Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikasının
Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin
təsis edilməsi haqqında Anlaşma Memorandumunu imzalamaq səlahiyyətinin
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan
Respublikasının Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatı Regional
Tədris Mərkəzinin təsis edilməsi haqqında Anlaşma Memorandumunu
imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Memorandumu imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova
verilməsi barədə Ümumdünya Gömrük Təşkilatına müvafiq bildiriş
göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 29 yanvar 2002-ci il
¹ 885
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (31 yanvar 2002-ci il, ¹ 1, maddə 79) («AzerSoft»).
© AzerSoft