Yoxlama və metroloji attestasiya
məqsədilə daşınan normativ sənədlərin, etalonların, ölçmə vasitələrinin
və standart nümunələrin gömrük rüsumlarından, vergilərdən və xüsusi
icazələr verilməsindən azad edilməsi haqqında Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
1. Yoxlama və metroloji attestasiya
məqsədilə daşınan normativ sənədlərin, etalonların, ölçmə vasitələrinin
və standart nümunələrin gömrük rüsumlarından, vergilərdən və xüsusi
icazələr verilməsindən azad edilməsi haqqında 1995-ci il fevralın
10-da Almatı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 8 oktyabr 1996-cı il.
¹ 171-IQ.
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda
dərc edilmişdir (30 sentyabr 1997-ci il, ¹ 3, maddə 216).
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 oktyabr
1996-cı il, ¹ 201)
© AzerSoft