Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹
«23» yanvar 2003-cü il
Nazir
F. MƏMMƏDOV

«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 098
30 dekabr 2002-ci il
Sədr
K. HEYDƏROV

Azərbaycan Respublikasının Gömrük sərhədindən fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin keçirilməsi qaydaları

1. Ümumi müddəalar

1.1 Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin keçirilməsi Qaydaları Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu Maddəsinə, Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 saylı, 31 may 2001-ci il tarixli, 105 saylı və 07 noyabr 2002-ci il tarixli, 176 saylı Qərarlarına uyğun olaraq hazırlanmışdır.

Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin keçirilməsi Qaydaları (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin keçirilməsini, gömrük orqanlarında rəsmiləşdirilməsini tənzimləyir.

Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə olunur:

  • nəqliyyat vasitələri — XİFƏN-nin (Xarici İqtisadi Fəaliyyət Əmtəə Nomenklaturası) 8701, 8702, 8703, 8704, 8705 və 8711-ci mal qruplarına aid nəqliyyat vasitələri;
  • XİFƏN-nin 8701 qrupu — Traktorlar.
  • XİFƏN-nin 8702 qrupu — sürücü ilə birlikdə 10 nəfər və artıq sərnişin daşınması üçün nəzərdə tutulmuş avtomobillər.
  • XİFƏN-nin 8703 qrupu — yüngül minik avtomobilləri və başqa sərnişin daşınması üçün nəzərdə tutulan mühərrikli nəqliyyat vasitələri (sürücü ilə birlikdə 10 nəfər və artıq sərnişin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrindən başqa), yük -sərnişin, furqonlu və ötüş-yarış avtomobilləri;
  • XİFƏN-nin 8704 qrupu — yük avtomobilləri;
  • XİFƏN-nin 8705 qrupu — xüsusi təyinatla avtomobillər, sərnişin və yük daşınması üçün nəzərdə tutulanlardan başqa;
  • XİFƏN-nin 8711 qrupu — kolyaskalı və ya kolyaskasız motosikllər (mopedlər də daxil olmaqla), mühərrikli velosipedlər və kolyaskalar;
  • fiziki şəxs olan rezidentlər (bundan sonra rezidentlər) — Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən xarici ölkələrdə müvəqqəti qalan fiziki şəxslər;
  • fiziki şəxs olan qeyri-rezidentlər (bundan sonra qeyri-rezidentlər) — Azərbaycan Respublikası hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər;

2. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən nəqliyyat vasitələrinin keçirilməsi

2.1. Fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin sərhəd gömrük məntəqələrində bəyan edilməklə aşağıdakı məqsədlərlə Azərbaycan Respublikası gömrük sərhədindən keçirilə bilər:

  • şəxsi istifadə üçün gətirilmə (aparılma);
  • daimi yaşayış məqsədilə köçüb gələrkən (köçüb gedərkən) gətirilmə (aparılma);
  • kommersiya məqsədləri üçün gətirilmə (aparılma);
  • müvəqqəti gətirilmə (aparılma);
  • tranzit qaydada keçirilmə.

2.2. Sərhəd gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitələri üzərində gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər:

  • gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanılması. Buna aşağıdakı sənədlər aiddir: alqı-satqı sənədləri, müqavilə, hesab-faktura, spesifikasiya, invoys, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitəsi sahibinin daimi yaşayış məqsədilə köçüb gəlməsini və ya köçüb getməsini təsdiq edən sənəd və s;
  • fiziki şəxslərin şifahi sorğusu;
  • gömrük yoxlaması (nəqliyyat vasitələrinin yoxlaması);
  • nəqliyyat vasitələrinin uçotu.

2.3. Sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi və gömrük rəsmiləşdirilməsi qadağandır.

2.4. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi bu Qaydaların müddəalarına uyğun olaraq sərhəd gömrük orqanlarında həyata keçirilir.

2.5. Mühərrikin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına və yarımqoşqularına qeydiyyata alınması üçün gömrük vəsiqəsi yazılır.

2.6. Gömrük vəsiqəsinin gömrük qeydləri hissəsində nəqliyyat vasitələrinin konstruksiyası və təyinatı haqqında məlumatlar qeyd olunur.

3. Fiziki şəxslər tərəfindən şəxsi və kommersiya məqsədləri üçün Azərbaycan Respublikası gömrük ərazisinə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi

3.1. Fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün gətirilən XİFƏN-nin 8703 mal qrupuna aid olan nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi sərhəd gömrük orqanlarında qüvvədə olan qanunvericiliyə uyğun olaraq gömrük ödənişləri və yığımları alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.

3.2. Fiziki şəxslər tərəfindən kommersiya məqsədləri üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən XİFƏN-nin 8703 mal qrupu və digər mal qrupuna aid olan nəqliyyat vasitələri sərhəd gömrük orqanlarında xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq ümumi qaydalarla gömrük rəsmiləşdirilməsindən keçirilir.

3.3. Gömrük ödənişləri ödənilməklə gömrük rəsmiləşdirilməsi başa çatmış nəqliyyat vasitələrinin sərhəd gömrük məntəqəsindən buraxılması, qeydiyyat jurnalında qeyd olunmaqla və nəzarət qrafasında gömrük rəsmiləşdirilməsinin tam başa çatması haqqında məlumat qeyd olunmaqla həyata keçirilir.

3.4. Əlillər üçün xüsusi olaraq hazırlanmış avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük ərazisinə daxil olmasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici sənədi olduğu təqdirdə sərhəd gömrük orqanlarında gömrük ödənişləri alınmadan sadələşdirilmiş qaydada rəsmiləşdirilir.

4. Fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük ərazisinə müvəqqəti gətirilməsi

4.1.Fiziki şəxslər tərəfindən xarici dövlətlərin daimi qeydiyyatda olan bütün növ avtonəqliyyat vasitələri sərhəd gömrük məntəqələrində bəyan olunmaqla və nəqliyyat vasitələrini idarə edən şəxsdən öhdəlik alınmaqla Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilir.

4.2. Xarici dövlətlərin daimi qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 (otuz) günədək müddətə müvəqqəti gətirilən XİFƏN-nin 8703 mal qrupuna aid edilən nəqliyyat vasitələrinin qeyri -rezidentlərin bilavasitə özləri tərəfindən gətirildikdə, sərhəd gömrük məntəqələrində öhdəlik alınaraq rəsmiləşdirilir (depozit hesaba pul vəsaiti qəbul olunmadan).

4.3. Qeyd olunan nəqliyyat vasitələrinin müvəqqəti qalma müddətinin 30 (otuz) gündən artıq müddətə uzadılmasına qeyri-rezidentin müvəqqəti olduğu yerdə fəaliyyət göstərən gömrük orqanında sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti depozit hesaba qoyulmaqla nəqliyyat vasitəsi sahibinin vizasının və digər qeydiyyat sənədlərində göstərilən müddətə (bir ilədək) həmin gömrük orqanı tərəfindən icazə verilir və qeydiyyata alınması üçün gömrük vəsiqəsi yazılır.

4.4. Xarici dövlətlərin daimi qeydiyyatından çıxarılmadan Azərbaycan Respublikasına 30 (otuz) günədək müddətə müvəqqəti gətirilən XİFƏN-nin 8703 mal qrupuna aid edilən nəqliyyat vasitələrinin bilavasitə nəqliyyat vasitələrinin sahiblərinin (qeyri-rezidentlərin) özləri tərəfindən deyil, digər şəxslər tərəfindən etibarnamə ilə gətirildikdə, habelə digər mal qrupuna aid nəqliyyat vasitələrinin müvəqqəti gətirilməsinə sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd gömrük orqanlarında depozit hesaba qoyulmaqla və öhdəlik alınmaqla müvəqqəti gətirilməsinə icazə verilir.

4.5. Azərbaycan Respubilkasının gömrük ərazisinə 30 (otuz) günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri sərhəd gömrük məntəqələri tərəfindən nəzarətdə saxlanılır.

4.6. Bu qaydaların 4.3 və 4.4 yarımbəndlərində qeyd olunan avtonəqliyyat vasitələrinin respublikada müvəqqəti qalma müddətinin uzadılması nəqliyyat vasitəsinin qeydiyyata alınması üçün gömrük vəsiqəsi tərtib olunmaqla və öhdəlik alınmaqla qeyri-rezidentin müvəqqəti olduğu yerdə fəaliyyət göstərən gömrük orqanı tərəfindən həyata keçirilir. Rəsmiləşdirmə aparmış gömrük orqanı sərhəd gömrük orqanını bu barədə rəsmi qaydada məlumatlandırır və həmin nəqliyyat vasitələri rəsmiləşdirmə aparmış gömrük orqanı tərəfindən nəzarətdə saxlanılır.

