Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

İxracat vergisi haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Vergi ödəyiciləri

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi şəxsləri strateji məhsulları Azərbaycan Respublikasının hüdudlarından kənara sərbəst dönərli valyuta ilə satarkən ixracat vergisini ödəyirlər.

Maddə 2. Vergitutma obyekti

Azərbaycan Respublikasında istehsal edilmiş strateji məhsulun kontrakt qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) respublikadaxili müəssisə topdansatış qiymətinin arasındakı fərq vergitutma obyektidir.

Maddə 3. Vergi üzrə güzəştlər

Azərbaycan Respublikasında xarici xammaldan emal və istehsal edilmiş məhsulu ixrac edən, həmçinin xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər özlərinin istehsal etdikləri strateji məhsullar üzrə ixracat vergisini ödəməkdən azaddırlar.

Maddə 4. Vergi tutulan strateji məhsulların siyahısı və vergi dərəcələri

Strateji malların siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

İxracat vergisinin dərəcəsi 70 faizdir.

Maddə 5. Verginin hesablanması və ödənilməsi qaydası

Strateji mallara görə vergi, satışdan əldə olunan vəsait ixracatçıların hesabına daxil olduqdan sonra 10 gün ərzində ödənilir.

İxracatçılar strateji məhsulları Azərbaycan Respublikasının hüdudlarından kənara satarkən həmin məhsullar üzrə əlavə dəyər vergisini, aksiz vergisini, gömrük rüsumunu, Dövlət yol fonduna ayırmaları ödəmirlər. Verginin hesablanması qaydası bu qanuna dair təlimatda müəyyənləşdirilir.

Maddə 6. Ödəyicilərin məsuliyyəti və onlara nəzarət

Verginin düzgün hesablanmasına və vaxtında büdcəyə ödənilməsinə görə ödəyicilər və onların vəzifəli şəxsləri məsuliyyət daşıyırlar.

İxracat vergisinin düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vergi orqanları həyata keçirir.

Maddə 7. Qanunun tətbiqinə dair təlimat

Bu qanunun tətbiqinə dair təlimatı Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla hazırlayır.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 28 mart 1995-ci il.

¹ 1002.

«Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (30 aprel 1995-ci il, ¹ 8, maddə 163) («AzerSoft»).

24 dekabr 1996-cı il tarixli 216-IQD saylı Qanuna əsasən əlavələr və dəyişikliklərlə («AzerSoft»).

13 iyun 1997-ci il tarixli 322-IQD saylı Qanunla qüvvədən düşmüşdür («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb