Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Gömrük Komitəsinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının suverenliyinin iqtisadi əsasını möhkəmləndirmək, onun təhlükəsizliyini təmin etmək, iqtisadi və siyasi mənafelərini qorumaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Gömrük Komitəsi yaradılsın və Azərbaycan Respublikası gömrük idarəsinin ixtiyarında olan əsas fondlar və başqa əmlak ona verilsin.

2. Azərbaycan Respublikası Gömrük Komitəsinin öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinə tabe olduğu müəyyən edilsin.

3. Maqsud Əlövsət oğlu Məmmədov Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri təyin edilsin.

4. Azərbaycan Respublikasının Gömrük Komitəsi bir ay ərzində gömrük xidməti haqqında Əsasnamənin və Gömrük Məcəlləsinin layihələrini təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Gömrük Komitəsinin maliyyə təminatı və təsərrüfat fəaliyyəti məsələlərini həll etsin.

6. Bu Fərman elan edildiyi gündən qüvvəyə minsin.

Azərbaycan Respublikasının Prezidenti

A.MÜTƏLLİBOV

Bakı şəhəri, 30 yanvar 1992-ci il

№ 561

«Azərbaycan Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir (15 fevral 1992-ci il, № 3(856), maddə 72) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb