- malların bəyan edilməsini Azərbaycan Respublikası
Gömrük Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirməli;
- gömrük orqanının tələbi ilə bəyan edilən malları
təqdim etməli;
- gömrük orqanına gömrük məqsədləri üçün lazım
olan sənədləri və əlavə məlumatları təqdim etməli;
- gömrük ödənişlərini ödəməli;
- gömrük rəsmiləşdirilməsində gömrük orqanlarına
yardım göstərməlidir.
2.3. Azərbaycan Respublikasının
gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların
(müşayiət olunmayan baqajda keçirilən və göndərilən mallar istisna
olmaqla) bəyan edilməsi yazılı forma tətbiq etmədən (konkludent)
həyata keçirilə bilər. Bu zaman fiziki şəxsin müəyyən edilmiş
yazılı forma üzrə bu cür malların mövcudluğu barədə bildirməməsi,
fiziki şəxsin 2.4 bəndində göstərilən malların olmadığını bildirməsi
kimi qəbul edilir.
2.4. Azərbaycan Respublikasının
gömrük sərhədindən fiziki şəxsin keçirmək üçün nəzərdə tutduğu
aşağıdakı mallar mütləq yazılı formada bəyan edilməlidir:
a) Azərbaycan Respublikasından
aparılan:
- Azərbaycan Respublikasının valyutası
- qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən
artıq valyuta sərvətləri;
b) Azərbaycan Respublikası ərazisinə
qanunvericilikdə nəzərdə tutulmuş miqdardan artıq gətirilən
Azərbaycan Respublikası valyutası;
v) qiymətli metal və daşlardan
hazırlanmış məmulatlar;
q) silah-canlı qüvvənin və digər
obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi
üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş,
lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün
istifadə oluna bilən qurğu və vasitələr;
d) döyüş sursatı – müvafiq silah
növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu
və ya əşyalar;
e) partlayıcı maddələr;
ə) narkotik vasitələr (Azərbaycan
Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrinə, o cümlədən, 1961-ci il tarixli Narkotik
vasitələr haqqında Vahid Konvensiyaya uyğun olaraq Azərbaycan
Respublikasında nəzarətdən keçməli olan narkotik vasitələr);
j) psixotrop maddələr və onların
prekursorlarının siyahısına daxil edilmiş sintetik və ya təbii
mənşəli maddələr, preparatlar, bitkilər, (Azərbaycan Respublikasının
qanunvericiliyinə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə,
o cümlədən Psixotrop maddələr haqqında 1961-ci il tarixli Konvensiyasına
uyğun olaraq Azərbaycan Respublikasında nəzarətdən keçməli olan,
narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
siyahısına daxil edilmiş sintetik və ya təbii mənşəli maddələr,
preparatlar, təbii materiallar), həmçinin onların analoqları;
z) bədii, tarixi, elmi əhəmiyyət
kəsb edən və başqa qiymətli mədəni əşyalar (o cümlədən 1965-ci
ilə qədər buraxılmış yerli və xarici seriyalı və kütləvi istehsal
məhsulu olmayan əşyalar, əllə toxunmuş xalçalar, xalça və xalça
məmulatları, billur, çini və keramika qabları, müsiqi alətləri,
təsviri sənət əsərləri, 1950-ci ilə qədər olan çap məhsulları
və s.)
i) çap məhsulları və başqa informasiya
daşıyıcıları, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ
və reklam edən materiallar, narkotik, psixotrop, zəhərləyici,
partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar,
xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı
haqqında ədəbiyyat, Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər
Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya
sistemləri, sənədləri və arxivləri, dövlət əhəmiyyətli sənədlər,
ixtiralar, layihələr və s.
i) zəhərləyici və güclü təsirə
malik maddələr və dərmanlar;
u) radioaktiv maddələr;
k) flora və fauna obyektləri,
onların hissələri və onlardan alınan məhsullar;
g) yüksək tezlikli radioelektron
qurğular və rabitə vasitələri;
l) Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq gömrük sərhədindən gömrük ödənişləri
ödənilmədən sadələşdirilmiş, güzəştli qaydada keçirilmələrinə
miqdar (çəki) və ya dəyər məhdudiyyətlərindən artıq istehsalat
və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallar;
m) istehsalat və ya digər kommersiya
fəaliyyəti üçün nəzərdə tutulan mallar;
n) Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq gətirilməsi və aparılması qadağan
olunmuş mallar;
2.5. Azərbaycan Respublikasının
gömrük sərhədindən malları keçirən fiziki şəxslər 2.4 bəndində
adı çəkilən mallardan başqa, digər malları da yazılı formada bəyan
edə bilərlər (müvəqqəti gətirilən xarici valyuta, Azərbaycan Respublikası
ərazisinə müvəqqəti gətirilən və müvəqqəti aparılan mallar):
2.6. Fiziki şəxslər tərəfindən
aparılan xarici valyuta bəyan edilərkən (istər yazılı, istər konklyudent
formada) onun aparılmasına dair Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş icazə sənədləri deklarant tərəfindən gömrük
orqanına təqdim edilməlidir.
2.7. Yazılı formada bəyanetmə
zamanı gömrük bəyannaməsi blanklarından istifadə olunur (əlavə
¹ 1).
Gömrük bəyannaməsi (bundan sonra
bəyannamə) deklarant tərəfindən bir nüsxədə doldurulur və malların
gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanına verilir.
Bəyannamə 16 yaşına çatmış fiziki
şəxs tərəfindən doldurulur. 16 yaşına çatmamış fiziki şəxslərin
malları haqqında məlumat onları müşayiət edənlərin bəyannaməsində
göstərilir.
Malların gömrük rəsmiləşdirilməsi
başa çatdıqdan sonra rəsmiləşdirilmiş bəyannamə müəyyən olunan
müddətlərdə malların gömrük rəsmiləşdirilməsini icra etmiş gömrük
orqanında saxlanılır.
Gömrük bəyannaməsinin deklaranta
qaytarıldığı aşağıdakı hallar istisna təşkil edir:
- müvəqqəti gətirilən (aparılan) mallar olduqda,
bu zaman gömrük bəyannaməsi malların geriyə aparılması (gətirilməsi)
zamanı onların müvəqqəti gətirilməsinin (aparılmasının) həyata
keçirilməsi təsdiq edildikdə;
- gömrük bəyannaməsindən sonra aparılmaq üçün
nağd xarici valyutanın keçirilməsinin təsdiqi kimi istifadə
olunduqda;
- Azərbaycan Respublikasının gömrük sərhədindən
keçən şəxs tərəfindən bu Qaydaların 2.8 bəndində göstərilən
hal istisna olmaqla müşayiət olunmayan baqajı olduğu bildirildikdə.
2.8. Azərbaycan Respublikasının
gömrük sərhədindən keçərkən fiziki şəxs müşayiət olunmayan baqajda
mallar gətirdiyini bildirdiyi və bu cür malların müşayiət olunan
baqajla birlikdə güzəştlər, o cümlədən gömrük ödənişlərinin ödənilməsi
üzrə güzəştlər verilməsi məqsədləri ilə sadələşdirilmiş, güzəştli
qayda tətbiq edilməsi üçün Azərbaycan Respublikasının gömrük qanunvericiliyi
ilə qoyulmuş dəyər və miqdar (o cümlədən çəki) məhdudiyyətləri
daxilində gətirildiyi halda bəyannamə deklarant tərəfindən müşayiət
olunan baqajda gətirilən malların gömrük rəsmiləşdirilməsini həyata
keçirən gömrük orqanına iki nüsxədə verilir, onlardan biri rəsmiləşdirmədən
sonra gömrük orqanının işlərində qalır, digəri isə müşayiət olunmayan
baqajda gətirilən malların gömrük rəsmiləşdirilməsini həyata keçirən
gömrük orqanına təqdim edilmək üçün deklaranta qaytarılır.
Göstərilən bəyannamə gömrük orqanına
müşayiət olunmayan baqajda gətirilən malların gömrük rəsmiləşdirilməsi
zamanı təqdim edilir.
Fiziki şəxs bəyannamənin bir nüsxəsini
almaq istəyini bildirsə, bəyannamə deklarantın istəyi ilə iki
nüsxədə verilə bilər.
2.9. Müşayiət olunmayan baqajın
gömrük rəsmiləşdirilməsi zamanı deklarant gömrük orqanına müşayiət
olunmayan baqajda keçirilən mallar barəsində bəyannamənin bir
nüsxəsini, habelə müşayiət olunan baqajda gətirilmiş malların
gömrük rəsmiləşdirilməsi zamanı bəyannamənin deklaranta qaytarılmış
nüsxəsini verir.
Müşayiət olunan baqajda rəsmiləşdirilmiş
mallar barədə qeydlər olan bəyannamə itirildikdə və ya o malların
müşayiət olunmayan baqajda rəsmiləşdirilməsini həyata keçirən
gömrük orqanlarına təqdim edilmədikdə, müşayiət olunmayan baqajda
gətirilən malların gömrük rəsmiləşdirilməsi, əgər şəxs əksini
sübut etməzsə, ona istinadən icra edilir ki, müşayiət olunan baqajda
dəyəri və miqdarı malların sadələşdirilmiş, güzəştli qaydada gətirilməsi
üçün ən yüksək normalara uyğun olan mallar gətirilmişdir.
Müşayiət olunmayan baqajda gətirilən
malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına
verilmiş müşayiət olunan və müşayiət olunmayan baqajda gətirilən
mallara aid bəyannamələr həmin gömrük orqanının işlərində saxlanılır.
2.10. Bütün mallar barədə yazılan
məlumatlar bəyannaməyə yerləşmədikdə, əlavə olaraq yeni bəyannamə
nüsxəsindən istifadə oluna bilər (bəyannamənin yuxarı sağ küncündə
sıra nömrəsi qoyulmaq və müvafiq qaydada təsdiq edilmək şərti
ilə).
2.11. Bəyannamə Azərbaycan və
ingilis (rus) dillərində doldurulur, gömrük orqanının icazəsi
ilə isə gömrük orqanının vəzifəli şəxslərinin bildiyi başqa dillərdə
də doldurula bilər. Bəyannamədəki qeydlər diyircəkli, mürəkkəbli
qələmlə və ya digər yazı ləvazimatı ilə edilməlidir. Bəyannamədə
edilən qeydlər görünən izlər qoymadan adi üsulla pozula və ya
düzəldilə bilməməlidir.
2.12. Bəyannamədə Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilən mallar barədə müəyyən edilmiş qaydada
dəqiq məlumatlar göstərilir.
2.13. Azərbaycan Respublikasının
gömrük sərhədindən mallar müşayiət olunan baqajda keçirildikdə,
bəyannamə malların təqdimi ilə eyni zamanda verilir.
Azərbaycan Respublikasının gömrük
sərhədindən müşayiət olunmayan baqajda mallar, habelə göndərilən
mallar keçirilərkən fiziki şəxs bəyannaməni, daşıyıcı tərəfindən
bu cür malların, fəaliyyəti həmin fiziki şəxsin daimi və ya müvəqqəti
yaşadığı yeri əhatə edən gömrük orqanına təqdim edildiyi gündən
on gün ərzində verməlidir.
2.14. Bəyannamə itirildiyi halda
gömrük orqanları tərəfindən bərpa edilmir, onun dublikatları verilmir.
2.15. Gömrük orqanına bəyannamənin
verilməsi gömrük məqsədləri üçün zəruri olan sənədlərin təqdim
olunması ilə müşayiət olunmalıdır. Bu cür sənədlərə, Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilmənin hallarından və
məqsədlərindən asılı olaraq:
- keçirilən malların gömrük dəyərinin təyin edilməsi
üçün zəruri olan sənədlər;
- nəqliyyat və malı müşayiət edən sənədlər;
- Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun gömrük güzəştləri verilməsi üçün lazım olan sənədlər və
məlumatlar, əgər keçirilən mallar Azərbaycan Respublikasına
gətirilərkən və Azərbaycan Respublikasından aparılarkən başqa
dövlət orqanlarının nəzarətindən keçməlidirsə, həmin orqanların
icazələri, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq mallar Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilərkən lazım olan digər sənədlər.
Gömrük orqanları bəyannamədə,
təqdim olunmuş sənədlərdə olan məlumatları yoxlamaq, həmçinin
gömrük məqsədləri üçün digər əlavə məlumatları tələb etmək hüququna
malikdir.
2.16. Deklarant gömrük rəsmiləşdirilməsini
icra edən gömrük orqanına gömrük bəyannaməsi ilə eyni zamanda
gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan sənədləri
və məlumatları təqdim etmirsə, keçirilən mallar müəyyən edilmiş
qaydaya uyğun olaraq müvəqqəti saxlanca yerləşdirilir. Bu cür
malların saxlanca qəbulu müəyyən olunmuş forma üzrə qəbzlə sənədləşdirilir.
Müvəqqəti saxlancın son müddəti bitənədək malları keçirən şəxs
onların buraxılmasının və ya Azərbaycan Respublikasının ərazisindən
aparılmasının təmini üzrə tədbirlər görməlidir.
2.17. Bəyannamə gömrük orqanına
verildiyi andan qəbul edilmiş sayılır.
Bəyannaməni qəbul etmiş vəzifəli
şəxs sonradan əlavə yazılar və düzəlişlər edilməsini istisna etmək
məqsədi ilə bəyannamənin 3.1. və 4.1 bəndlərində deklarant tərəfindən
edilmiş qeydləri bütöv (kəsilməz) xətlə məhdudlaşdırır (haşiyələyir)
və həmin qeydləri şəxsi nömrəli möhürü ilə təsdiqləyir.
Bəyannamənin qəbulu, onun «xidməti
qeydlər üçün» qrafasında bəyannaməni qəbul etmiş və malların gömrük
rəsmiləşdirilməsini icra edən vəzifəli şəxslərin şəxsi nömrəli
möhürü vurulmaqla rəsmiləşdirilir.
Bəyannamənin qəbulu rəsmiləşdirildiyi
andan o hüquqi əhəmiyyətli faktları təsdiq edən sənəd olur.
Gömrük orqanı bəyannamənin qəbulundan
imtina edə bilməz.
2.18. Gömrük orqanının icazəsi
ilə bəyannamədə göstərilən məlumatlar dəyişdirilə, ona əlavələr
edə və ya verilmiş bəyannamə isə geri götürülə bilər.
Bəyannamədə olan məlumatların
dəyişdirilməsi, tamamlanması və ya onun götürülməsi yalnız:
- bəyannamənin yoxlanması başlayanadək;
- mallara və nəqliyyat vasitələrinə baxış başlayanadək;
- gömrük orqanı tərəfindən göstərilən məlumatların
doğru olmadığı müəyyən edilənədək həyata keçilə bilər.
Bəyannamədə edilən dəyişikliklər
və ya əlavələr onun fəaliyyət dairəsini genişləndirə və ya məhdudlaşdıra
bilməz.
Bəyannaməyə edilən istənilən dəyişiklik
və əlavələr deklarantın imzası və gömrük orqanının gömrük bəyannaməsini
qəbul etmiş vəzifəli şəxsin şəxsi nömrəli möhürü ilə təsdiqlənməlidir.
Gömrük orqanlarının vəzifəli şəxsləri,
gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş məlumatların
daxil edilməsi (yazılması) istisna edilməklə, öz təşəbbüsləri,
şəxsin tapşırığı və ya xahişi ilə bəyannaməni doldurmaq, onda
göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək, tamamlamaq
hüququna malik deyillər.
2.19. Bəyannamədə deklarant, bu
bəndlə başqa hal nəzərdə tutulmamışsa, müvafiq kvadratları cızıqlamaq
yolu ilə aşağıdakı məlumatları göstərməlidir:
a) «giriş», «çıxış» və «tranzit»
kvadratlarında – Azərbaycan Respublikasının gömrük sərhədindən
keçən şəxs tərəfindən malların keçirilmə istiqaməti: mallar
tranzitlə keçirilərkən deklarant həm də keçirilmə istiqamətini
göstərir, yəni «tranzit» kvadratından başqa bir kvadratı da
— «giriş» və ya «çıxış» kvadratını cızıqlayır.
b) bölmə 1-də pasport və ya
şəxsiyyəti təsdiq edən digər sənədlərin məlumatları, «say» qrafasında
belə şəxslər varsa, yetkinlik yaşına çatmış şəxslə birgə gedən
on altı yaşına çatmamış şəxslərin sayı.
v) 2.1 bəndində fiziki şəxsin
müşayiət olunan baqajının olub-olmaması;
Fiziki şəxsin müşayiət olunmayan
əmlakı Azərbaycan Respublikası ərazisinə gətirilərkən, həmin əmlak
yerlərinin ümumi sayı bəyannamənin 2.2 bəndinin müvafiq qrafasında
rəqəmlərlə göstərilir. Bu məlumatlar həmin şəxs tərəfindən gömrük
orqanlarını bu cür əmlakı gətirmək niyyəti barədə xəbərdaretmə
hesab edilir, bu cür əmlakın bəyan edilməsi yalnız göstərilən
baqaj alındıqdan sonra müəyyən olunmuş qaydaya əsasən icra edilir.
Müşayiət olunmayan baqajın tərkibində nəqliyyat vasitələri olduqda,
onun barəsində məlumatları deklarant 4.2 bəndində göstərir.
q) bölmə 3-də — beynəlxalq qanunvericiliyə
və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
mütləq bəyan edilməli olan mallar haqqında;
ğ) 3.1 bəndində — Azərbaycan
Respublikasının valyutası, xarici valyuta, qiymətli kağızlar,
müxtəlif şəkildə qiymətli metal və qiymətli daşlardan hazırlanmış
məmulatlar;
d) 3.2 bəndində silah-canlı
qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin
məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün
nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin
məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə.
- döyüş sursatı — müvafiq silah növündən atəş
açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar;
- partlayıcı maddələr haqqında;
e) 3.3 bəndində narkotik vasitələr
(Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə, o cümlədən,
1961-ci il tarixli Narkotik vasitələr haqqında Vahid Konvensiyaya
uyğun olaraq Azərbaycan Respublikasında nəzarətdən keçməli olan
narkotik vasitələrin və onların siyahısına daxil edilmiş sintetik
və ya təbii mənşəli maddələr, preparatlar, bitkilər), psixotrop
maddələr (Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinə, o cümlədən, psixotrop
maddələr haqqında 1971-ci il tarixli Konvensiyasına uyğun olaraq
Azərbaycan Respublikasında nəzarətdən keçməli olan psixotrop
maddələrin və onların siyahısına daxil edilmiş sintetik və ya
təbii mənşəli maddələr, preparatlar, təbii materiallar), həmçinin
onların analoqları haqqında;
ə) 3.4 bəndində bədii, tarixi,
elmi əhəmiyyət kəsb edən və başqa qiymətli mədəni əşyalar (o
cümlədən 1965-ci ilə qədər buraxılmış yerli və xarici seriyalı
və kütləvi istehsal məhsulu olmayan əşyalar, əllə toxunmuş xalça
məmulatları, büllur, çini və keramik qabları, musiqi alətləri,
təsviri sənət əsərləri, 1950-ci ilə qədər olan çap məhsulları
və s.)
j) 3.5 bəndində əxlaq pozğunluğunu,
zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar, narkotik,
psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına
aid materiallar, xüsusi məxfi rabitə vasitələri, onların şifrləri
və istismarı haqqında ədəbiyyat, Müdafiə, Milli Təhlükəsizlik
və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti
üzrə informasiya sistemləri, sənədləri və arxivləri, dövlət
əhəmiyyətli sənədlər, ixtiralar, layihələr və s.
z) 3.6 bəndində zəhərləyici
və güclü təsirə malik maddələr və dərmanlar haqqında.
i) 3.7 bəndində radioaktiv maddələr
haqqında;
l) 3.8 bəndində flora və fauna
obyektləri, onların hissələri və onlardan alınan məhsullar haqqında;
y) 3.9 bəndində yüksək tezlikli
radioelektron qurğular və rabitə vasitələri;
k) 3.10 bəndində — Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük sərhədindən
gömrük ödənişləri ödənilmədən sadələşdirilmiş, güzəştli qaydada
keçirilmələrinə miqdar (çəki) və dəyər məhdudiyyətləri qoyulmuş,
istehsal və digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan
mallar haqqında, bu cür məhdudiyyətlərdən kənara çıxıldığı halda,
həmçinin istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə
tutulan mallar haqqında;
g) 3.11 bəndində — müvəqqəti
gətirildikdə, 3.1.-3.10 bəndlərində göstərilən mallar haqqında;
l) 3.12 bəndində əmtəə kimi
gətirilən (aparılan) nəqliyyat vasitəsi haqqında (bu nəqliyyat
vasitəsi haqqında məlumatı 4.2 bəndində də göstərirlər).
2.20. 4.1 bəndində imkan daxilində
fərqləndirici əlamətləri göstərilməklə (hazırlandıqları materiallar,
malın rəngi, forması, markası, çəkisi və s.) 3.2.-3.11 bəndlərində
göstərilən mallar haqqında məlumatlar göstərilir, malların dəyərini
ABŞ dolları və ya Azərbaycan Respublikasının milli valyutası ilə
göstərirlər.
Azərbaycan Respublikası qanunvericiliyi
ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi
(çıxarılması, gətirilməsi) qadağan olunmuş mallar haqqında məlumatları
da göstərirlər.
2.21. 4.2 bəndində nəqliyyat vasitəsi
haqqında məlumatlar göstərilir, kvadratları nəqliyyat vasitəsinin
keçirilmə istiqamətini və məqsədini göstərmək üçün doldururlar.
2.22. «Xidməti qeydlər» üçün qrafada
gömrük orqanının vəzifəli şəxsi:
- fiziki şəxsin müşayiət olunmayan baqajda Azərbaycan
Respublikasının ərazisinə gətirilməsi üçün hərəkətlər etdiyi
əmlakı olduğu barədə gömrük orqanını xəbərdar etməsi barədə
məlumatları göstərir, göstərilən qrafada «MY» qeydi edilir və
daşınma haqqında müqavilənin (baqaj qəbzinin, qayimənin, konosamentin
və s.) tarix və qeydiyyat nömrəsi göstərilir.
- gömrük məqsədləri üçün lazım olan digər məlumatları
göstərir.
«Xidməti qeydlər üçün» qrafasında
aşağıdakılar göstərilə bilər:
- malların və predmetlərin nəqli zamanı gömrük
istiqamətləndirici ştampının vurulması;
- gömrük qaydalarının pozulması halları (protokolun
tarixi və nömrəsi);
- gömrük tərəfindən verilən sənədlərin (qəbz,
vəsiqə və s.) rekvizitləri (adı, nömrəsi, tarixi və s.);
- zəruri hallarda digər nəzarət xidmətlərinin
(fitosanitar, baytar və s.) ştamplarının vurulması.
İstehsal və ya digər kommersiya
fəaliyyəti üçün nəzərdə tutulmuş mallar haqqında məlumatlar bəyannamənin
3.10 bəndində müvafiq qeydlər edilməsi yolu ilə göstərilir, bu
cür malların bəyan edilməsi isə gömrük məqsədləri üçün tətbiq
edilən başqa sənədlər istifadə olunmaqla icra edilir.
2.23. Göndərilən mallar gömrük
orqanına ərizə verilməsi yolu ilə bəyan edilir, ərizədə malları
olan şəxs, malı müşayiət edən sənəd, malların adı, miqdarı və
dəyəri, həmçinin onların təyinatı haqqında məlumatlar göstərilir.
2.24. Malların və nəqliyyat vasitələrinin
bəyan edilməməsi, düzgün bəyan edilməməsi, eləcə də gömrük qaydalarının
digər pozuntuları Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun məsuliyyətə səbəb olur.
Gömrük bəyannaməsi
* 16 Yaşına çatmış hər
bir şəxs tərəfindən doldurulur.
* Lazımi cavab uyğun
damada [x] işarəsi ilə olunur.
* Müvəqqəti giriş (çıxış)
müddətinin sonuna kimi saxlanılır və qayıdanbaş gömrükxana
orqanlarına təqdim olunur. İtirildikdə bərpa olunmur.
|
[]
|
[]
|
[]
|
giriş
|
çıxış
|
tranzit
|
1. Şəxs haqqında məlumat
____________________________
|
_______________________
|
_______________________
|
soyadı
|
adı
|
atasının adı
|
___________________
|
___________________
|
seriya _______ ¹ ______________
|
daimi yaşadığı ölkə
|
vətəndaşlığı
|
pasport
|
_______________________________________
|
_____________________________________
|
hansı ölkədən gəlib (yola
düşdüyü ölkə göstərilir)
|
hansı ölkəyə gedir (təyinat
ölkəsi göstərilir)
|
Mənimlə həddi-büluğa
çatmamış uşaqlar gedir
|
[]
|
[]
|
sayı __________
|
|
hə
|
yox
|
|
2. Baqaj haqqında məlumat
2.1. Əl yükü də daxil
olmaqla müşayiət olunan baqaj
|
[]
hə
|
[]
yox
|
2.2. Müşayiət olunmayan
baqaj (yük müşayiətedici sənədlər üzrə)
|
[]
hə
|
[]
yox
|
Yerlərin sayı
________________________ |
Yerlərin sayı
_________________________ |
3. Mallar haqqında məlumat:
Mənim üstümdə və baqajımda bəyannaməyə
mütləq daxil edilməsi tələb olunan və sərhəddən keçirilməsi
müvafiq səlahiyyətli orqanlar tərəfindən verilmiş icazə sənədləri
üzrə həyata keçirilən mallar var.
3.1. İstənilən növdə və vəziyyətdə
nağd milli və başqa valyuta, valyuta sərvətləri, qiymətli metallardan
və qiymətli daşlardan hazırlanmış məmulatlar.
Valyutanın, sərvətlərin
və ya məmulatın adı
|
Miqdarı/sayı
|
Rəqəmlə
|
Sözlə
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
3.2. Hər növ silah,
sursat, partlayıcı maddələr
|
[]
|
[]
|
hə
|
yox
|
3.3. Narkotik və psixotrop
maddələr
|
[]
|
[]
|
hə
|
yox
|
3.4. Qədim əşyalar və
sənət əsərləri
|
[]
|
[]
|
hə
|
yox
|
3.5. Çap məhsulları
və başqa informasiya daşıyıcıları
|
[]
|
[]
|
hə
|
yox
|
3.6. Zəhərləyici və
güclü təsirə malik maddələr və dərmanlar
|
[]
|
[]
|
hə
|
yox
|
3.7. Radioaktiv maddələr
|
[]
|
[]
|
hə
|
yox
|
3.8. Flora və fauna
obyektləri, onların hissələri və onlardan alınan məhsullar
|
[]
|
[]
|
hə
|
yox
|
3.9. Yüksək tezlikli
radioelektron qurğular və rabitə vasitələri
|
[]
|
[]
|
hə
|
yox
|
3.10. Gömrük ödənişləri
tutulmalı olan mallar
|
[]
|
[]
|
hə
|
yox
|
3.11. Müvəqqəti aparılan
(gətirilən)
|
[]
|
[]
|
hə
|
yox
|
3.12. Nəqliyyat vasitələri
|
[]
|
[]
|
hə
|
yox
|
* Gömrük
nəzarəti məqsədilə 3.2—3.12 bəndlərində göstərilən mallar
mövcud olduqda həmin malların adları gömrük bəyannaməsinin
arxa tərəfində 4-cü bənddə göstərilməsi zəruridir.
4. Mallar haqqında məlumat:
4.1. 3.2 — 3.11 maddələrində
göstərilən mallar haqqında məlumat
|
¹¹
|
Malın adı və digər fərqləndirici
əlamətləri, icazə sənədlərinin verilmə sayı və tarixi,
sənədi verən orqan
|
Miqdarı
|
Milli valyuta və ya ABŞ
$ ilə dəyəri
|
Rəqəmlə
|
Sözlə
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Ümumi dəyəri (yekun)
|
|
4.2. Nəqliyyat vasitəsi
haqqında məlumat: |
Növü, markası ____________
|
Buraxılma tarixi _________
|
Mühər. həcmi (sm3)
|
Şassi ¹-si ______________
|
Banın ¹-si _______________
|
Mühər. ¹-si ______
|
Gömrük rejimi:
|
gətirilmə []
aparılma []
|
müvəqqəti gətirilmə
[]
müvəqqəti aparılma []
|
geri qaytarma []
geri aparma []
|
Bəyannamədə yanlış məlumat
göstərməklə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyacağım
mənə məlumdur. |
«___» ______________
199___ il.
|
Şəxsin imzası _______________________________
|
Xidməti qeydlər:
|
______________________________________________
______________________________________________
______________________________________________
______________________________________________
______________________________________________
______________________________________________
|
M.Y.
|
|