Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında qaçaqmalçılıq, gömrük qaydalarının pozulması və beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında qaçaqmalçılıq, gömrük qaydalarının pozulması və beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Abbas Aydın oğlu Abbasova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Abbas Aydın oğlu Abbasova verilməsi barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 4 iyul 2003-cü il

¹ 1295

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 iyul 2003-cü il, ¹ 7, maddə 378) («AzerSoft»).

«Azərbaycan» qəzetində dərc edilmişdir (5 iyul 2003-cü il, ¹ 151) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb