Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati yardım haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati yardım haqqında Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilməsi barədə Niderland Krallığı tərəfinə müvafiq bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 29 yanvar 2002-ci il

¹ 884

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, ¹ 1, maddə 78) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb