Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 2915
17 sentyabr 2002-ci il
Nazir
F. MƏMMƏDOV

«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 062
6 sentyabr 2002-ci il
Sədr
K. HEYDƏROV

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin nümunəvi Qaydaları

1. Ümumi müddəalar

1. «Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin nümunəvi Qaydaları» Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9-cu maddəsinin, 21-ci və 27-ci fəsillərinin müddəalarına uyğun olaraq hazırlanmışdır.

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, gömrük işi haqqında qanunvericilik aktları və bu Qaydalar əsasında gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti həyata keçirilir.

1.2. Bu Qaydalar fiziki və hüquqi şəxslər tərəfindən (fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mal və nəqliyyat vasitələrinin gətirilməsi və aparılması istisna edilir) Azərbaycan Respublikası gömrük ərazisinə gətirilən, həmçinin bu ərazidən aparılan mallar və nəqliyyat vasitələri üzərində gömrük orqanları tərəfindən həyata keçirilən gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin mərhələlərinin ardıcıllığını müəyyən edir.

1.3. Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, gömrük işi üzrə Azərbaycan Respublikasının qanunvericilik aktları, o cümlədən Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktları ilə müəyyən edilmiş qaydada gömrük orqanlarının yerləşdiyi yerlərdə və Dövlət Gömrük Komitəsinin normativ hüquqi aktları ilə müəyyən edilmiş yerlərdə gömrük orqanları tərəfindən həyata keçirilir.

II. İlkin əməliyyatlar

2. Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə dair keçirilən bütün hərəkətlər ilkin əməliyyatlar hesab olunur.

2.1. İlkin əməliyyatların əsas məqsədi – mal və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsinin və onların müəyyən gömrük rejimi altında yerləşdirilməsinin asanlaşdırılmasına və sürətləndirilməsinə xidmət edir. Həmin əməliyyatlar əsas gömrük rəsmiləşdirilməsi icraatına qədər aparılır və hazırlıq mərhələsi hesab edilir.

İlkin əməliyyatlar zamanı gömrük orqanının vəzifəli şəxsləri aşağıda göstərilən əməliyyatları həyata keçirirlər:

  • Azərbaycan Respublikasının gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi və ya mal və nəqliyyat vasitələrinin gömrük ərazisindən kənara aparılması barədə gömrük orqanlarına şəxslər tərəfindən verilən məlumatların qəbulu;
  • gömrük nəzarətinə təqdim edilən mal və nəqliyyat vasitələrinin və onlara aid sənədlərin qəbulu;
  • malların, nəqliyyat vasitələrinin və onlara dair sənədlərin gömrük məqsədləri üçün eyniləşdirilməsinin aparılması:
  • gömrük nəzarəti altında malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılması üçün tədbirlərin həyata keçirilməsi;
  • mal və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc anbarlarına yerləşdirilməsinə gömrük nəzarətinin təmin edilməsi;
  • mal və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc anbarlarına yerləşdirilməsini təsdiq edən sənədlərin və ya qısa bəyannamənin qəbulu;
  • mallardan prob və nümunələrin götürülməsi, mallar barədə səlahiyyəti olan şəxslər, onların nümayəndələri və digər dövlət nəzarət orqanları tərəfindən prob və nümunələrin götürülməsinə nəzarət;
  • mal və nəqliyyat vasitələrinin çatdırıldığı yerlərdə və müvaqqəti saxlanc anbarlarında malların saxlanılması şərtlərinə riayət edilməsinə nəzarət;
  • məlumatların və rəsmiləşdirilmiş sənədlərin əsas gömrük rəsmiləşdirilməsini aparan əməkdaşlara verilməsi, müvafiq qaydada sənədlərin və məlumatların hazırlanıb gömrük orqanının aidiyyəti bölmələrinə verilməsi;
  • əsas gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasına və tezləşdirilməsinə yönəldilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları ilə nəzərdə tutulan digər əməliyyatlar.

İlkin əməliyyatlar zamanı təqdim olunan sənədlərdə məlumatların düzgünlüyünə və tamlığına görə malları gömrük orqanına bəyan edən şəxs (mal sahibi, onun səlahiyyətli nümayəndəsi və yaxud daşıyıcı) qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

III. Əsas gömrük rəsmiləşdirilməsi

3. Əsas gömrük rəsmiləşdirilməsinin məqsədi – mal və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsidir. Mal və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsinə aşağıdakı mərhələlər daxil edilir:

a) yük gömrük bəyannamələrinin qəbulu, qeydiyyatı və uçotu;

b) seçilmiş gömrük rejiminin tələblərinə riayət edilməsinə nəzarət;

c) Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına (bundan sonra - XİF MN) uyğun olaraq malların kodunun və mənşə ölkəsinin müəyyənləşdirilməsinin düzgünlüyü, məhdudiyyət və qadağalar üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə riayət edilməsinə nəzarət;

d) valyuta nəzarəti və gömrük dəyərinin müəyyən edilməsinə nəzarət;

e) gömrük ödənişlərinə nəzarət;

f) gömrük baxışı və malların buraxılması.

3.1. Yük gömrük bəyannamələrinin qəbulu, qeydiyyatı və uçotu mərhələsində aşağıdakı əməliyyatlar aparılır:

  • gömrük bəyannaməsinin qəbulu üçün tələb olunan şərtlərə, o cümlədən ilkin əməliyyatların aparılması qaydalarına riayət edilməsinin yoxlanılması;
  • gömrük bəyannaməsinin qeydiyyatı;
  • gömrük bəyannaməsinin və ya onun elektron surətinin seçilmiş rejimə uyğun olaraq doldurulmasının ümumi yoxlanılması, həmçinin gömrük bəyannaməsinin elektron surətində olan məlumatların əsas sənəddə olan məlumatlara uyğunluğu, gömrük bəyannaməsinin qəbulu prosesində və həmçinin mal və nəqliyyat vasitələrinin buraxılışından sonra ümumi yoxlanılması,
  • gömrük bəyannamələrinin və onlara əlavə olunan sənədlərin gömrük rəsmiləşdirilməsi bitdikdən sonra yığılması və onların gömrük orqanının aidiyyəti struktur bölmələrinə verilməsi:
  • gömrük rəsmiləşdirilməsi başa çatdırılmayan gömrük bəyannamələrinin uçotu.

3.2. Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi məqsədi ilə seçilmiş gömrük rejiminin tələblərinə riayət edilməsi mərhələsində aşağıdakılar həyata keçirilir:

  • təqdim olunmuş sənədlər əsasında gömrük rejiminin düzgün seçilməsinin yoxlanılması;
  • seçilmiş gömrük rejimində zəruri sənədlərin tam şəkildə toplanmasının təmin edilməsi;
  • gömrük rejiminin xüsusiyyətlərindən asılı olaraq xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxs tərəfindən həmin rejimin tələblərinə riayət edilməsinin yoxlanılması.

3.3. XİF MN uyğun olaraq malların kodunun və mənşə ölkəsinin müəyyənləşdirilməsinin düzgünlüyü, məhdudiyyət və qadağalar üzrə Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə riayət edilməsinə nəzarət mərhələsində aşağıdakılar həyata keçirilir:

  • malların eyniləşdirilməsi məqsədilə gömrük bəyannaməsinda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, eləcə də XİF MN uyğun olaraq malların təsnifatına nəzarət;
  • müəyyən edilmiş tələblərə uyğun olaraq gömrük bəyannaməsində malların düzgün təsvirinin yoxlanılması, həmçinin bu təsvirin bəyan olunmuş malın xüsusiyyətlərinə uyğunluğunun, eləcə də malların kəmiyyət göstəricilərinin yoxlanılması (yerlərin sayı, çəkisi və s.);
  • malların mənşə ölkəsinin müəyyən edilməsi və müvafiq tarif güzəştlərinin və imtiyazlarının verilməsi üçün gömrük bəyannaməsində göstərilən məlumatların doğruluğuna və tamlığına nəzarət;
  • malların mənşə ölkəsinə dair qəbul edilmiş ilkin qərarlar barədə sənədlərin, eləcə də həmin sənədlərdə mallar haqqında göstərilən məlumatların uyğunluğunun yoxlanılması;
  • malları keçirən şəxsin qadağalara və məhdudiyyətlərə riayət etməsini təmin etmək məqsədilə gömrük bəyannaməsində qeyd olunan məlumatların düzgünlüyünə və tamlığına nəzarət;
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin reyestrinə daxil olan intellektual mülkiyyət obyektlərini əks etdirən mallara dair gömrük bəyannaməsində qeyd olunan məlumatların tamlığının və uyğunluğunun yoxlanılması;
  • malların və onların keçirilmə xüsusiyyətlərindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan icazələrin, lisenziyaların, sertifikatların və digər dövlət nəzarət orqanlarından keçirilməsini təsdiq edən sənədlərin mövcudluğunun yoxlanılması;
  • malların müəyyən gömrük rejimi altında yerləşdirilməsi şərtlərnə riayət olunmasına nəzarət (gömrük dəyərinin müəyyən edilməsi və gömrük ödənişlərinin ödənilməsi istisna edilir);
  • valyuta nəzarətinin həyata keçirilməsi üçün istifadə olunan məlumatların (gömrük dəyəri və gömrük ödənişləri barədə sənədlər istisna edilməklə), gömrük bəyannaməsində gömrük məqsədləri üçün göstərilən məlumatların doğruluğuna və tamlığına nəzarət;
  • gömrük nəzarəti məqsədləri üçün zəruri olan sənədlərin və məlumatların yoxlanılması (gömrük dəyəri və gömrük ödənişləri barədə sənədlər istisna edilməklə);
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi hallarda hesabatların tərtib edilməsi üçün lazım olan məlumatların, eləcə də malların XİF MN uyğun olaraq təsnifatına və mənşə ölkəsinin düzgün müəyyən edilməsinə nəzarət üçün tələb olunan məlumatların gömrük orqanının aidiyyəti bölmələrinə verilməsi;
  • Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə müəyyən edilən hallarda qadağalara və məhdudiyyətlərə riayət edilməsi, malların mənşə ölkəsinin və onların XİF MN uyğun təsnifatına dair gömrük orqanlarının qərar qəbul etməsi məqsədilə müvafiq qaydada gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan tam sənədlər toplusunun gömrük orqanının aidiyyəti bölmələrinə verilməsi;
  • XİF MN uyğun malların mənşəyi və təsnifatı, intellektual mülkiyyət hüquqları üzrə qadağaların və məhdudiyyətlərin qoyulması barədə müvafiq gömrük orqanlarının qərarlarına əsasən mallara dair müvafiq qərarın qəbulu.

3.4. Valyuta nəzarəti və gömrük dəyərinə nəzarət mərhələsində aşağıdakılar həyata keçirilir:

  • valyuta nəzarəti məqsədilə bütün lazım olan sənədlərin mövcudluğunun yoxlanılması;
  • gömrük rəsmiləşdirilməsinin aparılmasında istifadə olunan xarici ticarət müqavilələrin və gömrük işi ilə əlaqədar sənədlərin şərtlərinin valyuta tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğunluğunun yoxlanılması;
  • yük gömrük bəyannaməsində göstərilən məlumatların valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə təqdim olunan sənədlərdəki məlumatlara uyğunluğunun yoxlanılması;
  • gömrük nəzarəti məqsədilə deklarant tərəfindən malların gömrük dəyərinin müəyyən edilməsi üsullarının düzgün seçilməsinin yoxlanılması;
  • malların gömrük dəyərinin göstəriciləri ilə gömrük dəyərinin müəyyənləşdirilməsi üçün seçilən üsulun və bunu təsdiq edan sənədlərin düzgünlüyünün yoxlanılması, eləcə də malların gömrük dəyərinin göstəricilərinin, gömrük dəyərinə dair bütün sənədlərin tamlığını, düzgünlüyünü təsdiq etmək üçün deklarant tərəfindən təqdim edilən sənədlərin təhlili;
  • sövdələşmə xüsusiyyətlərinin müəyyən edilməsi üçün zərurət olduqda qiymətə təsir edən əlavə məlumatların toplanması (deklarantlardan əlavə sənədlərin tələb olunması da daxil olmaqla);
  • deklarant tərəfindən göstərilən gömrük dəyəri tələb olunan sənədlərlə təsdiq edilmədikdə, malların müvəqqəti (şərti) qiymətləndirilməsi, gömrük dəyərinə və gömrük ödənişlərinə müvafiq qaydada düzəlişlərin edilməsi;
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq malların gömrük dəyərinin hesabatını aparmaq üçün gömrük orqanlarının aidiyyəti bölmələrinə göndərilən məlumatların, eləcə də malların gömrük dəyərinin düzgünlüyünə nəzarət etmək üçün məlumatların təqdim edilməsi;
  • malların gömrük dəyərinə dair qərarın qəbul edilməsi üçün və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktlarında nəzərdə tutulan hallarda valyuta nəzarəti üçün gömrük orqanlarının aidiyyəti üzrə bölmələrinə müvafiq qaydada gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunan tam sənədlər paketinin verilməsi.
  • Bilavasitə gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin həyata keçirilməsində məsuliyyət daşıyan gömrük əməkdaşları tərəfindən gömrük orqanının aidiyyəti üzrə bölmələrinə müvafiq sənədlərin və məlumatların verilməsi, gömrük rəsmiləşdirilməsinin konkret mərhələsində Azərbaycan Respublikasının gömrük orqanları ilə müxtəlif dövlət orqanları arasında operativ məlumat mübadiləsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktlarına uyğun həyata keçirilir.

Digər hallarda gömrük orqanının aidiyyəti bölmələrinə lazım olan məlumatlar gömrük rəsmiləşdirilməsi, gömrük bəyannaməsinin qəbulu, qeydiyyatı və uçotu mərhələsindən sonra verilir.

3.5. Gömrük ödənişlərinin ödənilməsinə nəzarət mərhələsində aşağıdakı yoxlamalar aparılır:

  • gömrük ödənişlərinin ödənilməsinə görə məsul olan şəxsdə gömrük ödənişlərinin ödənilməsində olan borcların, əvvəllər aparılan əməliyyatlar üzrə gömrük ödənişlərinin ödənilməsində verilən möhlətə görə faizlərin ödənilməsində borcların mövcudluğu, gömrük qaydalarının pozulması zamanı cərimələrin məbləğləri, gömrük ödənişlərinin ödənilməsinin gecikdirilməsinə görə penyaların ödənilməsində olan borcların mövcudluğu;
  • gömrük bəyannaməsinin müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməsinə deklarant tərəfindən riayət olunması (gömrük bəyannaməsinin verilmə müddəti pozulduğu hallarda gömrük ödənişlərinin ödənilməsinin gecikdirilməsinə görə penya hesablanır);
  • gömrük ödənişlərinin hesablanmasına təsir edən gömrük bəyannaməsinin və onun elektron nüsxəsinin düzgün doldurulması, göstərilən məlumatların doğruluğu və tamlığı;
  • bəyan edilmiş yükə dair tarif və vergi güzəştlərinin, tarif preferensiyalarının verilməsini təsdiq edən sənədlərin yoxlanması;
  • bəyan edilmiş gömrük rejiminin şərtlərinə uyğun olaraq gömrük ödənişlərinin ödənilməsinə və ya onların ödənilməsinin təmin olunmasına riayət edilməsi;
  • gömrük ödənişlərinə nəzarət sənədinin tərtib edilməsi ilə gömrük ödənişlərinin hesablanmasının düzgünlüyü;
  • gömrük ödənişlərinin ödənilməsinin, o cümlədən gömrük ödənişlərinin ödənilməsi barədə ödəmə sənədinin rekvizitlərinin doldurulmasının düzgünlüyü və ödəyicinin şəxsi hesabından ödəmənin həyata keçirildiyini əks etdirən bank sənədinin olmasının, həm də ödəmə sənədlərində gömrük ödənişlərinin növləri üzrə göstərilən məbləğlərin nəzarət sənədində göstərilən məbləğlərə uyğunluğu;
  • gömrük ödənişlərinin ödənilməsinə möhlət verilməsi haqqında gömrük orqanının müvafiq qərarının, həm da gömrük ödənişlərinə və qeydiyyatına nəzarəti həyata keçirən gömrük orqanının bölməsində müəyyən olunmuş qaydada qeydiyyata alınmış, gömrük ödənişlərinin ödənilməsinin təminatını təsdiq edən sənədin mövcudluğu;
  • gömrük orqanının hesabına pul vəsaiti faktiki daxil olmalıdır (gömrük ödənişlərinə və qeydiyyatına nəzarəti həyata keçirən gömrük orqanı bölməsindən), gömrük rəsmiləşdirilməsi anında pul vəsaiti daxil olmadıqda, bu mərhələdə gömrük rəsmiləşdirilməsi dayandırılır.

Gömrük orqanının vəzifəli şəxsi həmçinin aşağıdakıları həyata keçirir:

  • gömrük rəsmiləşdirilməsi anında gömrük orqanının hesabına daxil olacaq pul vəsaitinin daxil olması gömrük ödənişlərinə və qeydiyyatına nəzarəti həyata keçirən gömrük orqanının bölməsi tərəfindən təsdiq olmadıqda, gömrük ödənişlərinin vaxtının keçdiyi üçün penyaların hesablanması;
  • sənədlərin və məlumatların müəyyən olunmuş qaydada hazırlanması və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktların uyğun olaraq belə məlumatların mərkəzləşdirilmiş qeydiyyatını aparan gömrük orqanının müvafiq bölməsinə ötürülməsi.

3.6. Gömrük baxışı və buraxılış mərhələsində aşağıdakılar həyata keçirilir:

  • mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin əvvəlki mərhələsindən keçməsinin yoxlanılması;
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada gömrük baxışının keçirilməsinin müəyyənləşdirilməsi, gömrük nəzarəti formalarının tətbiq edilməsi;
  • malların və nəqliyyat vasitələrinin buraxılması və ya buraxılmaması barədə qərarın qəbulu ilə gömrük rəsmiləşdirilməsinin başa çatması.

Buraxılışdan sonra gömrük bəyannaməsi və ona əlavə olunan sənədlər gömrük bəyannaməsinin qeydiyyatı və uçotu mərhələsi üçün təqdim olunur. Gömrük baxışı barədə qərarı gömrük rəsmiləşdirilməsinin əvvəlki mərhələlərində də qəbul etmək olar. Bu haqda müvafiq vəzifəli şəxs yük gömrük bəyannaməsinin birinci vərəqinin arxa hissəsində «Nəzarət» sözünü yazır və bu qərarı əsaslandırır və baxış haqda qərar qəbul edən gömrük orqanının vəzifəli şəxsi bu bəradə malların baxışını və buraxılışını həyata keçirən gömrük orqanının səlahiyyətli əməkdaşına məlumat verir.

Gömrük baxışı, gömrük qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olunmaqla, gömrük orqanında müəyyən edilmiş müvafiq struktur bölmənin əməkdaşı tərəfindən həyata keçirilir.

Gömrük baxışından başqa müəyyən olunmuş hallarda gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirən müvafiq struktur bölmənin əməkdaşları tərəfindən aşağıdakı işlər aparılır:

  • malların və nəqliyyat vasitələrinin sərbəst yerləşdirilməsi, yüklərin sərbəst boşaldılıb-yığılması mümkün olan yerlərdə gömrük müayinəsinin keçirilməsi;
  • malların və onların qablaşdırılmasının müayinəsi;
  • malların, nəqliyyat vasitələrinin, anbarların və digər yerlərin eyniləşdirilməsi;
  • gömrük rəsmiləşdirilməsinin ilkin əməliyyatlar mərhələsində görülən ayrı-ayrı əməliyyatlar.

Gömrük baxışı bitdikdən sonra malların buraxılışı gömrük orqanının vəzifəli şəxsi tərəfindən həyata keçirilir.

3.7. Əsas gömrük rəsmiləşdirilməsi prosesinin mərhələlərinin ardıcıllığının dəyişdirilməsi haqda qərarı zəruri hallarda yerli gömrük orqanı qəbul edə bilər.

4. Gömrük qaydaları əleyhinə inzibati xəta törədilərkən görülən tədbirlər

4. Gömrük qaydaları əleyhinə inzibati xəta aşkar edildikdə, belə xətaya görə sadələşmiş tənbeh tətbiq edilməsi istisna edilməklə, gömrük orqanının əməkdaşı gömrük orqanının struktur bölməsinin rəisinə məruzə edir və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları ilə müəyyən edilmiş formada gömrük qaydaları əleyhinə inzibati xəta haqqında protokol tərtib edir.

Gömrük qaydaları əleyhinə inzibati xətanın əlamətləri aşkar edilərkən, əgər eyni zamanda valyuta qanunvericiliyinin pozuntusu da baş vermişsə, dərhal bu haqda məlumat gömrük orqanının Valyuta nəzarəti bölməsinə verilir.

4.1. Bilavasitə gömrük qaydaları əleyhinə inzibati xətanın əlamətləri aşkar edildikdə və ya bu cür faktları əks etdirən kifayət qədər məlumatlar olan materiallar alındıqda Azərbaycan Respublikasının qanunvericiliyinə (İnzibati Xətalar Məcəlləsi) uyğun olaraq müəyyən edilmiş müddət ərzində alınan məlumatların ilkin yoxlanılması aparılır və ya dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Ayrı-ayrı hallarda protokol tərtib olunduqda, gömrük orqanının müvafiq bölməsi ilə məsləhətləşmə aparmaq məqsədəmüvafiq hesab edilir.

4.2. Gömrük qaydaları əleyhinə inzibati xəta haqqında protokolun surəti gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb olunan şəxsə müvafiq sənəddə imza etdirməklə ona təqdim olunur və ya ona göndərilir.

Gömrük qaydaları əleyhinə inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada gömrük orqanının Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə bölmələrinə təqdim edilir.

4.3. Əgər axtarış işi çətinlik yaratmırsa və digər malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə mane olmursa, Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları ilə müəyyən edildiyi hallarda görmrük qaydaları əleyhinə inzibati xəta barədə işi bilavasitə bu pozuntunu aşkar edən struktur bölmənin vəzifəli şəxsi apara bilər. Digər hallarda isə gömrük orqanı rəisinin (və ya onun müavininin) qərarı ilə gömrük qaydalarının pozulması haqda iş Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə bölməsinin əməkdaşlarına həvalə olunur. Malların və nəqliyyat vasitələrinin və xətanın predmetləri kateqoriyasına daxil olan əşyaların saxlanılmasına zəmanət verildikdən sonra gömrük qaydaları əleyhinə inzibati xəta haqda iş göstərilən bölməyə verilir.

4.4. Gömrük qaydaları əleyhinə inzibati xətaya görə tənbehin sadələşmiş formasından istifadə zamanı pozuntu haqqında iş başlanmır, protokol tərtib edilmir, prosessual hərəkətlər aparılmır, amma gömrük orqanının rəisi tərəfindən təyin edilmiş əməkdaşlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktlarında və mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük qaydaları əleyhinə pozuntu aşkar edildiyi yerdə tənbeh tətbiq edirlər.

4.5. Gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirən zaman gömrük orqanlarının əməkdaşları gömrük rəsmiləşdirilməsi qaydalarının pozulması haqqında daxil olmuş ərizə, informasiya və digər məlumatlar əsasında yoxlama apara bilərlər. Ehtiyac olduqda, belə yoxlamanın aparılmasına gömrük orqanının digər bölmələrinin əməkdaşları da cəlb oluna bilərlər.

4.6. Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti prosesində qaçaqmalçılıq və ya başqa cinayətlər aşkar edildiyi hallarda, gömrük orqanının səlahiyyətinə daxil olan təhqiqatların aparılması, eləcə də gömrük orqanının səlahiyyətinə daxil olmayan cinayətlərin əlamətlərinin aşkar edilməsi barədə gömrük orqanının əməkdaşı Gömrük postunun rəisini və gömrük orqanlarının aidiyyəti üzrə bölmələrini aşağıdakı rəsmiləşdirilmiş sənədlərlə xəbərdar edir: cinayətin əlaməti, təqsirkar şəxslər, görülən tədbirlər, kimlərə xəbər verilməsi və s. haqqında sənədlər tərtib etməklə gömrük orqanının rəisinə (müavininə) raportla müraciət edir.

Təxirə salınması mümkün olmayan hallarda axtarış və prosessual əməliyyatların aparılmasını həyata keçirmək üçün gömrük orqanının müvafiq bölməsinin əməkdaşları cəlb olunurlar.

5. Gömrük nəzarəti üçün lazım olan sənədlər və məlumatlar. Gömrük bəyannamələrinin, sənədlərin yoxlanılması, mal və nəqliyyat vasitələrinə gömrük yoxlamasının (baxış) keçirilməsi müddəti

5. Gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək üçün mal sahibi və ya onun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktlarının tələblərinə uyğun olaraq mallara dair sənədləri və məlumatları gömrük orqanına təqdim etməlidir.

Sənədlərdə malların və nəqliyyat vasitələrinin buraxılması üçün məlumatlar tam göstərilməyibsə, sənədlərdə verilən məlumatların təsdiqlənməsi lazım gələrsə və ya sənədlərin və məlumatların doğruluğuna şübhə yaranmışsa, onda gömrük rəsmiləşdirilməsi məqsədilə gömrük orqanı tərəfindən əlavə sənədlər və məlumatlar tələb oluna bilər.

Gömrük rəsmiləşdirilməsi məqsədilə zəruri olan sənəd və məlumatların təqdim edilməsi barədə qərarı hər bir konkret hal üçün gömrük orqanının əməkdaşının müraciəti əsasında gömrük orqanının struktur bölməsinin rəisi qəbul edir. Qərar təqdim etmə müddəti göstərilməklə mal üzrə səlahiyyətli şəxsə yazılı şəkildə çatdırılır.

5.1. Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanması üçün gömrük qanunvericiliyi ilə müəyyən olunmuş müddətlər başa çatdıqdan sonra 24 saat ərzində malların və nəqliyyat vasitələrinin buraxılması haqqında qərar qəbul edilir. Digər dövlət orqanlarının malların və nəqliyyat vasitələrinin nəzarəti həyata keçirilməsi üçün lazım olan vaxt göstərilən müddətə daxil deyildir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin («Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması müddətləri») müddəalarına uyğun olaraq göstərilən müddətin uzadılmasına icazəni yalnız gömrük orqanının struktur bölməsinin rəisi və ya onu əvvəz edən şəxs verə bilər.

6. Son müddəalar

6. Gömrük rəsmiləşdirilməsi prosesinin hər hansı bir mərhələsində gömrük orqanının əməkdaşı malların buraxılmasının mümkün olmadığını hesab edərsə, onda yük gömrük bəyannaməsinin arxa hissəsində «Buraxılışa icazə verilmir» sözünü yazır və malların buraxılmaması səbəbinin qısa məzmununu göstərir. Yük gömrük bəyannaməsi baxış və buraxılış mərhələsinə verilir.

6.1. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi mərhələsində gömrük orqanının əməkdaşı sənədlərdə texniki xarakterli səhvlər (çap, qrammatik və s.) aşkar edirsə və aşkar edilən səhvlər verilmiş məlumatların məna və məzmununu dəyişmirsə, onda səhvlərin siyahısını tərtib edir, görmük rəsmiləşdirilməsinin sonrakı mərhələsində aşkar edilən texniki xarakterli səhvlər də həmin siyahıya əlavə olunur. Bu siyahı əsasında deklarant gömrük orqanının aidiyyəti bölməsinin əməkdaşının iştirakı ilə həmin səhvləri düzəltməli və öz imza və möhürü ilə təsdiq etməlidir. Gömrük orqanının əməkdaşı isə yük gömrük bəyannaməsinin elektron surətinə müvafiq düzəlişlər etməlidir.

Bütün digər hallarda (aşkar edilən səhvlər verilmiş məlumatların məna və məzmununu dəyişərsə) isə mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçirilir.

6.2. Malların buraxılmasının mümkün olmaması barədə qərarı yalnız gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs qəbul edə bilər.

Malların buraxılmasının mümkün olmaması barədə qərar qəbul edildikdə, gömrük bəyannaməsində və yol-nəqliyyat sənədlərində «Buraxılış qadağandır» ştampı vurulur, yol-nəqliyyat sənədinin yuxarı sağ küncündə gömrük bəyannaməsinin nömrəsi yazılır. Ştamp və nömrəni əməkdaş imzası və öz şəxsi nömrəli möhürü ilə təsdiq edir, mallar isə müvəqqəti saxlanc anbarlarında saxlanılır.

Göstərilən bəyannamə və ona əlavə olunan sənədlər müvafiq qaydada arxivə verilir (deklaranta qaytarılan bəyannamənin nüsxəsi istisna edilməklə).

Malları və nəqliyyat vasitələrini keçirən şəxs, müvəqqəti saxlanc müddəti bitdikdə, onları başqa gömrük rejimi altında yerləşdirə bilər, malların ixracında isə (malların Azərbaycan Respublikası ərazisindən çıxarılması məcburi olan hallar istisna edilir) gömrük qaydalarına zidd olan hallar olmadıqda, şəxsi istəyi ilə mallar üzərində sərəncam verə bilər. Bu zaman gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımları geri qaytarılmır.

6.3. Yük gömrük bəyannaməsində dəyişikliklərin edilməsi və onun geri alınması yalnız Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin («Gömrük bəyannaməsinin dəyişdirilməsi, ona əlavələr edilməsi və ya geri götürülməsi») müddəalarında göstərilən şərtlərə riayət etməklə və bu Qaydaların 6.1. bəndi nəzərə alınmaqla həyata keçirilə bilər.

6.4. Gömrük bəyannaməsinin etibarsız sayılmasına və geri alınmasına yalnız ixrac gömrük rejiminə uyğun aparılması nəzərdə tutulan, amma həyata keçirilməyən hallarda və yaxud digər rejimlərdə mal və nəqliyyat vasitələrini keçirən şəxsin (bəyannamənin 3-cü nüsxəsinin, həmçinin fəaliyyət dairəsində Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqəsi olan gömrük orqanına göndərilmiş 4-cü nüsxə də əlavə olunmaqla) yazılı müraciəti əsasında imtina şərtləri mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisində qalmasına və onlar üzərində sərəncam verilməsinə icazə verilir.

Bu zaman gömrük bəyannaməsinin geri alınması gömrük orqanı tərəfindən onda olan məlumatların doğru olmaması aşkar olunduqdan əvvəl edilə bilər.

Gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin etibarsızlığı barədə qərar qəbul edildikdə, mallar və nəqliyyat vasitələri gömrük orqanının tələbi ilə faktiki gömrük nəzarətinə cəlb olunurlar.

Gömrük bəyannaməsinin etibarsız sayılması və geri alınması müəyyən edilmiş qaydada gömrükxana rəisinin yazılı qərarı əsasında həyata keçirilir. Bu zaman bəyannaməyə əlavə olunan bütün vərəqələrin üzərindən xətt çəkilir və «Ləğv edilmişdir» sözləri yazılır. Göstərilən bəyannamə və ona əlavə olunan sənədlər (geri alınmasını əsaslandıran sənədlər də daxil olmaqla) gömrük orqanının xüsusi arxivində saxlanılır.

Gömrük bəyannaməsinin nüsxələri ilə birgə gömrük ştampı, möhür əksləri və qeydlər olan yol-nəqliyyat sənədləri təqdim edilir. Sənədlərdə gömrük orqanı tərəfindən aparılan qeydiyyat, eləcə də ştamp və möhür əkslərinin üzərindən gömrük orqanının vəzifəli şəxsi tərəfindən xətt çəkilir.

Gömrük bəyannaməsinin etibarsız sayılması haqqında aidiyyəti gömrük bölmələri, eləcə də malı keçirən şəxsin qeydiyyatda olduğu Azərbaycan Respublikası Vergilər Nazirliyinin yerli ərazi orqanı məlumatlandırılır. Bu halda gömrük rəsmiləşdirilməsinə görə alınan yığımlar geri qaytarılmır.

Etibarsız sayılan yük gömrük bəyannamələrinin, eləcə də buraxılması qadağan olunmuş mallara dair tərtib edilmiş yük gömrük bəyannamələrinin qeydiyyat nömrələri başqa gömrük bəyannamələrinə verilə bilməz.


 

Azərbaycan Respublikası
Bakı şəhər İcra Hakimiyyəti
Nəqliyyat Departamenti

Marşrut vərəqəsinin ¹-si

   

Sahibi:

Sürücünün adı, soyadı

Marka

   

Nömrəsi

   

Müqavilənin ¹-si:

 

Marşrut ¹-si

 

Etibarlıdır:

 

dən

M. Y.

   

dək

Sədr ___________________________

Müddət bitdikdə nəqliyyat departamentinə qaytarılmalıdır

Marşrut sxemi üçün yer

 

Dispetçer məntəqəsinin ¹

Avtobusun işləməsinə dair dispetçerin ayın günləri üzrə qeydləri

Tarix

Gəlmə vaxtı

İmza

Reys sayı

Getmə vaxtı

İmza

           
           
           
           
           
           
           
           
           
           
           
           

Qeydlər üçün:

_______________________________________________________
________________________________________________________
________________________________________________________


Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülletenində dərc edilmişdir (2002-ci il, ¹ 8-9, səh. 59) («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb