Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Moldova Respublikası, Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyasının gömrük xidmətləri arasında meyvə-tərəvəz məhsullarının gömrük rəsmiləşdirilməsi zamanı güzəştlərin təqdim edilməsi haqqında 21 may 1998-ci il tarixli Sazişin 3-cü maddəsinin icrası haqqında Protokol

Kiyev şəhəri, 14 may 1999-cu il

Moldova Respublikası, Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyasının gömrük xidmətləri yuxarıda göstərilən Sazişin 3-cü maddəsinin icrası məqsədilə aşağıdakılar barədə qərara gəldilər:

1. Meyvə-tərəvəz məhsullarının mənşə ölkəsinə dair məlumatları əks etdirən malları müşayiət edən sənəd kimi, məhsulun mənşəyinə dair Moldova Respublikasının gömrük orqanları tərəfindən verilən və təsdiq edilən aşağıdakı forma və məzmunlu sənədi tanımaq:

Nümunə

Moldova Respublikası Gömrük Nəzarəti Departamenti

təsdiq edir ki, __________ №-li YGB ilə hərəkət edən mal Moldova mənşəlidir

Gömrükxana ______________________

İnspektor ____________________________

 

Şəxsi möhür

2. Bu Protokol imzalandığı andan qüvvəyə minir.

Belarus Respublikası gömrük xidməti adından

Moldova Respublikası gömrük xidməti adından

Rusiya Federasiyası gömrük xidməti adından

Ukrayna gömrük xidməti adından


Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2003-cü il tarixli 1210 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb