Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

1998-ci il mayın 21-də Moskva şəhərində imzalanmış «Moldova Respublikası, Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyasının gömrük xidmətləri arasında meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında Saziş»in, 1999-cu il mayın 14-də Kiyev şəhərində imzalanmış həmin Sazişin 3-cü maddəsinin icrası haqqında Protokolun və 2001-ci il iyunun 7-də Moskva şəhərində imzalanmış həmin Sazişin fəaliyyət müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 1998-ci il mayın 21-də Moskva şəhərində imzalanmış «Moldova Respublikası, Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyasının gömrük xidmətləri arasında meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında Saziş»in, 1999-cu il mayın 14-də Kiyev şəhərində imzalanmış həmin Sazişin 3-cü maddəsinin icrası haqqında Protokolun və 2001-ci il iyunun 7-də Moskva şəhərində imzalanmış həmin Sazişin fəaliyyət müddətinin uzadılması haqqında Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Moldova Respublikası, Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyası tərəflərini xəbərdar etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 29 aprel 2003-cü il

¹ 1210

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2003-cü il, ¹ 4, maddə 200) («AzerSoft»).

«Azərbaycan» qəzetində dərc edilmişdir (4 may 2003-cü il, ¹ 100) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb