-Gömrük rəsmiləşdirilməsinə görə
nə qədər yığım tutulur?
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan
yığımların miqdarı haqqında" 2001-ci il 12 aprel tarixli 80 nömrəli
qərarı ilə "Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının
miqdarı" təsdiq edilmiş və mal qismində Azərbaycan Respublikasının
gömrük sərhəddindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla
malların gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin, xarici
valyuta sərvətlərinin isə nominal dəyərinin 0,15 faizi (iş vaxtından
kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə
görə gömrük yığımları ikiqat miqdarda alınır) miqdarında alınır.