Qeydlər:
Bu qrupa aşağıdakılar daxil olunmur:
a) insan saçından süzgəc parçalar
(5911 mal mövqeyi);
b) krujeva, tikmə və digər güllü
ornamentləri olan tekstil məmulatları (XI bölmə);
v) ayaqqabı (qrup 64) ;
q) baş geyimləri və ya saçlar
üçün torlar (qrup 65);
d) oyuncaqlar, idman inventarı
və karnaval ləvazimatları (qrup 95); və ya
e) lələkdən süpürgələr, pudralar
üçün yastıqlar və ya saçdan ələklər (qrup 96);
6701 mal mövqeyinə aşağıdakılar
daxil edilmir:
a) tük və ya pərqunun yalnız
doldurucu material kimi istifadə olunduğu məmulatlar (məsələn,
9404 mal mövqeyindəki yataq məmulatları);
b) pərqu və lələyin yalnız bəzək
və ya doldurucu kimi istifadə olunduğu paltar predmetləri və
ya ləvazimatları;
v) 6702 mal mövqeyində təsnif
olunan süni güllər və yarpaqlar və ya onların hissələri, hazır
məmulatlar.
6702 mal mövqeyinə aşağıdakılar
daxil olunmur:
a) şüşə məmulatları (qrup 70);
və ya
b) keramika, daş, metal, ağac
və ya bütöv məmulat şəklində digər materiallardan süni çiçəklər,
yarpaqlar və ya meyvələr, tökmə, döymə, kəsmə (oyma), ştamplama
və ya başqa üsullarla hazırlanmış, və ya istənilən üsulla bir-birinə
bərkidilmiş hissələrdən ibarət olan, hörmə, yapışdırılma, yığma
və ya analoji üsulla alınan məmulatlardan başqa.