Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Bölmə XI. Toxuculuq materialları və toxuculuq məmulatları

Qeydlər:

1. Bu qrupa aşağıdakılar daxil edilmir:

a) şotka hazırlamaq üçün heyvan tükləri və cod tüklər ( 0502 mal mövqeyi); at tükü və onun tullantıları (0503 mal mövqeyi);

b) insan saçı və ondan məmulatlar (0501, 6703 və ya 6704 mal mövqeyi), əsasən yağ süzülməsi və analoji məqsədlərlə istifadə olunan süzgəc parçalardan başqa (5911 mal mövqeyi);

v) pambıq tiftiyi və 14-cü qrupun digər bitki mənşəli məmulatları;

q) 2524 mal mövqeyindəki asbest və ya ondan və ya 6812 və ya 6813 mal mövqeyinin digər materiallarından hazırlanan məmulatlar;

d) 3005 və 3006 mal mövqelərindəki məmulatlar (məsələn, pambıq, tənzif, sarğı materialları və tibbi, cərrahi, stomatoloji, baytarlıq məqsədləri ilə istifadə olunan analoji məmulatlar, steril cərrahi tikiş materialları); 3306 mal mövqeyinin pərakəndə satış üçün individual qutulara qablaşdırılmış diş məsamələrinin təmizlənməsi üçün saplar (diş ipəyi);

e) 3701-3704 mal mövqelərindəki həssas (işığa, şüaya) toxuculuq materialları;

j) en kəsiyi 1 mm-dən çox olan monosaplar və ya yastı saplar və ya plastik kütlədən hazırlanmış eni 5 mm-dən çox olan analoji formalı (məsələn, süni saman) saplar (qrup 39), monosaplardan və ya yastı saplardan hazırlanmış hörmə məmulatlar və ya parçalar, və ya digər həsir və ya hörmə məmulatlar (qrup 46);

z) parçalar, maşın və əllə toxunmuş trikotaj parçalar, keçə və ya fetr və ya plastik kütlə hopdurulmuş, üzəri plastklə örtülmüş və ya təkrarlanan, hörülməmiş materiallar və ya onlardan hazırlanan, 39-cu qrupun materialları;

i) parçalar, maşın və əllə toxunmuş trikotaj parçalar, keçə və ya fetr və ya rezinlə hopdurulmuş, rezinlə örtülmüş və ya təkrarlanan, hörülməmiş materiallar və ya onlardan hazırlanan, 40-cı qrupun materialları;

k) tuk və yun örtüklu gönlər ( qrup 41 və ya 43) və ya təbii xəzdən məmulatlar, 4303 və ya 4304 mal mövqeyindəki süni xəz və ya ondan hazırlanan məmulatlar;

l) 4201 və ya 4202 mal mövqeyindəki toxuculuq materiallarından hazırlanmış məmulatlar;

m) 48-ci qrupun malları və ya məmulatları (məsələn, sellüloz pambıq);

n) ayaqqabı və ya onun hissələri, ketr və qamaşlar və ya 64-cü qrupun analoji məmulatları;

o) saç üçün torlar və ya 65-ci qrupun baş geyimləri və ya onların hissələri;

p) 67-ci qrupun malları;

r) obraziv örtüklu toxuculuq materialları (6805 mal mövqeyi), eləcə də 6815 mal mövqeyinin karbon lifləri və onlardan hazırlanan məmulatlar;

s) şüşə liflər və ya ondan hazırlanan məmulatlar, görünən fon üzərində şüşə sapla tikmələrdən başqa (qrup 70);

t) 94-cü qrupun məmulatları (məsələn, mebel, yataq ləvazimatı, lampalar və ya işıqlandırıcı avadanlıq);

u) 95-ci qrupun məmulatları (məsələn, oyuncaqlar, oyunlar, idman inventarı və torlar);

f) 96-cı qrupun məmulatları (məsələn, fırçalar, yol üçün tikiş dəstləri, sancaqlar «zəncirbəndlər», yazı makinaları üçün lentlər);

x) 97-ci qrupun məmulatları.

2A. 50-55-ci qruplara və ya 5809 yaxud 5902 mal mövqelərinə daxil edilən və ya iki və daha artıq toxuculuq materiallarının qarışığından ibarət olan mallar, həmin malın tərkibində olan materiallardan çəkisinə görə ən çox olanına əsasən təsnif olunmalıdır.

Əgər materiallardan heç biri çəkisinə görə üstünlük təşkil etmirsə, həmin mal elə toxuculuq materialına görə təsnif olunmalıdır ki, həmin material nəzərdən keçirilən mal mövqelərindən ən böyük sıra nömrəsi olan mal mövqeyinə daxil edilsin.

2B. Yuxarıda göstərilən qaydaları nəzərə alaraq:

a) at tükündən bafta sap ( 5110 mal mövqeyi) və metallaşdırılmış sap (5605 mal mövqeyi) kütləsi komponentlərinin kütlələri cəmi kimi qəbul olunan vahid toxuculuq materialı kimi təsnif edilməlidir; bu cür paçaları təsnif edərkən metallik sap toxuculuq materialı kimi qəbul edilməlidir;

b) müvafiq mal mövqeyi seçilərkən əvvəlcə qrup, sonra isə bu qrup daxilində uyğun gələn mal mövqeyi müəyyən olunur. Bu zaman verilən qrupa daxil edilməyən materiallar nəzərə alınmır;

v) hər iki qrup, 54 və 55, hər hansı bir digər qrupla əlaqədar olduğu halda onlar vahid qrup kimi nəzərdə tutlmalıdırlar;

q) əgər qrupa və ya mal mövqeyinə müxtəlif toxuculuq materiallarnıdan olan məhsullar daxil olunursa, bu cür materiallar vahid toxuculuq materialı kimi qəbul olunmalıdır.

2V. Yuxarıda, 2A və 2B qeydlərində göstərilən şərtlər, aşağıda, 3 (A,B), 4(A, B), 5 və 6 qeydlərində göstərilən ipliklərin təsnifatı zamanı da tətbiq olunur.

3A. Bu qrup daxilində aşağıda, 3B qeydində göstərilmiş istisnaları nəzərə almaq şərti ilə, aşağıda təsvir olunmuş saplar (tək, çoxburumlu (burulmuş) və ya təkburumlu) «ip, kəndir, kanat və tros» kimi nəzərdən keçirilməlirdir:

a) ipək sap və ipək tullantılarından, xətti sıxlığı 20 000 dteks olan;

b) xətti sıxlığı 10 000 dteks olan kimyəvi saplardan (54-cü qrupun iki və ya daha artıq monosaplarından ibarət olan saplar daxil olmaqla);

v) kəndir lifindən və kətan liflərindən:

i) xətti sıxlığı 1429 dteks və ya daha artıq olan, hamar; və ya

ii) xətti sıxlığı 20 000 dteks və ya daha artıq olan, nahamar;

q) üç və ya daha çox qatlı kokos qozu lifindən;

d) xətti sıxlığı 20 000 dteks-dən çox olan digər bitki mənşəli liflərdən; və ya

e) metal sapla armaturlaşdırılmış.

3B. İstisnalar:

a) yundan və digər heyvan mənşəli liflərdər ipliklər və kağız iplik, metal sapla armaturlaşdırılmış iplikdən başqa;

b) 55-ci qrupdakı kimyəvi saplardan jqut və 54-cü qrupun burulmamış və ya 5 kr/m-dən az burulmuş kompleks sap;

v) 5006 mal mövqeyində barama qurdunun fibroinindən alınan liflər və 54-cü qrupun monosapları;

q) 5605 mal mövqeyinin metallaşdırılmış sapları; metallik sapla armaturlaşdırılmış iplik, yuxarıda göstərilən 3A (e) qeydinə müvafiq olaraq təsnif olunur; və

d) 5606 mal mövqeyində sinel iplik, bafta sap və fasonlu düyünlü iplik.

4A. 50, 51, 52, 54 və 55 qruplarında «pərakəndə satış üçün qablaşdırılmış» termini, aşağıda 4B bəndində göstərilən şərtlər nəzərə alınmaqla, aşağıdakı iplikləri bildirir (təkqat, çoxeşməli (burulmuş) və ya təkeşməli):

a) karton plastinalarda, makarada, patronlarda və ya analoji altlıqlarda, kütləsi aşağıdakından artıq olmayan (altlığın kütləsi daxil olmaqla) :

i) 85 q- ipək saplar, ipək tullantıları və kimyəvi saplar üçün; və ya

ii) 125 q-digər ipliklər üçün;

b) yumaqlarda, kələslərdə və ya kələflərdə, kütləsi aşağıdakılardan artıq olmayan:

i) 85 q- xətti sıxlığı 3000 dtes-dən az olan kimyəvi saplar, ipək saplar və ya ipək tullantıları üçün;

ii) 125 q- xətti sıxlığı 2000 dteksdən az olan digər ipliklər üçün; və ya

iii) 500 q- digər ipliklər üçün;

v) bir-birindən onları müstəqil edən saplarla ayrılmış bir neçə xırda kələslərdən və ya kələflərdən ibarət olan kələslərdə və ya kələflərdə, bu zaman hər bir xırda kələfin çəkisi aşağıdakından artıq olmamalıdır:

i) 85q- ipək saplar, ipək tullantılar və kimyəvi saplar üçün; və ya

ii) 125 q- digər ipliklər üçün.

4B. İstisnalar:

a) istənilən toxuculuq materialından təkqat iplik, aşağıdakılardan başqa:

i) yundan və nazik heyvan tükündən təkqat, ağardılmamış iplik; və

ii) yundan və nazik heyvan tükündən təkqat, ağardılmış, boyanmış və ya çap olunmuş iplik, xətti sıxlığı 5000 dteksdən çox olan;

b) çoxeşməli (burulmuş) və ya təkeşməli iplik, ağardılmamış:

i) ipək saplardan və ya ipək tullantılarından, qablaşdırılmış; və ya

ii) digər toxuculuq materialından, yun və nazik heyvan tükündən ipliklərdən başqa, kələslərdə və ya kələflərdə;

v) ipək saplardan və ya ipək tullantılarından çoxeşməli (burulmuş) və ya təkeşməli iplik, ağardılmış, boyanmış və çap olunmuş, xətti sıxlığı 133 dteks və daha az olan; və

q) istənilən toxuculuq materialından təkqat, çoxeşməli (burulmuş) və ya təkeşməli ipliklər:

i) kələslərdə və ya kələflərdə, xaçvari sarınmış; və ya

ii) altlığa və ya onun toxuculuq sənayesində istifadəsinə işarə edən (məsələn, iylərdə, dolama patronlarda və ya makaralarda, konusvari bobinlərdə və ya millər üzərində və ya barama şəklində tikmə maşınları üçün) digər üsullarla sarınmış.

5. 5204, 5401 və 5508 mal mövqelərində «tikiş sapları» termini aşağıdakı çoxeşməli (burulmuş) və ya təkeşməli iplikləri bildirir:

a) altlıq üzərində qablaşdırılmış (məsələn, mil, patron üzərində), çəkisi (altlığın çəkisi ilə birlikdə) 1000 q-dan çox olmayan;

b) tikiş sapı kimi istifadə etmək üçün appretiv yolu ilə işlənmiş; və

v) axırıncı sağ eşmə ilə.

6. Bu bölmədə «yüksək davamlı iplik» termini, sN/teks (santinyuton/teks) ilə ölçülən nisbi qırılma yükü aşağıdakından artıq olan iplikləri bildirir:

  • neylon və digər poliamidlərdən təkqat iplik —60s N/teks;
  • neylon və digər poliefirlərdən çoxeşməli (burulma) və ya təkeşməli saplar- 53 sN/teks;
  • viskoz lifdən təkqat, çoxeşməli (burulmuş) və ya təkeşməli iplik — 27s N/teks.

7. Bu bölmədə «hazır» termini aşağıdakıları bildirir:

a) kəsilmiş, lakin, düzbucaqlı və ya kvadrat formasında olmayan;

b) tamamlanmış şəkilədə təqdim olunmuş, istifadə üçün yararlı (və ya, yalnız onları birləşdirən ipləri kəsmək lazım gəldikdə) və calanmaya və ya digər emala ehtiyacı olmayan (məsələn, salfetlər, məhrəbalar, süfrələr, şarflar, ədyallar);

v) kənarları kəsilmiş və ya qatlanmış və ya düyünlü saçaq qoyulmuş, yalnız kəsilmiş kənarları kökləmə və ya digər üsullarla sökülmədən qorunan toxunmuş məmulatlar;

q) verilmiş ölçü üzrə kəsilmiş və kənarları iplərin çəkilməsi yolu ilə emal olunmuş;

d) tikilmiş, yapışdırılmış və ya digər üsullarla birləşdirilmiş (eyni materialdan olan, iki və ya daha çox, kənarları bir-birinə tikilmiş tək-tək məmulatlardan və laylarla bir-birinə bitişdirilmiş iki və ya daha artıq toxuculuq materialından ibarət (yumşaq qatla və ya onsuz) məmulatlardan başqa);

e) forma üzrə maşın və ya əl üsulu ilə toxunmuş, ayrı- ayrı və bir neçə birləşmiş məmulat şəklində təqdim olunmuş.

8. 50-60-cı qruplara:

a) 50-55, 60-cı qruplara və əgər mətndə başqa şərt qoyulmayıbsa, 56-59-cu qruplara, yuxarıda. 7-ci qeyddə göstərilmiş təsvirlərə uyğun gələn hazır məmulatlar daxil olunmur;

b) 50-55 və 60-cı qruplara, 56-59-cu qrupların malları daxil deyil.

9.50-55-ci qrupun parçalarına, bir-biri üzərində iti və düz bucaq altında paralel yerləşmiş toxuculuq saplarından ibarət parçalar aiddir. Bu laylar sapların kəsişdiyi nöqtələrdə yapışqan və ya istilik vasitəsi ilə birləşir.

10. Toxuculuq materialları və rezin saplardan ibarət olan elastik məmulatlar bu bölməyə daxil olunur.

11. Bu bölmədə «hopdurulmuş» termini həmçinin islatma üsulu ilə emalı da nəzərdə tutur.

12. Bu qrupda «poliamidlər» termini həm də «aramidlərə» şamil edilir.

13. Əgər mətndə başqa şərt qoyulmayıbsa, müxtəlif mal mövqelərinə daxil olan toxuculuq materiallarından hazırlanan geyim ləvazimatları müvafiq mal mövqelərinə daxil olunmalıdırlar, onlar pərakəndə satış üçün dəstlərdə təqdim olunsa belə. Bu qeyddə «toxuculuq materiallarından geyim ləvazimatı» termini 6101-6114 və 6201-6211 təsnif olunmuş geyim ləvazimatını bildirir.

Yarımmövqelə dair qeydlər:

1. Bu bölmədə , və bütün Nomenklaturada, uyğun olarsa, aşağıdakəları terminlər bu mənaları bildirir:

a. Elastomer sap:

kompleks sap, monosap daxil olmaqla, teksturlaşmış sapdan fərqli sintetik toxuculuq materialından, öz ilkin uzunluğundan üç dəfə artıq dartıldıqda qırılmayan və 5 dəqiqə müddətində, ilkin uzunluğu ilə müqaisədə 2 dəfə dartıldıqdan sonra ilkin uzunluğundan ən çoxu 1,5 dəfə artıq olan uzunluğa qayıdan fərqli sintetik tekstil materiallar.

b. Ağardılmamış iplik:

i) tərkibindəki liflərin təbii rəngində olan, ağardılmaya, boyanmaya (əksərən və ya hissə-hissə) və ya çap olunmaya məruz qalmamış; və ya

ii) didilmiş xammaldan hazırlanmış, qeyri-müəyyən rəngə malik olan («cod iplik»).

Bu cür iplik rəngsiz appretlə və ya davamsız (adi sabunla yuyulduqdan sonra itən boya) emala məruz qala bilər. Kimyəvi liflər isə tutqunlaşdırıcı maddələrlə emal oluna bilər (məsələn, titan dioksini).

v. Ağardılmış iplik:

i) ağardılma prosesini keçmiş, ağardılmış liflərdən hazırlanmış və ya , mətndə başqa şərt qoyulmayıbsa, ağ rəngə boyanmış (əksərən və ya hissə-hissə və ya ağ appretlə emal olunmuş.

ii) ağardılmamış və ağardılmış liflərin qarışıqlarından ibarət olan; və ya

iii) çoxeşməli (burulmuş) və ya təkeşməli iplik, ağardılmış və ya ağardılmamış liflərdən ibarət olan.

q. Rəngli (boyanmış və ya çap olunmuş) iplik:

i) ağdan və davamsız rəngdən başqa rəngə boyanmış, (əksərən və ya hissə-hissə) və ya çap olunmuş və ya boyanmış və ya çap olunmuş liflərdən hazırlanmış;

ii) müxtəlif rənglərə boyanmış liflərin qarışığından və ya ağardılmamış və ya ağardılmış liflərin boyanmış liflərlə qarışığından ibarət olan və ya noqtə təsəvvürü yaratmaq üçün bir və ya bir neçə rəngdə çap olunmuş iplik;

iii) çap olunmuş lentlər və zəif əyilmiş iplikdən alınmış; və ya

iv) ağardılmış və ya ağardılmamış və boyanmış iplikdən ibarət çoxeşməli (burulmuş) və ya təkeşməli iplik;

Yuxarıdakı təsvirlər həmçinin monosaplara və yastı və ya 54-cü qrupun analoji saplarına müəyyən dəyişikliklər edildikdə də tətbiq olunur.

d. Ağardılmamış parçalar:

ağardılmamış iplikdən hazırlanan və ya ağardılmaya, boyanmaya və ya çap olunmaya məruz qalmamış. Bu cür parçalar rəngsiz appretləşməyə və ya davamsız boyalarla boyanmaya məruz qala bilər.

e. Ağardılmış parçalar:

i) ağardılmış və ya mətndə başqa şərt qoyulmayıbsa, ağ rəngə boyanmış və ya ağ appretlə emal olunmuş, kəsik şəklində;

ii) ağardılmış iplikdən hazırlanmış; və ya

iii) ağardılmış və ya ağardılmamış ipliklərdən hazırlanmış.

j. Boyanmış parçalar:

i) hamarboyanmış parçalar, ağ rəngə boyanmışlardan başqa (əgər mətndə başqa şərt qoyulmayıbsa) və ya rəngli appterə məruz qalmış, ağ rəngdən başqa (əgər mətndə başqa şərt qoyulmayıbsa), kəsik şəklində; və ya

ii) birbirrəngli, öoyanmış iplikdən hazırlanmış.

z. Müxtəlif rəngli ipliklərdən hazırlanan parçalar:

i) müxtəlif rəngli və ya eyni rəngin müxtəlif çalarlarında olan iplikdən hazırlanmış (liflərinin təbii rəngindən başqa);

ii) ağardılmış və ya ağardılmamış və boyanmış ipliklərdən hazırlanmış; və ya

iii) ikirəngli və ya melanj (muxtəlif rəngli pambıq lif) iplikdən hazırlanmış.

(Bütün hallarda parçanın qırıqlarını və ya son kənarını təşkil edən saplar nəzərə alınmır).

i. Çap olunmuş parçalar:

  • müxtəlif rəngli ipliklərdən hazırlanmasından və ya hazırlanmamasından asılı olmayaraq, hissə-hissə çap olunmuş parçalar.
  • (Çap olunmuş parçalara həmçinin, üzərinə müxtəlif üsullarla, məsələn, fırça və ya pulvelzıtorlar, trafaretin köməyi ilə, flokirləşdirmə və ya batik üsulu ilə şəkil çəkilmiş parçalar da aiddir).
  • Merserləşmə ipliyin və ya parçanın yuxarıda göstərilən təsvirlərə əsasən təsnif olunmasına təsir göstərmir.
  • Yuxarıda göstərilmiş, yarımmövqelərə dair 1d-1i mövqelərində göstərilmiş təsvirlər maşınla və ya əllə toxunmuş trikotaj kətanlara da şamil edilir, müvafiq dəyişikliklər edildikdə.

k. Kətan toxunuşlu parçalar:

tərkibində, hər bir arğac sap növbə ilə sabit əsas sapların altından və üstündən keçən və hər bir əsas sap növbə ilə arğac sapların altından və üstündən keçməklə hazırlanan parçalar.

2A. 56-63-cü qruplardan təsnif olunan, iki və ya daha çox toxuculuq materialından ibarət olan məmulatlar, eyni toxuculuq materialından 50-55 qruplarda və ya 5809 mal mövqeyində məmulatların təsnifatı üçün bu bölmənin 2-ci qeydinə uyğun olaraq seçilməli, həmin toxuculuq materiallarından ibarət olan məmulatlar kimi baxılmalıdır.

2B. Yuxarıdakı qayda istifadə edilərkən:

a) qayda hasil olduqda, o hissə nəzərə alınır ki, o Əsas qaydaların interpritasiyasında verilən 3-cü bənddəki təsnifata uyğundur.

b) əgər toxuculuq məmulatlar fonlu parçadan ibarət olub, xovlu və ya burqudlu səthə malikdirsə, fonluq parça nəzərə alınmır

v) 5810 mal mövqeyində təsnif edilən naxışlı halda yalnız astarlıq parça nəzərə alınır. Lakin görünməyən fon üzərində tikmə məmulatları tikmə saplarına görə təsnif olunmalıdır.

Qrup 50. İpək

XİF ƏN-ın kodu

Mal mövqelərinin adları

Əlavə ölçü vahidi

Tarif dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə ABŞ dol. ilə)

 5001 00 000 0  Barama qurdunun baraması, açılmaya yararlı  -  0
 5002 00 000 0  Xam ipək (eşilməmiş)  -  0.5
 5003  İpək tullantıları (açılmaq üçün yararsız barama, əyirmə tullantıları və didilmiş xammal daxil olmaqla);    
 5003 10 000 0  - kardo- və daraqla daramaya məruz qalmamış  -  15
 5003 90 000 0  - digərləri  -  15
 5004 00  ipək iplik, pərakəndə satış üçün bükülüb çəkilməmiş (ipək tullantılarından iplik istisna olmaqla):    
 5004 00 100 0  - ağardılmamış, yuyulmuş və ya ağardılmış  -  5
 5004 00 900 0  - digəri  -  5
 5005 00  İpək tullantılarından iplik, pərakəndə satış üçün bükülüb çəkilməmiş:    
 5005 00 100 0  - ağardılmamış, yuyulmuş və ya ağardılmış  -  5
 5005 00 900 0  - digəri  -  5
 5006 00  İpək iplik və ipək tullantılarından hazırlanan iplik, pərakəndə satış üçün bükülüb, çəkilmiş; barama fibroinindən lif:    
 5006 00 100 0  - ipək iplik  -  15
 5006 00 900 0  - daraqağzı ipəkdən və ya digər ipək tullantılarından hazırlanan iplik; ketqut  -  15
 5007  İpək sapından və ya ipək tullantılarından parçalar:    
 5007 10 000 0  - daraqağzı ipəkdən hazırlanan parçalar  m2  15
 5007 20  - digər parçalar, tərkibində 85 kütlə % və ya çox ipək sap və ya ipək tullantıları olan, daraqağzı ipəkdən başqa:    
   -- krep parçalar:    
 5007 20 110 0  --- ağardılmamış, yuyulmuş və ya ağardılmış  m2  15
 5007 20 190 0  --- digərləri  m2  15
   -- eponj, xabutay, xonan, çesuça, kora və digər anoloji, tamamilə ipək saplardan hazırlanmış Uzaq Şərq parçaları, (daraqağzı ipək, digər ipək tullantıları və ya digər tekstil materialları ilə qarışdırılmamış):    
 5007 20 210 0  --- kətan toxunuşlu, ağardılmamış, sonradan emal edilməmiş, yuyulmaqdan başqa  m2  15
   ---digərləri:    
 5007 20 310 0  ---- kətan toxunuşlu  m2  15
 5007 20 390 0  ---- digərləri  m2  15
   -- digəri:    
 5007 20 410 0  --- şəffaf parçalar (ajur toxunuşlu)  m2  15
   --- digərləri:    
 5007 20 510 0  ---- ağardılmamış, yuyulmuş və ya ağardılmış  m2  15
 5007 20 590 0  ---- boyanmış  m2  15
   ---- müxtəlif rəngli ipliklərdən:    
 5007 20 610 0  ----- eni 57 sm-dən artıq, lakin 75 sm-dən çox olmayan  m2  15
 5007 20 690 0  ----- digərləri  m2  15
 5007 20 710 0  ---- naxışlı  m2  15
 5007 90  - digər parçalar:    
 5007 90 100 0  -- ağardılmamış, yuyulmuş və ya ağardılmış  m2  15
 5007 90 300 0  -- boyanmış  m2  15
 5007 90 500 0  -- müxtəlif rəngli ipliklərdən  m2  15
 5007 90 900 0  -- naxışlı  m2  15
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb