Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
dövlət qeydiyyatına alınmışdır.
Qeydiyyat ¹ 2908
30 avqust 2002-ci il
Nazir
F.F. MƏMMƏDOV

«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 059
24 avqust 2002-ci il
Sədr
K.F.HEYDƏROV

«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi
16 avqust 2002-ci il
Nazir
R.İ.USUBOV

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən ov silahları və onların sursatlarının gömrük rəsmiləşdirilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Gömrük Məcəlləsinin 9-cu maddəsinə, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2001-ci il tarixli, 105 nömrəli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»na əsasən işlənib hazırlanmış və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən ov silahları və onların sursatlarına gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini müəyyən edir.

1.2. Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə olunur:

  • rezident fiziki şəxslər (rezidentlər) – Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti yaşayan fiziki şəxslər;
  • qeyri-rezident fiziki şəxslər (qeyri-rezidentlər) – Azərbaycan Respublikası hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşayan fiziki şəxslər;
  • ov silahı – vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır;

2. Ov silahları və onların sursatlarının əldə etmək hüququ olan fiziki şəxslər

2.1. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış rezidentlər ov silahı əldə etmək hüququna malikdir.

2.2. Fiziki şəxslər tərəfindən ov silahları, onların sursatları Azərbaycan Respublikasının gömrük sərhədindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin icazəsi təqdim edildikdə keçirilə bilər.

2.3. Fiziki şəxslər tərəfindən ov silahlarının və onun sursatlarının Azərbaycan Respublikasına gətirilməsinə verilən icazənin etibarlılıq müddəti altı aydır.

2.4. İcazədə aşağıdakı məlumatlar göstərilir: ov silahı və onun sursatını əldə edən fiziki şəxsin soyadı, adı və atasının adı, silahın növü, miqdarı, icazənin verilmə tarixi və etibarlılıq müddəti.

2.5. Fiziki şəxslər tərəfindən icazə ilə əldə edilmiş ov silahı Azərbaycan Respublikasına gətirildikdən sonra iki həftə ərzində Azərbaycan Respublikasının DİN-də qeydiyyatdan keçirilməlidir. Qeydiyyata alınmış silahın sahibinə ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir.

2.6. Ov silahının əldə edilməsinə icazəsi olan və ya ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs ov silahı ilə birlikdə əlavə icazə tələb olunmadan soyuq ov silahını əldə edə və Azərbaycan Respublikası ərazisinə gətirə bilər.

2.7. Azərbaycan Respublikasına gətirilmiş ov silahı və onun sursatlarının Azərbaycan Respublikası DİN-də qeydiyyata alınması onların respublikaya gətirilməsini təsdiq edən sənədlər (gömrük bəyannaməsi və gömrük orqanlarının qeydləri aparılmış icazə sənədinin surəti) əsasında aparılır.

3. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində gətirilən ov silahı və onların sursatlarının gömrük rəsmiləşdirilməsi

3.1. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən ov silahı və onların sursatlarına gömrük nəzarətini aşağıdakı formada həyata keçirirlər:

  • gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanması. Bu sənədlərə gömrük bəyannaməsi, ov silahının əldə edilməsini təsdiq edən sənədlər (hesab-faktura, invoys və s.) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ov silahının və onun sursatının respublikaya gətirilməsinə verilən icazə sənədinin əsli;
  • ov silahının və onun sursatının gömrük yoxlanması;
  • ov silahının və onun sursatının uçotu.

3.2. Fiziki şəxslər tərəfindən ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan miqdar və dəyər hədləri daxilində Azərbaycan Respublikasının gömrük sərhədindən şəxsi istifadə üçün keçirilən ov silahlarının və onların sursatlarının rəsmiləşdirilməsi gömrük ödənişləri alınmadan, mal vahidinin və ya dəstinin miqdarı və dəyəri qanunvericiliklə müəyyən edilmiş həddi ötdükdə isə xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada aparılır.

3.3. Daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gələn fiziki şəxslərin bilavasitə özləri və ya müşayiət olunmayan baqajda gətirdikləri ov silahı və onların sursatları Azərbaycan Respublikası DİN-nin icazəsi təqdim edilməklə rəsmiləşdirilir.

3.4. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə ov silahı və onun sursatı qanunvericilikdə müəyyən edilmiş miqdarda müvəqqəti gətirilməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq icazəsi ilə gömrük rəsmiləşdirilməsi həyata keçirilir və icazə sənədinin etibarlılıq müddəti ərzində müvəqqəti gətirilmiş ov silahı respublikadan kənara aparılmalıdır.

3.5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası gömrük ərazisinə gətirilən ov silahlarına və onun sursatlarına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq icazə sənədi olmadıqda və ya xarici ölkələr tərəfindən silahların və onların sursatlarının Azərbaycan Respublikasına gətirilməsinə verilən icazə sənədi ilə ov silahları və onların sursatları gətirildikdə gömrük nəzarəti altında 2 ¹-li gömrük arayışı əsasında (qaçaqmalçılıq və gömrük qaydalarının pozulması əlamətləri olmadıqda) məsul saxlanca verilməlidir.

Gömrük bəyannaməsi və 2 ¹-li gömrük arayışında ov silahının markası, nömrəsi, kalibri göstərilməlidir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq icazə sənədi təqdim olunduqdan sonra tam gömrük rəsmiləşdirilməsi aparılır və həmin ov silahı Azərbaycan Respublikası gömrük ərazisinə buraxılır.

3.6. Azərbaycan Respublikası ərazisinə fiziki şəxslər tərəfindən ov silahı və onun sursatları gətirilərkən Azərbaycan Respublikası DİN-nin verdiyi icazə sənədində, qeydiyyat jurnalında (əlavə ¹-1) müvafiq qeydlər aparılmalı və şəxsi nömrəli möhürlə təsdiqlənməlidir.

İcazə sənədində gömrük orqanları tərəfindən müvafiq qeydlər aparıldıqdan sonra, icaza sənədinin əsli götürülür və fiziki şəxsə DİN-nə təqdim olunması üçün həmin sənədin foto surəti verilir.

3.7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən icazə sənədində göstərilən miqdarda (və ya ondan az) ov silahı və onun sursatları gətirildikdə, icazənin arxa tərəfində gətirilən ov silahının markası, kalibri, nömrəsi, miqdarı, gətirilmə tarixi, ov silahının sursatları gətirildikdə isə – gətirilən sursatın adı, miqdarı və gətirilmə tarixi haqqında qeydlər aparılır. İcazənin etibarlılıq müddəti ərzində ov silahı və onun sursatının gətirilməsinə verilən icazədən ikinci dəfə istifadə olunması qadağandır.

3.8. Azərbaycan Respublikası DİN-nin verdiyi icazə sənədi etibarnamə ilə başqa fiziki və ya hüquqi şəxsə verilə bilməz.

4. Azərbaycan Respublikası ərazisindən fiziki şəxslər tərəfindən çıxarılan ov silahı və onun sursatının rəsmiləşdirilməsi

4.1. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxsləri fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası gömrük ərazisindən aparılan ov silahı və onun sursatına gömrük nəzarətini aşağıdakı formada həyata keçirirlər:

  • gömrük nəzarəti üçün sənədlərin və məlumatların yoxlanılması. Bu sənədlərə gömrük bəyannaməsi, ov silahının əldə edilməsini təsdiq edən sənəd (alqı-satqı sənədi, hesab-faktura, invoys və s.), Azərbaycan Respublikası DİN-nin ov silahının Azərbaycan Respublikası ərazisindən çıxarılmasına verilən icazə sənədinin əsli;
  • ov silahı və onun sursatının gömrük yoxlanması;
  • ov silahı və onun sursatının uçotu.

4.2. Daimi yaşayış məqsədilə Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslər tərəfindən ov silahı və onun sursatlarının Azərbaycan Respublikası ərazisindən çıxarılması Azərbaycan Respublikası DİN-nin icazəsi əsasında həyata keçirilir.

4.3. Fiziki şəxslər tərəfindən ov silahı və onun sursatlarının Azərbaycan Respublikası ərazisindən çıxarılmasının gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada gömrük bəyannaməsi yazılmaqla və Azərbaycan Respublikası DİN-nin icazə sənədində və qeydiyyat jurnalında (əlavə ¹ 2) müvafiq qeydlər aparılmaqla həyata keçirilir.

İcazə sənədində gömrük orqanları tərəfindən müvafiq qeydlər aparıldıqdan sonra, icazə sənədinin əsli götürülür və fiziki şəxsə DİN-nə təqdim olunması üçün həmin sənədin surəti verilir.

4.4. Xarici dövlətlərin ərazisində ov və idman yarışlarında iştirak etmək məqsədi üçün fiziki şəxslər tərəfindən ov silahı və onun sursatları Azərbaycan Respublikası DİN-nin icazəsi təqdim edilməklə Azərbaycan Respublikası ərazisindən müvəqqəti aparılmasına (icazə müddəti ərzində geri qaytarmaq şərti ilə) icazə verilir.

4.5. Xarici vətəndaşlar vətəndaşı olduğu dövlətlərin nümayəndəliyinin vəsatətinə əsasən Azərbaycan Respublikası DİN-nin verdiyi icazə sənədi ilə alındığı vaxtdan beş gündən gec olmayaraq Azərbaycan Respublikası ərazisindən kənara aparmaq şərti ilə ov silahı əldə edə bilərlər. Onlar silahın Azərbaycan Respublikasının ərazisindən aparılma müddətini pozarsa həmin silah müsadirə olunur.

4.6. Ov silahının nadir nüsxələri «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri xüsusi rejim əsasında verilmiş mühafizə dərəcəsinə müvafiq surətdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ixracın mümkünilüyü barədə verdiyi şəhadətnamə Azərbaycan Respublikasının gömrük orqanlarına təqdim edildiyi və komissiyon dəyərinin 100 faizi məbləğində gömrük rüsumu ödənildikdən sonra, mühafizə dərəcəsi verilməmiş ov silahları isə sərbəst surətdə və Azərbaycan Respublikası DİN-nin icazəsi olduqdan sonra Azərbaycan Respublikasının gömrük ərazisindən aparıla bilər.

5. Qaydaların tələblərinin pozulmasına görə məsuliyyət.

5.1. Fiziki şəxslər bu Qaydaların müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

5.2. Ov silahları və onların sursatlarının Azərbaycan Respublikası ərazisinə gətirilməsi və Azərbaycan Respublikası ərazisindən aparılmasına verilmiş icazə sənədinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, gömrük rəsmiləşdirilməsinə görə isə gömrük orqanları məsuliyyət daşıyırlar.


Əlavə ¹ 1

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən ov silahları və onların sursatlarının qeydiyyatı jurnalı

Sıra ¹-si

tarix

S.A.A.

markası

kalibri

Silahın qeydiyyat ¹-si

Sursatın adı

miqdarı

İcazə ¹-si

İcazənin müddəti

Gətirilmə məqsədi

Gömrük əməkdaşının S.A.A. imzası

Qeyd

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

                         
                         
                         

Əlavə ¹ 2

Azərbaycan Respublikasının gömrük ərazisindən aparılan ov silahları və onların sursatlarının qeydiyyatı jurnalı

Sıra ¹-si

tarix

S.A.A.

markası

kalibri

Silahın qeydiyyat ¹-si

Sursatın adı

miqdarı

İcazə ¹-si

İcazənin müddəti

Gətirilmə məqsədi

Gömrük əməkdaşının S.A.A. imzası

Qeyd

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

                         
                         
                         

Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülletenində dərc edilmişdir (2002-ci il, ¹ 8-9, səh. 30) («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb