Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş üzrə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsində göstərilən gömrük xidmətləri ödənclərinin dərəcələri haqqında

Qərar № 140

Bakı şəhəri, 10 oktyabr 1996-cı il

Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yataqlarının birgə işlənməsi üzrə aparılan idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsində göstərilən gömrük xidmətlərindən alınan ödənclərin, malın gömrük dəyərinə müvafiq olaraq tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının 1994-cü il 2 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş «Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş»in 18.3 bəndində göstərilən idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsi üzrə gömrük xidmətləri ödənclərinin dərəcələri bu qərara əlavə olunan fərqlənmə sistemi ilə müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu qərarın icrası ilə əlaqədar gömrük orqanlarına müvafiq təlimatlar versin.

Baş nazirin birinci müavini

A. RASİZADƏ.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1996-cı il 10 oktyabr tarixli
140 nömrəli qərarına
Əlavə

Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yataqlarının birgə işlənməsi üzrə aparılan idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsi üzrə göstərilən gömrük xidmətləri ödəncləri dərəcələrinin fərqlənmə sistemi

Malın gömrük dəyəri ABŞ dolları ilə

Ödəncin miqdarı

100000-ə qədər 150 dollar
100001 — 1000000 150 dollar +100001-dən artığın 0,1 %
1000001 — 5000000 1050 dollar +1000001-dən artığın 0,07 %
5000001 — 10000000 3850 dollar + 5000001-dən artığın 0,05 %
10000000-dan yuxarı 6350 dollar + 10000000-dan artığın 0,01 %

İşlər müdiri

A. HACIYEV.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb