Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Moldova Respublikası, Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyasının gömrük xidmətləri arasında meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında 21 may 1998-ci il tarixli Sazişin fəaliyyət müddətinin uzadılması haqqında Protokol

Bundan sonra Tərəflər adlandırılan meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında 21 may 1998-ci il tarixli Sazişin iştirakçıları olan gömrük xidmətləri,

Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin ərazilərində meyvə-tərəvəz məhsullarının daşınması üçün maneəsiz şərtlərin təmin edilməsi məqsədilə,

meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında 21 may 1998-ci il tarixli Sazişin fəaliyyət müddətinin 21 may 2001-ci il tarixdə başa çatdığını nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

1. Moldova Respublikası, Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyasının gömrük xidmətləri arasında meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında 21 may 1998-ci il tarixli Sazişin fəaliyyət müddəti iki il müddətinə uzadılsın.

2. Bu Protokol imzalandığı andan qüvvəyə minir.

3. Moskva şəhərində 7 iyun 2001-ci il tarixdə hər biri eyni qüvvəyə malik olan 4 nüsxədə imzalanmışdır.

Belarus Respublikası gömrük xidməti adından

Moldova Respublikası gömrük xidməti adından

Rusiya Federasiyası gömrük xidməti adından

Ukrayna gömrük xidməti adından


Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2003-cü il tarixli 1210 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb