Azərbaycan Respublikası Nazirlər
Kabineti
Azərbaycan
Respublikası dövlət sərhədinin buraxılış-keçid
məntəqələrində Sərhədyanı
bazarların yaradılması və fəaliyyəti
Qaydaları haqqında
Qərar ¹ 26
Bakı şəhəri, 13 fevral 1995-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası dövlət
sərhədinin buraxılış-keçid məntəqələrində Sərhədyanı bazarların
yaradılması və fəaliyyəti Qaydaları təsdiq edilsin (əlavə olunur).
2. Ticarət Nazirliyi, İqtisadiyyat
Nazirliyi, Xarici İqtisadi Əlaqələr Nazirliyi, Dövlət Gömrük Komitəsi,
Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabineti, Yerli icra hakimiyyəti orqanları və digər əlaqədar
təşkilatlar Sərhədyanı bazarın normal fəaliyyətinin təmin olunması
üçün müvafiq tədbirlər görsünlər.
3. Bu qərarın icrasına nəzarət
Nazirlər Kabineti İşlər İdarəsinin ticarət və pullu xidmətlər
və xarici iqtisadi əlaqələr şöbələrinə tapşırılsın.
Baş nazirin vəzifəsini icra edən
F. QULİYEV
15 iyul 1996-cı il tarixli, 95 saylı; 31 iyul
1998-cı il tarixli, 162 nömrəli; 29 yanvar 2001-ci il tarixli,
25 nömrəli; 2 iyun 2003-cü il tarixli, 73 nömrəli qərarlara
əsasən əlavə və dəyişikliklərlə.(«AzerSoft»).
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1995-ci il 13 fevral tarixli, 26 nömrəli
qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası dövlət
sərhədinin buraxılış-keçid məntəqələrində Sərhədyanı bazarların
yaradılması və fəaliyyəti Qaydaları
1. Bu Qaydalar Azərbaycan Respublikası
dövlət sərhədinin buraxılış-keçid məntəqəsində Sərhədyanı bazarın
(bundan sonra «bazar» adlanacaq) təşkili və fəaliyyətinin hüquqi
və iqtisadi əsaslarını müəyyən edir.
Bazar qanunvericiliklə nəzərdə
tutulmuş qaydada yaradılır.
Bazar Ticarət Nazirliyi
tərəfindən təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir.
2. Bazar hüquqi şəxs olmaqla təsərrüfat
hesabı, özünü maliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərən
dövlət müəssisəsidir, müstəqil balansa və əmlaka malikdir.
3. Bazarın balansında olan əsas
və dövriyyə vəsaitləri, əmlak, ehtiyatlar, maddi-əmtəə dəyərləri
dövlət mülkiyyəti olub onun tam təsərrüfat idarəçiliyindədir.
4. Bazar dövlətin, dövlət isə
Bazarın öhdəlikləri üzrə məsuliyyət daşımır.
Bazar öz öhdəlikləri üçün üzərinə
cərimə qoyula bilən əmlakı ilə məsuliyyət daşıyır.
5. Bazarın öz adı yazılmış möhürü,
firma blankları, ştampı və digər rekvizitləri olur.
6. Bazarın əsas məqsədi — Azərbaycan
Respublikası ilə Müvafiq qonşu dövlət arasında ticarət-iqtisadi
əlaqələri sadələşdirməklə, bu əlaqələrin genişləndirilməsi, əhalinin
ərzaq məhsullarına və digər mallara (iş və xidmətlərə) olan tələbatının
ödənilməsi işinə xidmət etmək, qanunvericiliklə müəyyən olunmuş
qaydada ticarət fəaliyyətini həyata keçirmək məqsədilə bazarın
xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərin zəruri
sənədlərlə təmin edilməsinə, onlar tərəfindən Azərbaycan Respublikası
qanunvericiliyinə riayət olunmasına nəzarət etməkdir.
7. Bazar öz vəzifələrini həyata
keçirərkən dövlət orqanları, müəssisələr, işgüzar adamlar və xarici
firmalarla qarşılıqlı əlaqələr yaradır, normal fəaliyyətini təmin
etmək üçün müstəqil olaraq müqavilələr bağlayır. Bazar hüquqi
şəxs kimi qanunvericiliklə qadağan edilməyən bütün fəaliyyət növləri
ilə məşğul ola bilər və bazarın fəaliyyətini təmin etmək və normal
şərait yaratmaq hüququna malikdir.
8. Bazarın iş günləri və onun
həddi yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla,
bazarın direktoru tərəfindən müəyyən edilir.
9. Bazarın xidmətlərindən istifadə
edən hüquqi və fiziki şəxslər daxilolma və icarə haqqı, habelə
bazar işçilərinin göstərdikləri xidmətlərə görə haqq ödəyirlər.
10. Bazarda malların satışı Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılır.
Sərhədyanı bazar ərazisini əhatə
edən Azərbaycan Respublikasının qonşu rayonlarının hüquqi və fiziki
şəxsləri həmin bazarda alqı-satqı əməliyyatlarını apara bilərlər.
11. Azərbaycan Respublikasının
həmhüdud dövlətlərlə beynəlxalq müqavilələrində müəyyən olunmuş
müvafiq sərhədyanı ərazidə yerli ehtiyacların ödənilməsi üçün
sərhədyanı ticarət çərçivəsində illik mal dövriyyəsinin həcmi
Azərbaycan Respublikası Ticarət Nazirliyinin həmhüdud ölkələrin
müvafiq qurumları ilə imzaladığı protokollarla müəyyən edilir.
Hüquqi şəxslər və hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
tərəfindən malların bazarın ərazisindən çıxarılması və bazara
gətirilməsi, habelə fiziki şəxslər tərəfindən istehsalat və ya
kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların sərhədyanı
bazarın ərazisinə gətirilməsi və bazardan çıxarılması mövcud qanunvericiliklə
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12. Bazarın ticarət xidmətindən
istifadə edən hüquqi və fiziki şəxslərlə Bazar arasında yaranan
mübahisələrə məhkəmə və ya arbitraj məhkəməsində baxılır.
13. Bazarın ərazisinə daxilolma
və orada alqı- satqı tərtib olunmuş sənədlər əsasında həyata
keçirilir (əlavə olunur).
14. Bazarın əmlakı onun əməli
idarəçiliyinə verilmiş əsas vəsaitdən, əsas təsərrüfat fəaliyyəti
nəticəsində qazanılmış mənfəətdən, habelə qanunla yol verilən
başqa mənbələrdən alınan gəlirlərdən ibarətdir.
15. Bazar öz fəaliyyəti nəticəsində
əldə etdiyi mənfəətindən məcburi ödənişləri ödədikdən sonra aşağıdakı
fondları yaradır:
- sosial-iqtisadi inkişaf fondu;
- əmək haqqı və mükafat fondu;
- sığorta fondu.
16. Bazarın fəaliyyətinə nəzarət
Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada
həyata keçirilir.
17. Bazar müəyyən olunmuş qaydada
dövrü və illik maliyyə-mühasibat hesablarını müvafiq maliyyə,
vergi və statistika orqanlarına təqdim edir.
18. Bazarın maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılması dövlət maliyyə, vergi və qanunla müəyyən
olunmuş qaydada digər səlahiyyətli orqanlar tərəfindən həyata
keçirilir.
19. Bazara yerli rayon icra
hakimiyyəti başçısının rəyi nəzərə alınmaqla Azərbaycan Respublikası
ticarət nazirinin əmri ilə təyin olunan direktor rəhbərlik edir
20. Direktorun müavinlərini vəzifəyə
bazarın direktoru təyin və vəzifədən azar edir, bazarın digər
işçilərinin seçilib yerləşdirilməsini həyata keçirir, digər struktur
vahidlərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir.
21. Direktor bazarın vəzifələrinin
yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Direktor bazar adından
etibarnaməsiz hərəkət edir, respublika daxilində və xaricində
bütün müəssisə və təşkilatlarla münasibətlərdə onun mənafeyini
təmsil edir, müqavilələr bağlayır, etibarnamələr verir, banklarda
hesablar açır, vəsaitləri idarə etmək hüququndan istifadə edir,
ştat vahidlərini, strukturunu müəyyən və təsdiq edir, öz müavinləri
arasında vəzifə bölgüsü aparır, icrası bazarın işçiləri üçün məcburi
olan əmr, sərəncam və göstərişlər verir.
22. Direktor bazarın normal fəaliyyətini
təmin edir, müvafiq dövlət orqanları ilə əlaqə saxlayır, onlara
lazımi hesabatlar təqdim edir və bazarın işinin təkmilləşdirilməsi
üçün təkliflər verir.
23. Direktor statistika və maliyyə
uçotunu təmin edir, bazara mal gətirənlərin idxalat-ixracat sənədlərinin
verilməsini, miqdar, növ, qiymət göstərməklə ixracat və idxalat
üzrə statistik uçotun hazırlanmasını, hüquqi və fiziki şəxslərdən
müvafiq qaydada yığımların alınmasını təmin edir.
24. Direktor bazar iştirakçilarına
müxtəlif növ xidmətin (Bazar daxilində əl arabalarının, təmizlik
işlərinin, məişət xidmətlərinin və s.) göstərilməsini, bazarın
ehtiyaclarının ödənilməsini, ticarət sövdələrində iştirak edən
hüquqi və fiziki şəxslərin qeydiyyatının aparılmasını təmin edir.
25. Direktor bazarda iş rejimini,
xidmətlərdən istifadə qaydalarını, daxili əmək intizamı və digər
daxili məsələlərin həlli üçün «Bazarın daxili qaydaları»nı təsdiq
edir, bu qaydalarla ticarət sövdələrində iştirak edən hüquqi və
fiziki şəxslərin tanış olmasını təşkil edir.
26. Bazarın ləğvi və yenidən təşkil
edilməsi qanunvericilikdə nəzərdə tutulan qaydada həyata keçirilir.
27. Ləğv olunmanı Ticarət
Nazirliyinin təyin etdiyi ləğvetmə komissiyası həyata keçirir.
28.
Ləğvetmə komissiyası təyin edildiyi andan etibarən bazarın işlərinin
idarə olunması səlahiyyətləri ləğvetmə komissiyasına verilir.
29.
Ləğvetmə komissiyası bazarın əmlakını qiymətləndirir, onun kreditorları
və debitorlarını aşkar edir, onlarla hesablaşma aparır, borcların
ödənilməsi və işçilərin yeni iş yerləri ilə təmin edilməsi məsələlərinin
həlli üçün tədbirlər görür və ləğvetmə balansı tərtib edərək Ticarət
Nazirliyinə təqdim edir.
Azərbaycan
Respublikası dövlət sərhədinin
buraxılış-keçid məntəqəsinin
neytral zonasında
Sərhədyanı bazarın Əsasnaməsinə
1 nömrəli əlavə
Xüsusi buraxılış vərəqəsinin nümunəsi
— Göy rəngli buraxılış
vərəqələri — bazarın müdiriyyətinə,
— Qırmızı rəngli — bazarın
heyətinə,
— Yaşıl rəngli — ticarətçilərə
verilir.
Vərəqənin
üst tərəfi
_______________________________________________________bazara
daxil olmaq üçün
(bazarın adı)
BURAXILIŞ VƏRƏQƏSİ ¹ ____
___________________________________________________________________
(familiyası)
___________________________________________________________________
(adı, atasının adı)
pasport ______________________________________________________________________
(nömrəsi)
Sərhəd komissarı ____________________________________________________________
(imza, familiya)
Vərəqənin arxa
tərəfi
Sərhəd nümayəndəsinin getmə haqqında
qeydiyyatı
Sərhəd nümayəndəsinin gəlmə haqqında qeydiyyatı
|
Xüsusi buraxılış vərəqələri Sərhədyanı
bazarın direktorunun məktubu əsasında verilir.
İşlər müdiri
A. HACIYEV.
Azərbaycan
Respublikası dövlət sərhədinin
buraxılış-keçid məntəqəsinin
neytral zonasında
Sərhədyanı bazarın Əsasnaməsinə
2 nömrəli əlavə
Qeydiyyat jurnalının nümunəsi
__________________________________________________________
(bazarın adı)
Sərhədyanı
bazara müraciət edən şəxslərin
SİYAHISI
|
Sıra
¹ -si
|
Adı, familiyası
|
Tarix
|
Daxil olduğu vaxt
|
Xaric olduğu vaxt
|
Qeyd
|
1.
|
|
|
|
|
|
2.
|
|
|
|
|
|
3.
|
|
|
|
|
|
4.
|
|
|
|
|
|
5.
|
|
|
|
|
|
6.
|
|
|
|
|
|
7.
|
|
|
|
|
|
8.
|
|
|
|
|
|
9.
|
|
|
|
|
|
10.
|
|
|
|
|
|
11.
|
|
|
|
|
|
12.
|
|
|
|
|
|
13.
|
|
|
|
|
|
14.
|
|
|
|
|
|
İşlər müdiri
A. HACIYEV.
Azərbaycan
Respublikası dövlət sərhədinin
buraxılış-keçid məntəqəsinin
neytral zonasında
Sərhədyanı bazarın Əsasnaməsinə
3 nömrəli əlavə
___________________________________________________________________
(bazarın adı)
Sərhədyanı bazara
buraxılan malların
icazə sənədinin nümunəsi
___________________________________________________________________
bununla ______________________________________________________________________
(adı, familiyası)
aşağıdakı malları Sərhədyanı
___________________________ satmaq üçün aparır.
(bazarın adı)
|
Sıra
¹ -si
|
Malın adı
|
Miqdarı
|
Dəyəri
|
Qeyd
|
1.
|
|
|
|
|
2.
|
|
|
|
|
3.
|
|
|
|
|
_________________
|
gömrüyünün rəisi
|
_________________
|
bazarın direktoru
|
(bazarınadı)
|
|
(bazarın adı)
|
|
_________________
|
_________________
|
(imza, möhür)
|
(imza, möhür)
|
«___»________________19____
|
«___»________________19____
|
İşlər müdiri
A. HACIYEV.
Azərbaycan
Respublikası dövlət sərhədinin
buraxılış-keçid məntəqəsinin
neytral zonasında
Sərhədyanı bazarın Əsasnaməsinə
4 nömrəli əlavə
Sərhədyanı bazara buraxılan maşınların
icazə sənədinin nümunəsi
___________________________________________________________________
(bazarın adı)
___________________________________________________
¹ -li avtomobilin sürücüsü
___________________________________________________________________
(adı, familiyası)
malın sahibi ________________________________________________________________
(adı, familiyası)
yükünü Sərhədyanı bazara
aparır.
|
_________________
|
gömrüyünün rəisi
|
_________________
|
bazarın direktoru
|
(bazarınadı)
|
|
(bazarın adı)
|
|
_________________
|
_________________
|
(imza, möhür)
|
(imza, möhür)
|
«___»________________19____
|
«___»________________19____
|
İşlər müdiri
A. HACIYEV.
Azərbaycan
Respublikası dövlət sərhədinin
buraxılış-keçid məntəqəsinin
neytral zonasında
Sərhədyanı bazarın Əsasnaməsinə
5 nömrəli əlavə
___________________________________________________________________
Sərhədyanı bazarda ixrac
və idxal olunmuş mallar haqqında arayış sənədinin nümunəsi
___________________________________________________________________
(bazarın adı)
___________________________________________________________________
(adı, familiyası)
aşağıdakı malları ixrac və idxal etmişdir.
|
Sıra
¹ -si
|
İxrac olunan malın adı
|
Miqdarı
|
Dəyəri
|
Qeyd
|
1.
|
|
|
|
|
2.
|
|
|
|
|
3.
|
|
|
|
|
________________
|
Sərhədyanı bazarın direktoru
|
________________
|
gömrüyünün rəisi
|
(bazarın adı)
|
|
(bazarın adı)
|
|
_________________
|
_________________
|
(imza, möhür)
|
(imza, möhür)
|
«___»________________19____
|
«___»________________19____
|
İşlər müdiri
A. HACIYEV.
© AzerSoft
|