Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Azərbaycan Respublikası ərazisində səlahiyyətli orqanlar tərəfindən tutulmuş qaçaq malla əlaqədar məsələlərin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 oktyabr tarixli 278 nömrəli Fərmanına dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. «Azərbaycan Respublikası ərazisində səlahiyyətli orqanlar tərəfindən tutulmuş qaçaq malla əlaqədar məsələlərin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 oktyabr tarixli 278 nömrəli Fərmanının 3-cü bəndinin I hissəsi aşağıdakı redaksiyada verilsin:

«Tutulmuş qaçaq malı keçirməyə cəhd göstərənin şəxsiyyəti müəyyən olunduqda, həmin malın satışından əldə edilan pul vəsaiti minimum əmək haqqının beş yüz mislinədək məbləğdə olarsa — tam həcmdə, beş yüz mislindən bir min mislinədək məbləğdə olarsa — onun 80 faizi, bir min mislindyan beş min mislinədək məbləğdə olarsa — 60 faizi, beş min mislindən on min mislinədək məbləğdə olarsa — 40 faizi, on min mislindən yuxarı olarsa — 20 faizi qaçaq malı tutan orqanın hesabına, qalan hissəsi isə dövlət büdcəsinə keçirilsin.

Qaçaqmalı keçirməyə cəhd göstərənin şəxsiyyəti müəyyən olunmadıqda isə tutulmuş qaçaq malın satışından əldə olunan pul vəsaitinin 15 faizi malı tutan orqanın hesabına 15 faizi yerli büdcəyə, qalan hissəsi dövlət büdcəsinə keçirilsin».

2. Fərmana aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:

«Gömrük qaydalarının pozulması yolu ilə, o cümlədən qaçaq mal kimi keçirilən milli və xarici valyutanın 30 faizi həmin valyutanı tutan orqanın hesabına, qalan hissəsi isə dövlət büdcəsinə keçirilsin».

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY

Bakı şəhəri, 11 mart 1993-cü il

¹ 485


 

Azərbaycan Respublikasının milli siyasət üzrə Dövlət müşaviri xidmətinin strukturu

Dövlət müşaviri — 1

Köməkçi — 1

Böyük inspektor — 1

Milli siyasət şöbəsi

Şöbə müdiri — 1

Böyük məsləhətçi — 1

Məsləhətçi — 3

Mütəxəssis — 1

Makinaçı — 1

Milli azlıq, azsaylı xalq və etnik qruplarla iş bölməsi

Bölmə müdiri — 1

Məsləhətçi — 3

Cəmi: 14 nəfər


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb