«Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət
haqqında» Əsasnaməyə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 12; 2001-ci il, ¹ 12, maddə
731, 736, 2004-cü il, ¹ 2, maddə 57; Azərbaycan Respublikasının 2005-ci il, 4 mart tarixli, ¹ 851-IIQD nömrəli Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1. 41-ci maddə aşağıdakı redaksiyada verilsin:
«Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşları Azərbaycan Respublikasının daxili işlər orqanları
əməkdaşlarının xüsusi rütbələrə görə müvafiq maaşlarına bərabər müəyyən edilir.».
2. 99-cu maddə aşağıdakı redaksiyada verilsin:
«Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə əlavələr Azərbaycan Respublikasının
daxili işlər orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə görə verilən haqqın məbləğlərinə və hesablanması qaydasına uyğun
olaraq ödənilir.».
II. Bu qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 28 iyun 2005-ci il
¹ 969-IIQD
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.