Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Qrup 75 Nikel və ondan hazırlanan məmulatlar

Qeyd:

1. Bu qrupda işlədilən terminlər aşağıdakı mənaları daşıyır:

a) Çubuqlar —yayılmış, preslənmiş, dartılmış və ya döyülmüş məmulatlar, buxtalara sarınmamış və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, aval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaqlı və ya düzgün qabarıq çoxbucaqlı («yastı dairələr» və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə — bərabər uzunluqlu və paralel düzxətli olan «şəkildəyişmiş düzbucaqlılar» daxil olmaqla) şəklində olan. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaqlı və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı (şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni forma və ölçülü, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

b) Profillər- yayılmış, preslənmiş, dartılmış, döyülmüş və ya formalanmış məmulatlar, buxtalara sarınmış və ya sarınmamış, bütün uzunluğu boyu sabit en kəsiyi olan və məftil, çubuq, plitə, təbəqə (vərəq), zolaq və ya lent, folqa, boru və ya borucuqlar anlayışına uyğun gəlməyən. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni formalı, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

v) Məftil — yayılmış, preslənmiş və ya dartılmış və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, oval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı («yastı dairələr» və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə — bərabər uzunluqlu və paralel düzxətli olan «şəkildəyişmiş düzbucaqlılar» daxil olmaqla) şəklində olan məmulatlar. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaqlı və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı («şəkildəyişmiş düzbucaqlılar» daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır.

q) Plitələr, təbəqələr, zolaqlar və ya lentlər və folqa- yastı məmulatlar (7502 mal mövqeyində təsnif olunan emal olunmamış məmulatlardan başqa), rulonlara bükülmüş və ya bükülməmiş və tam düzbucaqdı (kvadratdan başqa) en kəsiyi olan, dəyirmilənmiş və ya dəyirmilənməmiş bucaqlarla («yastı dairələr» və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə — bərabər uzunluqlu və paralel düzxətli olan «şəkildəyişmiş düzbucaqlılar» daxil olmaqla), sabit qalınlıqlı:

düzbucaqlı (kvadrat daxil olmaqla) formalı, qalınlığı eninin 0,1-dən artıq olmayan;

düzbucaqlı və kvadratdan fərqli, istənilən ölçülü formalarda, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

7506 mal mövqeyinə, inter alia, səthi relyefli olan (məsələn, çöküklər, çıxıntılar, məsalmələr (damalar), romblar) plitələr, təbəqələr, zolaqlar və ya lentlər və folqa, eləcə də perforasiya olunmuş, büzməli, cilalanmış və ya üzlüklü, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

d) Borular və borucuqlar —buxtalara sarınmış və ya sarınmamış, bütün uzunluğu boyu, dairə, oval, düzbucaqlı (kvadrat daxil olmaqla) , bərabərtərəfli üçbucaqlı və ya divarının qalınlığı sabit olan, düzgün qabarıq çoxbucaqlı formasında, yalnız bir qapalı sabit en kəsikli, içiboş məmulatlar. En kəsiyi düzbucaqdı (kvadrat daxil olmaqla), bərabərtərəfli üçbucaqlı və ya düzgün qabarıq çoxbucaqlı şəklində olan, bucaqları bütün uzunluğu boyu dəyirmilənmiş məmulatlar da borulara və borucuqlara aid edilir, bir şərtlə ki, onların daxili və xarici en kəsikləri konsentrik, eyni formalı və eyni oriyentasiyalı olsun. Yuxarıda göstərilən en kəsikli borular və borucuqlar cilalanmış, üzlüklü, əyilmiş, kəsikli, deşilmiş, daraldılmış, genişləndirilmiş, konus şəklinə salınmış və ya flans, manjet və ya halqa şəkilli sonluğu olan.

Yarımmövqelərə dair qeydlər:

1. Bu qrupda istifadə olunan terminlər aşağıdakıları bildirir:

a) Aşqarlanmamış nikel — tərkibində cəmi 99 kütlə % nikelli kobalt olan metallar, bir şərtlə ki:

i) kobalt 1,5 kütlə % -dən artıq olmasın;

ii) tərkibində digər elementlər aşağıdakı cədvəldə göstərilən həddən artıq olmasın:

Digər elementlər

Element

Tərkib həddi, kütlə %-i

Fe dəmir

0,5

O oksigen

0,4

Digər elementlər (onların hər biri üçün)

0,3

b) Nikel ərintiləri- tərkibində nikel kütləsinə görə, bütün digər elementlərdən artıq olan, bir şərtlə ki:

i) tərkibində kobalt 1,5 kütlə %-dən artıq olsun;

ii) digər elementlərin heç olmasa birinin kütləsi yuxarıdakı cədvəldə göstərilən həddən artıq olsun; və ya

iii) nikel və kobaltdan başqa digər elementlərin kütləsi 1 kütlə %-dən artıq olsun.

1. Bu qrupa 1v qeydinin şərtlərinə baxmayaraq, 7508 10 yarımmövqeyinin daxilində «məftil» termini yalnız buxtalara sarınmış və ya sarınmamış, ölçüsü 6 mm-dən artıq olmayan istənilən formalı en kəsiyi olan məmulatları bildirir.

xif mn-inkodu mal mövqelərinin adlari əlavə ölçü vahidi tarifdərəcəsi (gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə abş dol. ilə)
qrup 75 nikel və ondanhazirlanan məmulatlar    
7501 nikel şteyni, nikel oksidləri aqlomeratlari və nikel metallurgiyasinin digər araliq məhsullari:    
7501 10 000 0 – nikel şteyni 0,5
7501 20 000 0 – nikel oksidləri aqlomerati və nikel metallurgiyasinin digər araliq məhsullari 0,5
7502 emal olunmamiş nikel:    
7502 10 000 0 – aşqarlanmamiş nikel 0,5
7502 20 000 0 – nikel ərintiləri 0,5
7503 00 nikel tullantilari və qirintilari:    
7503 00 100 0 – aşqarlanmamiş nikeldən 0,5
7503 00 900 0 – nikel ərintilərindən 0,5
7504 00 000 0 nikel tozlari və pulcuqlari 0,5
7505 nikel çubuqlar, profillər və məftillər:    
  – çubuqlar və profillər:    
7505 11 000 0 – – aşqarlanmamiş nikeldən 0,5
7505 12 000 0 – – nikel ərintilərindən 0,5
  – məftil:    
7505 21 000 0 – – aşqarlanmamiş nikeldən 0,5
7505 22 000 0 – – nikel ərintilərindən 0,5
7506 nikel plitələr, təbəqələr, zolaqlar və ya lentlər və folqalar:    
7506 10 000 0 – aşqarlanmamiş nikeldən 0,5
7506 20 000 0 – nikel ərintilərindən 0,5
7507 nikeldən borular, borucuqlar və onlar üçün fitinqlər (məsələn, muftalar, dirsəklər, flanslar):    
  – borular və borucuqlar:    
7507 11 000 0 – – aşqarlanmamiş nikeldən 0,5
7507 12 000 0 – – nikel ərintilərindən 0,5
7507 20 000 0 – boru və ya borucuqlar üçün fitinqlər 0,5
7508 nikeldən olan digər məmulatlar:    
7508 10 000 0 – nikel tellərindən parça, şəbəkə və torlar 0,5
7508 90 000 0 – digərləri 0,5
Rəsmi məlumatlar Arxiv    
04.10.2008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də ABŞ dövlət katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq münasibətlərinin bugünkü vəziyyəti, inkişaf istiqamətləri və gələcək perspektivləri, habelə bir sıra beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb