömrük məqsədləri üçün SN 37 qaiməsi istifadə olunur.

Gəmidə beynəlxalq poçt göndərişləri olmadıqda Baş bəyannamənin 16-cı qrafasında: «Gəmidə poçt yoxdur» – sözləri yazılır.

III. Azərbaycan Respublikasının gömrük sərhədindən keçən dəniz gəmiləri, digər üzən nəqliyyat vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan mallara gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə dair ümumi tələblər

1. Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçən dəniz gəmiləri, digər nəqliyyat vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan mallara valyuta da daxil olmaqla, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi gömrük işi ilə bağlı Azərbaycan Respublikasının qanunvericilik aktlarına və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir.

Beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri gəmilər vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirildiyi zaman həmin nəqliyyat vasitələrinin (bundan sonra nəqliyyat vasitələri) gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən keçirilməsi gömrük işi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir.

2. Gəmilərə və mallara, eləcə də nəqliyyat vasitələrinə tətbiq olunan gömrük nəzarəti Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə, eləcə də icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş beynəlxalq müqavilələrin tələblərinə riayət olunmasının təmin olunması məqsədilə həyata keçirilir.

3. Gəmilərin, malların, eləcə də nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün açıq olan limanlarda aparılır.

Fors-major halları (qəza, bədbəxt hadisə zamanı, mallar, insanlar və gəmi üçün təhlükəli şərait yarandığı hallar, gəmi heyəti və sərnişinlərə tibbi yardım göstərilməsi zərurəti yarandıqda, xilas edilmiş adamların çıxarılması və s. hallar) istisna olunmaqla gəmilərin beynəlxalq istifadə üçün nəzərdə tutulmayan limanlara girişi qadağan edilir. Gəmilərin bu cür yanalmaları haqda gəmi kapitanı (onun səlahiyyətli nümayəndəsi) tərəfindən yaxınlıqdakı gömrük orqanına məlumat verilir.

4. Gəmilər, mallar, eləcə də nəqliyyat vasitələri seçilmiş gömrük rejimi başa çatanadək gömrük nəzarəti altında olurlar.

5. Gömrük nəzarəti altında olan gəmilərin dayanacaqlarının təmin edilməsi ilə bağlı əməliyyatlar gömrük orqanının və sərhəd nəzarəti orqanlarının icazəsi ilə həyata keçirilir. Limanda gəmilərin dayanacaq yerinin dəyişdirilməsi yalnız gömrük orqanı və sərhəd nəzarəti orqanı ilə razılaşdırılmaqla həyata keçirilir.

Gömrük nəzarəti altında olan gəmilərə digər gəmilərin və üzən vasitələrin gömrük və sərhəd nəzarəti orqanının icazəsi olmadan yan alması qadağan edilir.

Bu bəndin tələblərinə yalnız fors-major hallarında (qəza, bədbəxt hadisə zamanı, insanlar, gəmi, mallar üçün təhlükəli şərait yarandıqda, gəmi heyəti və sərnişinlərə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda, xilas olunmuş adamların çıxarılması halları və s.) riayət olunmur. Bu sadalanan hallarda gömrük və sərhəd nəzarəti orqanları əməliyyat başlandıqdan sonra məlumatlandırılmalıdırlar.

6. Gəmilərin gömrük rəsmiləşdirilməsi limana yan alma yerlərində və ya reyd zamanı həyata keçirilir. Gəmilərin reydi zamanı onlara gömrük nəzarətinin həyata keçirilməsinə dair qərar gəmi kapitanın (onun səlahiyyətli nümayəndəsi) liman hakimiyyət orqanları ilə razılaşdırılmış müraciəti əsasında gömrük orqanı tərəfindən verilir.

7. Gəmilərin gömrük rəsmiləşdirilməsi liman hakimiyyət orqanlarının gömrük orqanları ilə razılaşdırılmaqla müəyyən etdiyi qaydada gəmilərin bu iş üçün hazırlığı və növbə ilə istirahət və bayram günləri də daxil olmaqla bütün gün ərzində həyata keçirilir.

8. Gəmilərin gömrük rəsmiləşdirilməsindən keçirilməsi qanunvericilikdə müəyyən olunmuş müddətdə həyata keçirilir.

9. Dəniz agenti və ya liman hakimiyyət orqanları gəminin xaricə yola düşməsi və gəlişi zamanı sərhəd, gömrük və digər dövlət nəzarəti orqanlarının nümayəndələrini (bundan sonra komissiya) gəminin və gəmi heyətinin nəzarətdən keçirilməsi və rəsmiləşdirilməsi məqsədilə müəyyən olunmuş qaydada gəmiyə çatdırılmasını və geri qaytarılmasını təmin etməlidirlər.

10. Xaricdən gələn gəmilərin komissiya tərəfindən rəsmiləşdirilməsi onlara sanitar baxışı başa çatdıqdan sonra həyata keçirilir.

11. Gömrük orqanlarının əməkdaşları gəminin reydi zamanı sərhəd nəzarət orqanları ilə razılaşdırılmaqla günün istənilən vaxtı öz xidməti vəzifələrini yerinə yetirmək məqsədilə gəmiyə daxil ola bilərlər.

IV. Gəmilərin gəlişi zamanı gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin aparılması

1. Gəmilər limana yan aldıqdan sonra gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə gömrük orqanı müvafiq qaydada məlumatlandırılmalıdır.

2. Gəminin kapitanı (səlahiyyətli nümayəndəsi) gəminin Azərbaycan Respublikasının gömrük sərhədini keçməsi barədə, dərhal gəmi agentliyi vasitəsi ilə gömrük orqanının müvafiq qaydada məlumatlandırılmasını təmin etməlidir. Sonra həmin bildiriş sənədi gəmi kapitanı (səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanır. Gömrük orqanı həmin sənədi məlumatlandırma jurnalında qeyd edir və gömrükxananın iş qovluğuna əlavə edir.

Bildiriş sənədində aşağıdakılar öz əksini tapmalıdır:

  • gəminin adı;
  • mənsub olduğu ölkənin adı;
  • gəmidəki sərnişinlərin sayı;
  • gəmi heyətinin sayı;
  • yüklərin (malların) adı və ümumi çəkisi;
  • gəminin limana çatacağı təqribi vaxt;
  • bildiriş sənədinin verildiyi tarix və saat.

3. Gəmi limana çatdıqdan sonra 30 dəqiqədən gec olmayaraq gəminin kapitanı (səlahiyyətli nümayəndəsi) əvvəl təqdim olunmuş məlumatı dəqiqləşdirməklə, gəminin dəqiq dayanacaq yeri göstərilməklə gömrük orqanına gəminin gəlişi haqda yazılı məlumat verməlidir. Bildiriş sənədi gəmi kapitanı (onun səlahiyyətli nümayəndəsi) tərəfindən imzalanır. Gömrük orqanının əməkdaşı bildiriş sənədini qəbul edir və həmin sənədi iş qovluqlarına əlavə edir.

4. Gəmiyə getməzdən əvvəl komissiya üzvlərindən biri olan gömrük orqanının əməkdaşı tərəfindən xaricə üzən gəmilərin qeydiyyat jurnalında (əlavə 1) gəminin gəlmə faktı qeyd olunur (qrafa 1-4) və gəmi işi sənədinə aşağıdakı qaydada sıra nömrəsi qoyur:

1

2 3 4

5

00000/

000000/

00000

1 — Azərbaycan Respublikası gömrük orqanlarının və onların struktur bölmələrinin təsnifatı əsasında gəminin və malların gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirən gömrük orqanının 5 rəqəmli kodu;

2, 3 və 4 cari ilin son 2 rəqəmi, gün və ay;

5 — xaricə gedən gəmilərin qeydiyyat jurnalında sıra nömrəsi (ilin əvvəlində nömrələnmə təzələnir)

5. Gəminin kapitanı (onun səlahiyyətli nümayəndəsi) gəminin gəlişi zamanı gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin aparılması məqsədilə gömrük orqanının komissiyaya daxil olan əməkdaşına aşağıdakı sənədlərin 2 nüsxəsini təqdim edir:

  • Baş bəyannamə;
  • yük haqda bəyannamə;
  • gəmi ləvazimatı barədə arayış;
  • gəmi heyətinin şəxsi əşyaları;
  • gəmi heyətinin siyahısı;
  • sərnişinlərin sayı;
  • SN-37 qaiməsi;
  • gəminin kassasında olan valyuta və valyuta sərvətləri haqda arayış;
  • silah və sursatın siyahısı;
  • tərkibində narkotik, güclü təsirli vasitələr, psixotrop və zəhərli maddələr olan dərman preparatları;
  • bütün yüklərə (mallara) dair gəmi manifesti.

Yuxarıda sadalanan sənədlər və mallar gömrük orqanının əməkdaşına təqdim olunduğu andan bu cür mallar gömrük nəzarəti altına götürülür.

6. Gəminin limana gəlişi zamanı gəmi heyəti və sərnişinlər tərəfindən gətirilmiş malların bəyan edilməsi Azərbaycan Respublikasının gömrük işi ilə bağlı qanunvericilik aktlarında müəyyən olunmuş qaydalara əsasən həyata keçirilir.

7. Gəminin gömrük nəzarətindən keçirilməsi zamanı gömrük orqanları gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq aşağıdakılara riayət etməlidirlər:

  • təqdim olunmuş sənədlərdə göstərilmiş məlumatların doğruluğunu yoxlamaq;
  • gəminin material uçotu jurnalında və gəmidəki gəmi təchizatına dair sənədlərdəki yazıları, gəminin ehtiyat hissələrini və gəminin ləvazimatını yoxlamalı;
  • aşağıdakı sadalanan malların yerləşdirildiyi yerlərə gömrük təminatı vasitələri qoyulur:
  • tütün məmulatları və alkoqollu içkilər (gəminin limanda dayanacağı zamanı gəmidə istifadə olunacaq tütün məmulatları və alkoqollu içkilər olan yerlərdən başqa);
  • silah;
  • dərman preparatları;
  • bu limanda boşaldılması nəzərdə tutulmayan mallar.

8. Gəmi gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsindən keçirildiyi zaman sərnişinlərin gəmiyə minməsi və düşməsi gömrük orqanlarının və sərhəd nəzarət orqanlarının razılığı ilə həyata keçirilir.

9. Təqdim olunmuş sənədlər yoxlanıldıqdan və gəmidə gömrük nəzarəti başa çatdırıldıqdan sonra gömrük orqanının əməkdaşı aşağıdakıları həyata keçirir;

a) Baş bəyannamədə ştamp vurur və onu doldurur (əlavə ¹ 2), şəxsi nömrəli möhürlə təsdiq edir və imza qoyur, gömrük təminat vasitələrinin qoyulması haqda qeydlər aparır, eləcə də gömrük nəzarətinə dair digər məlumatları qeyd edir;

b) boşaldılma yerləri gömrük orqanı tərəfindən müəyyən olunan malların CN-37 qaimə, yük haqda bəyannamə və ya gəmi manifesti sənədlərində «Gömrük yükü» ştampı vurur, malların boşaldılma yerini göstərir, tarix qoyur və şəxsi nömrəli möhürü ilə təsdiq edir;

c) valyuta və valyuta sərvətləri olduqda valyuta və valyuta sənədlərinə dair arayışda: «Gəminin gəlişi zamanı yoxlanılmışdır, təqdim olunmuş sənədlərdəki məlumatlarla eynidir» – qeydlərini edir, tarix qoyur, imzalayır və şəxsi nömrəli möhürlə təsdiqləyir;

ç) gəmi heyətinin və sərnişinlərin siyahı sənədində gəmi işinin nömrəsini göstərir və şəxsi nömrəli möhürü ilə təsdiq edir;

d) gəminin ləvazimatına dair arayış sənədində aşağıdakı qeydlər edir: «Gəminin gəlişi zamanı yoxlanılmış, təqdim olunmuş sənədlərdəki məlumatlarla eynidir», tarix qoyur, imzalayır və şəxsi nömrəli möhürlə təsdiqləyir. Tütün məmulatları və alkoqollu içkilər saxlanılan yerlərə gömrük eyniləşdirmə vasitələri qoyulduğu zaman həmin yerləri və eyniləşdirmə vasitələrinin nömrəsini göstərir və şəxsi nömrəli möhürlə təsdiqləyir;

e) dərman preparatları olduqda dərman preparatları sənədində gəmi işinin nömrəsini qoyur, şəxsi nömrəli möhürlə təsdiqləyir və aşağıdakı qeydləri aparır: «¹ yeri möhürlənmiş, ¹-li seyfə qoyulmuş, eyniləşdirmə vasitəsi ¹» və şəxsi nömrəli möhürlə təsdiqləyir;

ə) silah və sursat olduqda silah və sursat sənədində gəmi işinin nömrəsini qoyur, həmçinin aşağıdakı qeydləri aparır; «¹ yerdə baxış keçirilib, ¹ seyfdə möhürlənib, eyniləşdirmə vasitəsi ¹» və şəxsi nömrəli möhürlə təsdiqləyir.

Gömrük orqanının qeydləri olan sənədlərin surətləri gəmi kapitanının xahişi ilə artırıla bilər.

10. Gəmi sənədləri rəsmiləşdirildikdən sonra gömrük orqanı malların müəyyən olunmuş yerlərə boşaldılmasına icazə verir.

11. Gömrük orqanının əməkdaşlarının tələbi ilə onların gəminin istənilən yerinə buraxılması təmin olunmalıdır.

Gəmiyə baxış gəmi heyətinin səlahiyyətli nümayəndələrinin müşayiəti ilə həyata keçirilir.

Sərnişinlərin şəxsi əşyalarına baxış onların iştirakı ilə həyata keçirilir.

Gəmi heyətinin şəxsi əşyalarına baxış bilavasitə gəmidə əşya sahibinin və gəmi heyətinin üzvlərindən birinin iştirakı ilə həyata keçirilir.

12. Komissiyanın gəmidə işi zamanı hər hansı bir mal partiyasına dair yük sənədləri olmadıqda gəminin kapitanı (onun səlahiyyətli nümayəndəsi) həmin malların hansı şəraitdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi barədə yazılı izahat verməlidir.

Bu cür mallar təcili olaraq gəmi kapitanının (onun səlahiyyətli nümayəndəsi) iştirakı ilə gömrük nəzarətindən keçirilməlidirlər.

13. Gəmidən qaytarıldıqdan sonra gömrük orqanının səlahiyyətli nümayəndəsi xaricə üzən gəmilərin qeydiyyat jurnalının 5-9 qrafalarını və gəmi işi sənədinin gəminin girişinə aid hissəsini doldurur.

V. Gəminin yola düşməsi zamanı gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin aparılması

1. Gəminin çıxışı zamanı gömrük rəsmiləşdirilməsi yükləmə-boşaldılma əməliyyatı başa çatdıqdan sonra, gəminin reysə hazır olduğu, sərnişinlərin gəmiyə minməyə başlandığı və liman hakimiyyəti orqanları ilə rəsmiyyətçilik qurtardıqdan sonra həyata keçirilir.

2. Gəminin kapitanı (onun səlahiyyətli nümayəndəsi) gəminin Azərbaycan Respublikasının gömrük sərhədini keçməzdən ən azı 3 saat əvvəl yazılı surətdə gəminin limandan uzaqlaşacağı barədə gəmi agenti vasitəsilə gömrük orqanına məlumat verir.

Gömrük orqanı qeydiyyat jurnalında bildiriş sənədini qeyd edir və öz iş qovluğuna əlavə edir.

Bildiriş sənədində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

  • gəminin adı;
  • gəminin mənsub olduğu ölkənin adı;
  • gəmidəki sərnişinlərin sayı;
  • gəmi heyətinin sayı;
  • malların adı və ümumi sayı;
  • malları göndərənlər;
  • limanlar və təyinat ölkələri;
  • gəminin limandan uzaqlaşacağı, təqribi vaxt;
  • bildirişin verildiyi tarix və saat;
  • bildirişi təqdim edən şəxsin möhürü və imzası.

3. Gəminin kapitanı (onun səlahiyyətli nümayəndəsi) gəminin yola düşməsi zamanı gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi məqsədilə komissiyaya daxil olan gömrük orqanının əməkdaşına 2 nüsxədən ibarət aşağıdakı sənədləri təqdim edir:

  • Baş bəyannamə;
  • yük haqda bəyannamə;
  • gəmi heyətinin siyahısı;
  • sərnişinlərin siyahısı;
  • tərkibində narkotik, güclü təsirli vasitələr, psixotrop və zəhərli maddələr olan tibbi ləvazimatlar;
  • gəmi kassasında olan valyuta və valyuta sərvətləri haqda arayış;
  • silah və sursatın siyahısı;
  • CN37 qaiməsi;
  • bütün mallara dair gəmi manifestləri.

Gömrük nəzarəti yuxarıda sadalanan sənədlərin gömrük orqanının əməkdaşına təqdim edildiyi andan başlayır.

4. Azərbaycan Respublikasının gömrük ərazisində gəmiyə yüklənmiş ləvazimata dair məlumatlar gəmi ləvazimatı haqqında arayış sənədində əks olunmalıdır.

Gəminin gəlişi zamanı gəminin azuqəsi haqda məlumat verildiyi halda bu haqda əlavə sənəd tələb olunmur.

5. Azərbaycan Respublikasının gömrük ərazisində gəmiyə yüklənmiş yüklər barədə məlumat (mallar) yük haqda bəyannamədə əks etdirilməlidir.

6. Gəmi yola düşdüyü (limandan) zaman həmin gəminin limana giriş vaxtı tərtib olunmuş gəmi heyəti siyahısının nüsxəsi (əgər gəmi kapitanı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən həmin sənəddə göstərilmiş məlumatların dəyişilmədiyi qeyd olunarsa və yenidən imzalanarsa) təqdim oluna bilər.

7. Gəmi yola düşdüyü zaman gəmi heyəti və sərnişinlər tərəfindən aparılan malların bəyan edilməsi Azərbaycan Respublikasının gömrük işi ilə bağlı qanunvericilik aktlarında müəyyən olunmuş hallarda və müəyyən edilmiş qaydada həyata keçirilir.

8. Gəmi gömrük nəzarətindən keçirildiyi zaman gömrük orqanının əməkdaşları aşağıdakıları həyata keçirirlər:

  • gömrük orqanına təqdim olunmuş sənədlərdə göstərilmiş məlumatların doğruluğunu yoxlayır və Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə əsasən gəmiyə və mallara gömrük nəzarətini həyata keçirirlər;
  • gəminin gəlişi zamanı qoyulmuş eyniləşdirmə vasitələrini (plomblar, möhürlər və s.) yoxlayır, lazım gəldikdə isə onları çıxarırlar;
  • gəminin gəlişi zamanı bəyan olunmuş və gəminin limanda dayandığı müddətdə istifadə olunmuş gəmi ləvazimatının və gəminin ehtiyat hissələrinin mövcudluğunu yoxlayır, onların gəmi ləvazimatı haqda arayışda, gəminin material uçotu jurnalında və digər sənədlərdə doğruluğunu yoxlayırlar;
  • gəmiyə yüklənmiş gəminin ehtiyat hissələrinin, gəmi ləvazimatı və gəmi təchizatının faktiki gəmi və gömrük sənədlərində (gəmi ləvazimatı haqda arayış, gəminin material uçotu jurnalı və digər sənədlərdə) doğruluğunu yoxlayırlar.

9. Gömrük orqanının əməkdaşı təqdim olunmuş gəmi sənədlərini yoxladıqdan sonra:

  • Baş bəyannamədə ştamp vurur (əlavə ¹ 2) onu doldurur, imzalayır və şəxsi nömrəli möhürlə təsdiqləyir;
  • gəmi ləvazimatı barədə arayış sənədində aşağıdakı qeydlər aparır:

«Gəminin yola düşməsi üçün yoxlanılmış, təqdim edilmiş məlumatlar doğrudur», gəminin yola düşmə tarixini qoyur, imzalayır və şəxsi nömrəli möhürlə təsdiqləyir;

  • CN-37 qaimə, yük haqda bəyannamə və gəmi manifestində «Buraxılsın» ştampını vurur, imza qoyur və şəxsi nömrəli möhürlə təsdiqləyir;
  • gəmi heyətinin siyahısı və sərnişinlərin siyahı sənədlərində gəmi işinin nömrəsini göstərir və şəxsi nömrəli möhürlə təsdiqləyir;
  • dərman preparatları sənədində, valyuta və valyuta sərvətləri haqda arayışda, eləcə də silahların siyahısında bəyan olunmuş məlumatların faktiki doğruluğunu qeyd edir, imzalayır və şəxsi nömrəli möhürlə təsdiqləyir.

Gömrük orqanının qeydləri aparılmış sənədlərin surətlərinin sayı gəmi kapitanının xahişi ilə artırıla bilər.

10. Gəmidən qayıtdıqdan sonra gömrük orqanının səlahiyyətli nümayəndəsi xaricə üzən gəmilərin qeydiyyat jurnalının 10-15 qrafalarını, «gəmi işi» sənədinin gəminin çıxışına aid hissəsini tərtib edir.

VI. Azərbaycan Respublikasının gömrük ərazisinə gəmilər vasitəsilə gətirilən malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsindən keçirilməsi

1. Malların gömrük rəsmiləşdirilməsi gəminin bu Qaydalarda müəyyən olunmuş yerdə gömrük rəsmiləşdirilməsi başa çatdıqdan və ya həmin mallar gömrük orqanının müəyyən etdiyi yerdə yerləşdirildikdən sonra başlanır.

2. Malların gəmidən boşaldılmasına nəzarət edən gömrük orqanının əməkdaşı istənilən vaxt onların açılmasını, təkrar sayılmasını və çəkilməsini tələb edə bilər.

Gömrük orqanının yuxarıda qeyd olunan tələbləri müvafiq qaydada rəsmiləşdirilir. Qeyd olunan əməliyyatların aparılması üçün məsul şəxslər həmin tələbləri gömrük orqanı tərəfindən müəyyən olunmuş vaxtda yerinə yetirirlər.

3. Gömrük orqanı mallardan prob və nümunələr götürmək və gömrük qanunvericiliyində müəyyən olunmuş qaydada onların müayinəsini aparmaq hüququna malikdirlər.

4. Malların gəmidən boşaldılmasının nəticələri Baş akt sənədində (əgər tərtib olunmuşlarsa digər aktlar ona əlavə edilməklə) əks etdirilir. Gömrük orqanı Baş akt sənədini gəmidən boşaldılmış malların faktiki miqdarını təsdiq edən sənəd kimi qəbul edir.

VII. Azərbaycan Respublikasının gömrük ərazisindən gəmilər vasitəsilə çıxarılan malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsindən keçirilməsi

1. Müəyyən olunmuş qaydada buraxılışına icazə verilmiş malları gəmiyə keçirən şəxs gömrük orqanına malların yüklənməsi haqda Tapşırıq sənədinin sərbəst qaydada tərtib olunmuş 4 nüsxəsini təqdim edir.

Tapşırıq sənədində aşağıdakılar göstərilməlidir:

  • tapşırıq sənədinin tarixi və sıra nömrəsi;
  • gəminin adı, onun mənsub olduğu ölkənin adı;
  • malların yüklənməsi limanı;
  • mal göndərənlərin adları;
  • malların boşaldılması limanı;
  • malları alanın adı, rekvizitləri;
  • birmənalı eyniləşdirilməsinə imkan verən malların adı, yerlərin sayı, çəkisi (kq.) ölçüsü (m3-lə), markalanması, qablaşdırma növü və başqa məlumatlar;
  • çıxarılan mallara dair gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş gömrük bəyannamələrinin sıra nömrəsi;
  • malların kodu (Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə).

Tapşırıq sənədi malları keçirən şəxs tərəfindən imzalanır.

Tapşırıq sənədində göstərilən malların miqdarı (çəkisi, ölçüsü və s.) gömrük bəyannaməsində (malların nəzarət altında çatdırılması üçün sənəd) bəyan olunmuş malların miqdarından artıq olmamalıdır.

2. Malları keçirən şəxs tapşırıq sənədi ilə birlikdə gömrük orqanına aşağıdakı sənədləri təqdim edir:

  • gömrük qanunvericiliyində müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş gömrük bəyannamələrinin surətləri;
  • Beynəlxalq Yük Daşımaları (nəzarət altında çatdırma) sənədi;
  • digər gömrük orqanları tərəfindən qeydiyyat aparılmış nəqliyyat və mal müşayiət sənədləri (əgər mal göndərən digər gömrük orqanının fəaliyyət zonasında yerləşirsə).
  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə əsasən malların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması üçün tələb olunan digər sənədlər.

3. Gömrük orqanının əməkdaşı təqdim olunmuş sənədlər yoxlanıldıqdan sonra tapşırıq sənədinin bütün nüsxələrində «Yüklənməyə icazə verilib» ştampı vurur, imzalayır və şəxsi nömrəli möhürlə təsdiqləyir.

4. Tapşırıq sənədinin rəsmiləşdirilmiş nüsxələri aşağıdakı qaydada bölüşdürülür:

  • nəzarət üçün gömrük orqanına;
  • gəminin kapitanına;
  • malları keçirən şəxsə;
  • limanın səlahiyyətli nümayəndəsinə.

5. Malların yüklənməsinə nəzarət edən gömrük orqanının əməkdaşı malların gəmiyə yüklənməsi zamanı onların açılmasını, təkrar sayılmasını və çəkilməsini tələb etmək hüququna malikdir.

6. Gömrük orqanının həmin tələbləri yazılı şəkildə sənədləşdirilir (mallara baxış haqda tapşırıq sənədi). Bu əməliyyatların yerinə yetirilməsi üçün məsul şəxslər həmin tələbləri gömrük orqanı tərəfindən müəyyən olunmuş vaxt ərzində həyata keçirməlidirlər.

7. Azərbaycan Respublikası DQK-nın normativ hüquqi aktlarında müəyyən olunmuş qaydada gömrük orqanı mallardan prob və nümunələr götürmək və müayinə etmək hüququna malikdir.

8. Yüklərin (malların) gəmiyə yüklənməsi başa çatdıqdan sonra yüklərə dair sənədlər rəsmiləşdirilir. Bu cür sənədlərə – konosament, yük haqda bəyannamə, gəmi manifesti və digər sənədlər daxildir.

9. Gömrük orqanının əməkdaşı yüklər (mallar) gəmiyə yükləndikdən sonra tapşırıq sənədində bəyan olunmuş məlumatlarla, yüklərə (mallara) dair sənədlərdəki məlumatları yoxlayır, eləcə də lazım gəldikdə gömrük eyniləşdirmə vasitələrini (plomb, möhür və s.) vurur.

Gəmi manifesti və yük haqda bəyannamə sənədlərində qoyulmuş gömrük eyniləşdirmə vasitələrinin sayı və nömrəsi müvafiq qaydada qeyd edilir.


Ticarət gəmiçiliyində istifadə olunan
gəmilər, digər üzən nəqliyyat vasitələri və
həmin nəqliyyat vasitələri ilə daşınan mallar
üzərində gömrük nəzarəti və gömrük
rəsmiləşdirilməsi Qaydalarına
əlavə ¹ 1

Xaricə gedən gəmilərin qeydiyyat jurnalı

Sıra ¹-si

Gəmi işi

Gəminin adı

Gəminin bayrağı

Təyinat ölkəsi və liman

Gəmi heyəti

Malın çəkisi (t)

Əməkdaşın imzası

Gəminin getmə tarixi

Təyinat ölkəsi və liman

Gəmi heyəti

Azərbaycan vətəndaşları

Xarici vətəndaşlar

Azərbaycan vətəndaşları

xarici vətəndaşlar

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

                         
                         

Ticarət gəmiçiliyində istifadə olunan
gəmilər, digər üzən nəqliyyat vasitələri və
həmin nəqliyyat vasitələri ilə daşınan mallar
üzərində gömrük nəzarəti və gömrük
rəsmiləşdirilməsi Qaydalarına
əlavə ¹ 2

XXXXXXXXXXXXXXXX gömrük orqanı

Gəminin gəlişi (yola düşməsi)

Liman _____________________________________________________________________

Gömrük növbə dəstəsinin iş vaxtının başlanması

«______________________________»

Gömrük növbə dəstəsinin iş vaxtının başa çatması

«______________________________»

Növbə dəstəsinin başçısı

________________________________

İmza _______________________________________________

«____»____________________200____ il


«Ticarət gəmiçiliyində istifadə olunan gəmilər, digər üzən nəqliyyat vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan mallar üzərində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi Qaydaları»nın təsdiq edilməsi barədə

Əmr ¹ 044

18 iyun 2002-ci il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq əmr edirəm:

1. «Ticarət gəmiçiliyində istifadə olunan gəmilər, digər üzən nəqliyyat vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan mallar üzərində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. «Ticarət gəmiçiliyində istifadə olunan gəmilər, digər üzən nəqliyyat vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan mallar üzərində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi Qaydaları» normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

3. Bu Qaydalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə minsin.

4. İşlər İdarəsi (N.Məmmədov) Qaydaların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra gömrük orqanlarına göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət Komitə Sədrinin birinci müavini A.Əliyevə həvalə edilsin.

Komitənin sədri

K.F.HEYDƏROV


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb