Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Təsdiq edirəm»
Azərbaycan Respublikası
Maliyyə Naziri
F.YUSİFOV
3 iyul 1997-ci il

«Razılaşdırılıb»
«Azəravtonəqliyyat»
Dövlət Konserninin Prezidenti
H.HÜSEYNOV
3 iyun 1997-ci il

Azərbaycan Respublikası ərazisinə giriş-çıxış və tranzit gedişə görə beynəlxalq icazə üçün ödənişin təyin olunması və alınmış vəsaitlərin bölünməsi Qaydasına əlavələr və dəyişikliklər

1. Qaydanın 1-ci maddəsinin 1.2. bəndinə aşağıdakı dəyişiklik əlavə edilsin:

«Azərbaycan yük avtodaşıyıcılarından İran İslam Respublikasının ərazisinə daxil olmaq üçün İran tərəfin 160 ABŞ dolları məbləğində icazə haqqı aldığını nəzərə alaraq, Azərbaycan Respublikasının ərazisinə daxil olan İran yük daşıyıcılarına da adekvat olaraq eyni məbləğdə, bir «İcazə»nin ödəniş haqqı 160 ABŞ dolları miqdarında təyin edilsin».

2. Qaydanın 3-cü maddəsinə aşağıdakı redaksiyada dəyişiklik əlavə edilsin:

«Beynəlxalq avtomobil daşımalarını tənzimləmək məqsədi ilə 1997-ci ildə «İcazə» vərəqələrinin verilməsindən (satışından) əldə olunan vəsaitin 15 (on beş) faizi, bu fəaliyyəti həyata keçirən «Azəravtonəqliyyat» Dövlət Konserninin saxlanılması, texniki təminatı, buraxılış məntəqələrinin tikintisi və avadanlıqla təchizatı, «İcazə» vərəqələrinin hazırlanması və digər zəruri xərclərin ödənilməsi üçün onun sərəncamında saxlanılır, 70 (yetmiş) faizi Dövlət büdcəsinə köçürülür, yerdə qalan 15 (on beş) faizi isə dövlət yükləri daşıyan Naxçıvan avtodaşıyıcalarına İran ərazisinə daxil olduqda, ödədikləri (160 dol. + 160 dol.) «İcazə» haqlarının kompensasiyası üçün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə köçürülür».

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb