Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Təsdiq edirəm»
Azərbaycan Respublikası
Maliyyə Naziri
F.YUSİFOV
24 dekabr 1997-ci il

«Razılaşdırılıb»
«Azəravtonəqliyyat»
Dövlət Konserninin Prezidenti
H.HÜSEYNOV
1998-ci il

Azərbaycan Respublikası ərazisinə giriş-çıxış və tranzit gediş, yüklənmə, üçüncü ölkələrə yük daşınması və xüsusi hallarda tətbiq edilən beynəlxalq «İcazə» üçün ödəniş təyin olunması 1998-ci ildə bölünməsi Qaydası

(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 1996-cı il tarixli 141 saylı Qərarının 5-ci bəndinin yerinə yetirilməsi məqsədilə)

1. Giriş-çıxış və tranzit gedişə görə beynəlxalq «İcazə»nin verilməsi üçün ödəniş (hər bir halda bir «İcazə» üçün) aşağıdakı qaydada təyin edilsin:

1.1. Azərbaycan avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün 20 ABŞ dolları.

1.2. Xaricdən gələn avtomobil daşıyıcıları üçün giriş və tranzit gediş kvota ilə müəyyən edildiyindən artıq olduqda 100 ABŞ dolları.

«Azərbaycan yük avtodaşıyıcılarından İran İslam Respublikasının ərazisinə daxil olmaq üçün İran tərəfindən 160 ABŞ dolları məbləğində icazə haqqı aldığını nəzərə alaraq, Azərbaycan Respublikasının ərazisinə daxil olan İran yük daşıyıcılarına da adekvat olaraq eyni məbləğdə, bir «İcazə»nin ödəniş haqqı 160 ABŞ dolları məbləğində təyin edilsin.

1.3. İcazə sistemi qüvvədə olmayan (dövlətlərarası saziş olmadıqda) xarici ölkələrin avtomobil daşıyıcıları üçün 150 ABŞ dolları.

1.4. Xarici avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə bir «İcazə»nin ödəniş haqqı 100 ABŞ dolları miqdarında təyin edilsin.

İran İslam Respublikası yük avtodaşıyıcılarının Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə bir «İcazə»nin ödəniş haqqı 160 ABŞ dolları miqdarında təyin edilsin.

1.5. Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün 400 ABŞ dolları.

1.6. Xarici yük avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə yüksüz daxil olması üçün bir «İcazə»nin ödəniş haqqı 350 ABŞ dolları miqdarında təyin edilsin.

1.7. İri tonnajlı xarici yük avtonəqliyyat vasitələrinin Bakı və respublikanın digər böyük şəhərlərinə daxil olması üçün bir «Xüsusi İcazə»nin ödəniş haqqı 25 ABŞ dolları miqdarında təyin edilsin.

2. Dövlətlərarası Sazişin Əsasnaməsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 1996-cı il tarixli 141 saylı qərarının tələblərini pozan xarici avtomobil daşıyıcılarından Azərbaycan Respublikası ərazisindən çıxdıqda 400 ABŞ dolları.

3. Verilmiş (satılmış) «İcazə» vərəqələrinin miqdarı haqqında məlumat, hər rüb hesabat dövründən sonra gələn ayın 10-dan gec olmayaraq, «Azəravtonəqliyyat» Dövlət Konserni tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilir.

4. Beynəlxalq avtomobil daşımalarını tənzimləmək məqsədi ilə 1998-ci ildə «İcazə» blanklarının verilməsindən (satışından) əldə olunan vəsaitin 70 (yetmiş) faizi Dövlət büdcəsinə, 15 (on beş) faizi dövlət yüklərini daşıyan Naxçıvan avtodaşıyıcılarının İran ərazisinə daxil olduqda ödədikləri «İcazə» haqqı üçün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə, yerdə qalan 15 (on beş) faizi isə «İcazə» sisteminin fəaliyyətini həyata keçirən «Azəravtonəqliyyat» Dövlət Konserninin saxlanması, texniki təminatı, buraxılış məntəqələrinin tikintisi və avadanlıqla təchizatı, «İcazə» blanklarının hazırlanması və digər zəruri xərclərin ödənilməsi üçün onun sərəncamında saxlanılır.

Gələcək illər üçün bu məbləğlər (faizlə) «Azəravtonəqliyyat» Dövlət Konserni ilə razılaşdırılaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb