Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi
barədə
Qərar ¹ 97
Bakı şəhəri, 6 aprel 2006-cı il
Daxili işlər orqanlarının maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin,
Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarının 4.7-ci yarımbəndində «materiallar» sözündən sonra «, polisə telefon
zənglərinin qəbulu üzrə xüsusi «102» xidmətinə — Zəng Mərkəzi Sisteminə (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar
və materiallar» sözləri əlavə edilsin.
2. «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli, 11 nömrəli qərarının 1.7-ci yarımbəndində «materiallar» sözündən sonra
«, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi «102» xidmətinə — Zəng Mərkəzi Sisteminə (ZMS) daxil olan avadanlıqlar,
məmulatlar, ləvazimatlar və materiallar» sözləri əlavə edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.