Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 5 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq
edilmiş «Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri
üçün xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri»nə
və «Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri
üçün xüsusi geyim formalarının təchizat norması»na dəyişikliklər
və əlavələr edilməsi haqqında
Qərar ¹ 37
Bakı şəhəri, 19 mart 2003-cü il
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini
nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 5 aprel tarixli, 75 nömrəli qərarı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli
şəxsləri üçün xüsusi geyim formasının, fərqlənmə nişanlarının
təsviri»nə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
- 2-ci bəndinin ikinci abzasında «tünd mavi
rəngli pencək» sözlərindən sonra «yüngül gödəkçə»
sözləri və bu abzasın sonuna aşağıdakı məzmunda cümlə əlavə
edilsin:
«Ali və baş rəis heyətinin qış
geyim dəstinə pulover də daxil olur.»;
- 2-ci bəndinin beşinci abzası aşağıdakı redaksiyada
verilsin:
«Furajka — gömrük orqanlarının
ali rəis heyəti üçün tünd mavi, digər vəzifəli şəxslər üçün tünd
göy (qaraya yaxın) rəngli parçadan tikilir, üst tərəfində ensiz
yaşıl zolaq, ortasının kənarında eni 50 mm olan yaşıl rəngli məxmərdən
zolaq vardır. Günlüyü ali rəis heyəti üçün tünd mavi rəngli parçadandır,
digər vəzifəli şəxslər üçün isə qara rənglidir və laklanmışdır.
Üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan
2 ədəd sarı metaldan hazırlanmış düymə ilə bərkidilən qızılı rəngli
ali rəis heyəti üçün ikili yastı, digər vəzifəli şəxslər üçün
isə bir toxunma qaytanı vardır. Ali rəis heyəti üçün furajkanın
enli zolağının qabaq hissəsinin ortasında Azərbaycan Respublikasının
Dövlət Gerbinin təsviri olan kokardası vardır, kokardanın kənarlarına
qızılı rəngli palıd yarpaqları şəklində olan naxışlar, günlüyünün
üstünə qızılı rəngli palıd yarpaqları şəklində ikili nişan tikilir.
Gömrük orqanlarının digər vəzifəli şəxsləri üçün furajkanın enli
zolağının qabaq hissəsinin ortasında Azərbaycan Respublikasının
Dövlət Gerbinin təsviri olan kokardası vardır. Qadınlara furajka
əvəzinə eyni naxışlı və ya kokardalı şlyapa verilir.»;
- 2-ci bəndinin altıncı abzasında «gödəkçə»
sözündən əvvəl «xəzli» sözü və bu abzasın sonuna
aşağıdakı məzmunda cümlələr əlavə edilsin:
«Ali rəis heyəti üçün yüngül gödəkçə
isə tünd mavi rəngli bir bortlu olur. Üstündə hər iki tərəfindən
çəp yerləşdirilmiş yan cibləri, çiyinlərində fərqlənmə (xüsusi
rütbə) nişanları olan poqonlar vardır. Yaxası «Molniya» tipli
zəncirbəndlə açılıb bağlanır.»;
- 2-ci bəndinin yeddinci abzasında «Üstündə
bir sırada yerləşən, üzərində» və «bir sırada yerləşən
sarı metaldan hazırlanmış, üzərində» sözlərindən sonra «ali
rəis heyəti üçün Azərbaycan Respublikasının Dövlət Gerbinin,
baş rəis heyəti üçün isə» sözləri əlavə edilsin;
- 2-ci bəndinin onuncu abzasında «Üstündə
iki sırada yerləşən, sarı metaldan hazırlanmış, üzərində»
sözlərindən sonra «ali rəis heyəti üçün Azərbaycan Respublikasının
Dövlət Gerbinin, digər vəzifəli şəxslər üçün isə» sözləri
və «bütün vəzifəli şəxslərin pencəklərinin qollarının aşağı
arxa hissəsində bir sırada yerləşən, üzərində» sözlərindən
sonra «ali rəis heyəti üçün Azərbaycan Respublikasının Dövlət
Gerbinin, digər vəzifəli şəxslər üçün isə» sözləri əlavə
edilsin;
- 2-ci bəndinin on birinci abzasında «20»
rəqəmi «30» rəqəmi ilə əvəz edilsin;
- 2-ci bəndinin on üçüncü abzasından «tünd
göy (qaraya yaxın)» sözləri çıxarılsın;
- 2-ci bəndə aşağıdakı məzmunda on beşinci abzas
əlavə edilsin:
«Pulover-çiyinlərində
poqonlar olmaqla gömrük orqanlarının ali rəis heyəti üçün göy,
baş rəis heyəti üçün isə tünd göy (qaraya yaxın) rəngli yundan
toxunulur.»;
- 3-cü bəndinin 2-ci abzası aşağıdakı redaksiyada
verilsin:
«Furajka və onun günlüyü ağ rəngli
parçadan tikilir, üst tərəfində və ortasının yuxarı hissəsində
ensiz yaşıl zolaq vardır, furajkanın enli zolağında üzərində Azərbaycan
Respublikasının Dövlət Gerbinin təsviri olan sarı metaldan hazırlanmış
2 ədəd düymə ilə bərkidilən iki yastı qaytanı vardır, zolağın
qabaq hissəsinin ortasında Azərbaycan Respublikasının Dövlət Gerbinin
təsviri olan kokardası vardır, kokardanın kənarlarında qızılı
rəngli palıd yarpaqları şəklində olan naxış, günlüyünün üstünə
qızılı rəngli palıd yarpaqları şəklində ikili nişan tikilir. Qadınlara
furajka əvəzinə naxışlı olan şlyapa verilir».
- 3-cü bəndinin üçüncü abzasında «gömrük orqanlarının
tanınma nişanının» sözləri «Azərbaycan Respublikası Dövlət
Gerbinin» sözləri ilə əvəz edilsin;
- 3-cü bəndin üçüncü abzasının sonuna aşağıdakı
məzmunda abzas əlavə edilsin:
«Qadınlar üçün pencək forması
eyni qalmaqla sol tərəfə düymələnir.»
- 3-cü bəndin dördüncü abzasında «20»
rəqəmi «30» rəqəmi ilə əvəz edilsin və bu abzasın sonuna
aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Qadınlara qara parçadan tikilmiş
yubka verilir.»;
- 5-ci bəndin 5.1-ci yarımbəndi aşağıdakı redaksiyada
verilsin:
- «Üstündə sarı rəngli sapdan tikilmiş, Azərbaycan
Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri üçün diametri
40 mm olan, gömrük xidməti general-polkovniki, general-leytenantı
və general-mayoru üçün isə diametri 30 mm olan 8 guşəli ulduzlar
(ulduz), kənarları ensiz yaşıl zolaqlı, boz rəngli mövsümi poqon,
Azərbaycan Respublikasının həqiqi dövlət gömrük xidməti müşaviri
üçün poqonun yuxarı hissəsində sarı sapdan tikilmiş Azərbaycan
Respublikasının Dövlət Gerbinin təsviri vardır. Gömrük xidməti
generalları üçün poqonun yuxarı hissəsində sarı metaldan hazırlanmış,
üstündə Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri olan
düymə, poqonun aşağı hissəsində qızılı rəngli toxunma aypara
vardır. Dövlət Gömrük Komitəsi sədrinin poqonunun kənarında
eni 5 mm olan qızılı rəngli çərçivə olur. Parad-çıxış xüsusi
geyim formasının poqonu açıq sarı, yay mövsümi poqonu isə ağ
rənglidir. Xüsusi rütbədən asılı olaraq poqonlarda ulduzların
sayı aşağıdakı kimidir:
Azərbaycan Respublikasının
həqiqi dövlət gömrük xidməti müşaviri
|
— |
1
ulduz (diametri 40 mm) |
gömrük xidməti general-polkovniki
|
— |
3
ulduz (diametri 30 mm) |
gömrük xidməti general-leytenantı
|
— |
2
ulduz (diametri 30 mm) |
gömrük xidməti general-mayoru
|
— |
1
ulduz (diametri 30 mm)» |
2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 5 aprel tarixli, 75 nömrəli qərarı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli
şəxsləri üçün xüsusi geyim formalarının təchizat norması»nda «Ali
rəis heyəti üçün» hissəsində 1-ci sütundakı «16» sıra nömrəsindən
və bu sıra nömrəsi üzrə göstərilənlərdən sonra müvafiq olaraq
ardıcıl surətdə «17» rəqəmi, «tünd mavi rəngli yüngül
gödəkçə» sözləri, «1 ədəd», «6 il» rəqəm və
sözləri, «18» rəqəmi, «göy rəngli pulover» sözləri,
«1 ədəd», «3 il» rəqəm və sözləri, «Baş rəis heyəti
» hissəsində isə 1-ci sütundakı «12» sıra nömrəsindən və
bu sıra nömrəsi üzrə göstərilənlərdən sonra müvafiq olaraq «13»
rəqəmi, «tünd göy rəngli pulover» sözləri, «1 ədəd»,
«3 il» rəqəm və sözləri əlavə edilsin.
3. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
© AzerSoft