Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Təsdiq edirəm»
Azərbaycan Respublikası
Maliyyə Naziri
F.YUSİFOV
17 fevral 1997-ci il

«Razılaşdırılıb»
«Azəravtonəqliyyat»
Dövlət Konserninin Prezidenti
H.HÜSEYNOV
10 fevral 1997-ci il

Azərbaycan Respublikası ərazisinə giriş-çıxış və tranzit gedişə görə beynəlxalq icazə üçün ödəniş təyin olunması və alınmış vəsaitlərin bölünməsi Qaydası

(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 1996-cı il tarixli 141 saylı Qərarının 5-ci bəndinin yerinə yetirilməsi məqsədilə)

1. Giriş-çıxış və tranzit gedişə görə beynəlxalq «İcazə»nin verilməsi üçün ödəniş (hər bir halda «İcazə» üçün) aşağıdakı qaydada təyin edilsin:

1.1. Azərbaycan avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün 20$.

1.2. Xaricdən gələn avtomobil daşıyıcıları üçün giriş və tranzit gediş kvota ilə müəyyən edildiyindən artıq olduqda 80 $.

1.3. İcazə sistemi qüvvədə olmayan (dövlətlərarası saziş olmadıqda) xarici ölkələrin avtomobil daşıyıcıları üçün 100 $.

1.4. Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün 300 $.

2. Dövlətlərarası Sazişin Əsasnaməsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.10.96-cı il tarixli, 141 saylı qərarının tələblərini pozan xarici avtomobil daşıyıcılarından Azərbaycan Respublikası ərazisindən çıxdıqda 400 $.

3. Xarici avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə bir «İcazə»nin ödəniş haqqı 80 $ miqdarında təyin edilsin.

4. Verilmiş (satılmış) «İcazə» vərəqələrinin miqdarı haqqında məlumat, hər rüb hesabat dövründən sonra gələn ayın 10-dan gec olmayaraq, «Azəravtonəqliyyat» Dövlət Konserni tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilir.

5. Beynəlxalq avtomobil daşımalarını tənzimləmək məqsədi ilə 1997-ci ildə «İcazə» vərəqələrinin verilməsindən (satışından) əldə olunan vəsaitin 30 (otuz) faizi, bu fəaliyyəti həyata keçirən «Azəravtonəqliyyat» Dövlət Konserninin Nəqliyyat Müfəttişliyinin saxlanması, texniki təminatı, buraxılış məntəqələrinin tikintisi və avadanlıqla təchizatı, «İcazə» vərəqələrinin hazırlanması və digər zəruri xərclərin ödənilməsi üçün onun sərəncamında saxlanılır, 70 (yetmiş) faizi isə Dövlət büdcəsinə köçürülür.

Gələcək illər üçün bu məbləğlər (faizlə) «Azəravtonəqliyyat» Dövlət Konserni ilə razılaşdırılaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb