Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi Sədrinin
24 mart 2003-cü il tarixli,
34 saylı əmri ilə
təsdiq edilmişdir
«Fiziki şəxslər tərəfindən istehsal
və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan
Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada
keçirilməsinə dair Təlimat»a əlavələr və dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 31.05.2001-ci il tarixli, 105 saylı qərarı ilə təsdiq
edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi Qaydaları»na Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 7 noyabr 2002-ci il tarixli, 176 saylı qərarı ilə
əlavələr edilməsi ilə əlaqədar olaraq həmin Qaydalar əsasında
hazırlanmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 30.08.2001-ci
il tarixdə 2712-ci nömrə ilə qeydiyyata alınmış «Fiziki şəxslər
tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş
və güzəştli qaydada keçirilməsinə dair Təlimat»a aşağıdakı redaksiyada
əlavələr və dəyişikliklər edilsin:
2.1.4-cü bəndi çıxarılsın və 2.1.5-ci
və 2.1.6-cı bəndləri müvafiq olaraq 2.1.4-cü və 2.1.5-ci bəndlər
hesab edilsin;
2) 2.13-cü bəndinin birinci və
üçüncü abzası aşağıdakı yeni redaksiyada verilsin:
«2.13. Fiziki şəxslər xarici
valyuta sərvətlərini və milli valyutanı (manatı) Azərbaycan Respublikasının
gömrük buraxılış məntəqələrindən «Valyuta tənzimi haqqında» Azərbaycan
Respublikasının qanununa və Azərbaycan Respublikasının Milli Bankının
Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmaqla müəyyən etdiyi «Fiziki
şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına
gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları»na
uyğun olaraq keçirilə bilər».
Təlimatın 5 nömrəli əlavəsi «Fiziki
şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına
gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları»
ilə təsdiq olunmuş «GA-5» nömrəli formaya uyğun olaraq doldurulur.
3) 2.14.1-ci bəndindən (qeyri-rezidentlər)
və «habelə xarici dövlətlərdə akkreditə olunmuş diplomatik
nümayəndəliklərdə, konsulluq və başqa rəsmi dövlət, hökumətlərarası
beynəlxalq təşkilatlarda 1 (bir) ildən az olmamaq şərti ilə işləmiş
Azərbaycan Respublikasının vətəndaşları xidmət müddəti başa çatdıqdan
sonra Azərbaycan Respublikasına qayıtdıqda» sözləri çıxarılsın
və həmin bənddə «ödənişlərini» sözü «rüsumu» sözü
ilə əvəz edilsin:
4) aşağıdakı məzmunda 2.24-cü
bəndi əlavə edilsin:
«2.24. Diplomatik xidmət əməkdaşlarının,
diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata
keçirən şəxslərin xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin
və əmlakın (təqdim edilmiş sənədlər əsasında) Azərbaycan Respublikasına
gətirilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
təsdiqedici arayışı və diplomatik vəsiqənin surəti təqdim olunmaqla
gömrük rüsumu tutulmadan rəsmiləşdirilir».
© AzerSoft