4.7. Sərhəd gömrük orqanı qeydiyyat jurnalının nəzarət qrafasında rəsmi məlumat haqqında qeydlər edildikdən sonra həmin nəqliyyat vasitəsini nəzarətdən çıxarır.

4.8. Gömrük vəsiqəsinin və fiziki şəxs tərəfindən götürülən öhdəlikdə nəqliyyat vasitəsinin müvəqqəti qeydiyyat müddəti nəqliyyat vasitəsi sahibinin Azərbaycan Respublikasında qalması haqqında verilmiş sənədin və ya vizanın müddəti qədər (1 ilədək) müəyyən edilir.

4.9. Xarici dövlətlərin daimi qeydiyyatında olan bütün növ nəqliyyat vasitələrinin rezidentlər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük ödənişlərinə ekvivalent məbləğdə pul vəsaiti sərhəd gömrük orqanlarında depozit hesaba qoyulmaqla 1 (bir) ildən artıq olmayan müddətə öhdəlik alınmaqla icazə verilir və qeydiyyata alınması üçün gömrük vəsiqəsi yazılır və qeyd olunan nəqliyyat vasitəsinin müvəqqəti qeydiyyat vaxtı artırılmır.

4.10. Xarici dövlətlərin daimi qeydiyyatda olmayan (və ya uçotdan çıxarılmış) nəqliyyat vasitələrinin rezident və qeyri rezident fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.

4.11. Sərhədyanı rayonlarda daimi yaşayan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən müntəzəm olaraq müvəqqəti keçirilən şəxsi nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi qüvvədə olan "dövrü gömrük bəyannaməsinin verilməsi, tətbiqi və sənədləşdirilməsi Qaydalarına" uyğun həyata keçirilir.

4.12. Müəyyən edilmiş müvəqqəti qeydiyyat vaxtı bitən günə qədər şəxsi nəqliyyat vasitəsi Azərbaycan Respublikasından geri aparılmalı və ya onun sahibinin istəyi əsasında müvəqqəti olduğu yerdə fəaliyyət göstərən gömrük orqanında gömrük ödənişlərini ödəməklə tam gömrük rəsmiləşdirilməsindən keçirilə bilər və bu barədə nəqliyyat vasitəsinin müvəqqəti qeydiyyatda olduğu gömrük orqanı rəsmi qaydada rəsmiləşdirmə aparmış gömrük orqanı tərəfindən məlumatlandırılmalıdır.

4.13. Azərbaycan Respublikası ərazisinə müvəqqəti gətirilmiş şəxsi nəqliyyat vasitəsi sahibi əvvəlcədən qeydiyyatda olduğu gömrük orqanlarına yazılı müraciət edərək hansı sərhəd gömrük buraxılış məntəqəsindən çıxması barədə məlumat verməlidirlər. Depozit hesaba götürülmüş pul vəsaiti nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisindən çıxarıldıqda sərhəd buraxılış məntəqəsində qaytarılır.

4.14. Nəqliyyat vasitəsi respublika ərazisindən çıxarılanadək qeydiyyatda olduğu gömrük orqanı tərəfindən nəzarətdə saxlanılır və respublika ərazisindən çıxarıldıqdan sonra sərhəd gömrük orqanı bu barədə müvafiq gömrük orqanını rəsmi məlumatlandırır.

4.15. Müvəqqəti gətirilmiş şəxsi nəqliyyat vasitəsinin geri aparılması üçün verilmiş öhdəlik şərtləri pozulduqda, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.

5. Daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gələn fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi

5.1. Daimi yaşayış məqsədilə köçüb gələn fiziki şəxslər tərəfindən yalnız 8703 mal qrupuna aid edilən ailə üçün bir nəqliyyat vasitəsi güzəştli qaydada gətirilə bilər və rəsmiləşdirilməsi üçün aşağıdakı şərtlərə əməl olunmalıdır;

  • nəqliyyat vasitəsi sahibi yaşayış yerinə köçüb gələnədək nəqliyyat vasitəsinin həmin şəxsin mülkiyyətində olmasını təsdiq edən sənəd olmalıdır;
  • nəqliyyat vasitəsinin sahibində yaşadığı xarici dövlətin milli pasportu olmalı və pasport qeydiyyatından çıxarılmalıdır, rezident fiziki şəxslərin iki təqvim ilindən yuxarı xarici ölkələrdə yaşamasını şəxsiyyəti təsdiq edən sənəddə müvafiq qeydlər olmalıdır;
  • daimi yaşayış məqsədilə köçüb gəlməsini təsdiq edən sənəd olmalıdır;
  • nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılmalıdır.

5.2. İki təqvim ilindən yuxarı xarici ölkələrdə yaşamış fiziki şəxslər Azərbaycan Respublikasına daimi yaşayış məqsədilə köçüb gələrkən istehsal buraxılış tarixindən, yürüş kilometrindən, gömrük dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq ailə üçün bir 8703 mal qrupuna aid olan nəqliyyat vasitəsini Azəraycan Respublikasının gömrük ərazisinə qanunvericiliklə müəyyən edilmiş qaydalarda gömrük rüsumunu ödəmədən gətirə bilərlər.

5.3. Qeyd olunan nəqliyyat vasitələri sərhəd gömrük məntəqəsində bəyan olunduqdan sonra qeydiyyat jurnalında müvafiq qeydlər aparılır və nəqliyyat vasitəsi sahibindən avtomaşının və onun sənədlərinin təyinat gömrük orqanına çatdırılması barədə iltizam alınaraq təyinat gömrük orqanı rəsmi qaydada məlumatlandırılır və nəzarətdə saxlanılır.

5.4. Nəqliyyat vasitəsi və ona dair sənədlər təyinat gömrük orqanına çatdırıldıqdan sonra təyinat gömrük orqanı tərəfindən sərhəd gömrük orqanı rəsmi qaydada məlumatlandırılır və sərhəd gömrük məntəqəsinin qeydiyyat jurnalının nəzarət qrafasında qeydlər aparılmaqla həmin nəqliyyat vasitəsi sərhəd gömrük orqanında nəzarətdən çıxarılır.

5.5. Daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına köçüb gələn fiziki şəxslər tərəfindən gətirilən nəqliyyat vasitələri təyinat gömrük orqanları tərəfindən müəyyən edilmiş dayanacaqlarda saxlanılır və nəqliyyat vasitəsi sahibi Azərbaycan Respublikasında daimi pasport qeydiyyatına alındıqdan sonra həmin nəqliyyat vasitəsi təyinat gömrük orqanında rəsmiləşdirilir.

5.6. Azərbaycan Respublikası gömrük ərazisinə müvəqqəti gətirilərək gömrük orqanlarında rəsmiləşdirilmiş nəqliyyat vasitələri, bu müvəqqəti qeydiyyat müddəti ərzində nəqliyyat vasitəsi sahibləri sonradan Azərbaycan Respublikasına daimi yaşayış məqsədilə köçüb gələrsə nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük rüsumunu ödəmədən rəsmiləşdirilə bilər. Rəsmiləşdirilmə zamanı depozitə qoyulmuş gömrük ödənişlərinin artıq qalan məbləği onu qəbul etmiş gömrük orqanı tərəfindən nəqliyyat vasitəsinin sahibinə qaytarılır.

5.7. Təyinat gömrük orqanlarında aşağıda qeyd olunan sənədlər saxlanılmalıdır:

  • nəqliyyat vasitəsi sahibinin pasportunun surəti;
  • nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti;
  • daimi yaşayış yerinə köçüb gəlməsini təsdiq edən sənədin surəti;
  • sərhəd buraxılış məntəqəsinin təsdiq etdiyi bəyannamə və iltizam;
  • Azərbaycan Respublikasında pasport qeydiyyatına alınmasını təsdiq edən sənədin surəti və s.

6. Azərbaycan Respublikasının gömrük ərazisindən nəqliyyat vasitələrinin aparılması

6.1. Fiziki şəxslər tərəfindən bir şəxsi nəqliyyat vasitəsinin müvəqqəti aparılmasına sərhəd buraxılış məntəqələrində gömrük orqanlarında bəyan edilməklə və aşağıdakı şərtlərə əməl edilməklə 2 (iki) il müddətinə qədər icazə verilə bilər:

  • nəqliyyat vasitəsi respublikada daimi qeydiyyatda olmaqla, habelə dövlət nömrə nişanı və qeydiyyat şəhadətnaməsi milli formada olmalıdır;
  • nəqliyyat vasitəsinin geri qaytarılması haqqında öhdəlik alınmaqla.

6.2. Öhdəlik sərhəd gömrük məntəqəsində nəqliyyat vasitələrinin qeydiyyat jurnalında nəzarətdə saxlanılmaq üçün qeyd olunur.

6.3. Azərbaycan Respublikası gömrük ərazisinə müvəqqəti gətirilərək və DYP orqanlarında qeydiyyata alınmış nəqliyyat vasitəsi, müvəqqəti qalma müddəti ərzində gömrük orqanı qarşısında öhdəlik götürmüş fiziki şəxs tərəfindən həmin nəqliyyat vasitəsi gömrük ərazisindən aparıldıqda və ya bu əraziyə gətirildikdə onların gömrük rəsmiləşdirilməsi öhdəlik alınmadan, nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılmadan və alınmış depozit məbləği qaytarılmadan sərhəd gömrük orqanlarının jurnalında qeydiyyatı aparılmaqla həyata keçirilə bilər.

6.4. Azərbaycan Respublikası gömrük ərazisindən müvəqqəti aparılmış nəqliyyat vasitələri müəyyən edilmiş müddət ərzində geri qaytarılmalı və ya onun sahibinin istəyi əsasında Azərbaycan Respublikası gömrük orqanlarında ixrac gömrük rejimində rəsmiləşdirilməlidir. Rəsmiləşdirilmə aparmış gömrük orqanı bu barədə nəqliyyat vasitəsinin respublikadan müvəqqəti çıxarılmasını rəsmiləşdirmiş sərhəd gömrük orqanını rəsmi məlumatlandırmalıdır.

6.5. Daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslər ailə üçün bir nəqliyyat vasitəsini sərhəd gömrük məntəqəsində bəyan və aşağıdakı şərtlərə əməl etməklə sadələşdirilmiş qaydada rəsmiləşdirə bilər:

  • rezidentlər Azərbaycan Respublikasından daimi yaşayış məqsədi ilə köçüb getməsini təsdiq edən sənəd təqdim etməli;
  • fiziki şəxs pasport qeydiyyatından çıxanadək nəqliyyat vasitəsi onun adında olmalı;
  • nəqliyyat vasitəsi DİN-yi DYP orqanlarında daimi qeydiyyatdan çıxarılmalıdır.

6.6. Fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin kommersiya məqsədləri üçün aparılması qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

7. Azərbaycan Respublikası gömrük ərazisindən nəqliyyat vasitələrinin tranzit qaydada keçirilməsi

7.1. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası gömrük ərazisindən tranzit qaydada keçirilən nəqliyyat vasitələri, respublika ərazisinə gələrkən sərhəd giriş gömrük məntəqəsində bəyan edilməklə rəsmiləşdirilir və çıxış gömrük orqanı bu barədə rəsmi qaydada məlumatlandırılır.

7.2. Sərhəd giriş gömrük məntəqəsi həmin nəqliyyat vasitəsi qeydiyyat jurnalında müvafiq qeydlər etməklə nəzarətdə saxlayır. Həmin nəqliyyat vasitəsinin çıxış sərhəd gömrük məntəqəsinə çatdırılma müddəti 48 (qırx səkkiz) saatdan artıq olmamalıdır.

7.3. Sərhəd çıxış gömrük məntəqələrində tranzit qaydada keçirilən nəqliyyat vasitələri rəsmiləşdirildikdən sonra giriş sərhəd gömrük orqanına rəsmi qaydada məlumat verilir və həmin nəqliyyat vasitəsi giriş sərhəd gömrük məntəqəsinin qeydiyyat jurnalının nəzarət qrafasında müvafiq qeydlər aparılmaqla nəzarətdən çıxarılır.

7.4. Giriş və çıxış gömrük məntəqələrində qeydiyyat jurnalına daxil edilən bütün nəqliyyat vasitələri haqqında məlumat sərhəd bazasında daxil edilməlidir.

7.5. Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit qaydada keçirilən nəqliyyat vasitələri qeyd edilən müddət ərzində çıxış sərhəd gömrük məntəqəsinə çatdırılmadıqda (giriş sərhəd gömrük orqanına nəzarətdən çıxarılmaq üçün rəsmi məlumat daxil olmadıqda) sərhəd giriş gömrük orqanının struktur bölmələri tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb