Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
   

Qrup 76 Alüminium və ondan hazırlanan məmulatlar

Qeyd:

1. Bu qrupda istifadə olunan terminlər aşağıdakı mənaları bildirir:

a) Çubuqlar yayılmış, preslənmiş və ya döyülmüş və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, oval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan məmulatlar. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaq və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı (şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni forma və ölçülü, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

b) Profillər- yayılmış, preslənmiş, dartılmış və ya döyülmüş, buxtalara sarınmış və ya sarınmamış və bütün uzunluğu boyu sabit en kəsiyi olan və çubuq, məftil, təbəqə (vərəq), plitə, zolaq və ya lent, folqa, boru və ya borucuq anlayışlarına uyğun gəlməyən məmulatlar. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni formalı, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

v) Məftil- buxtalara sarınmış, yayılmış, preslənmiş və ya döyülmüş və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, oval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan məmulatlar. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaq və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı (şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır.

q) Plitələr, təbəqələr (vərəqlər), zolaqlar və ya lentlər və folqa - yastı məmulatlar (7601 mal mövqeyində təsnif olunan emal olunmamış məmulatlardan başqa), rulonlara bükülmüş və ya bükülməmiş və tam düzbucaqdı (kvadratdan başqa) en kəsiyi olan, dəyirmilənmiş və ya dəyirmilənməmiş bucaqlarla (yastı dairələr və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan şəkildəyişmiş düzbucaqlılar daxil olmaqla), sabit qalınlıqlı:

  • - düzbucaqlı (kvadrat daxil olmaqla) formalı, qalınlığı eninin 0,1-dən artıq olmayan;
  • - düzbucaqlı və kvadratdan fərqli, istənilən ölçülü formalarda, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

7606 və 7607 mal mövqelərinə, inter alia, səthi relyefli olan (məsələn, çöküklər, çıxıntılar, məsalmələr (damalar), romblar) plitələr, təbəqələr, zolaqlar və ya lentlər və folqa, eləcə də perforasiya olunmuş, büzməli, cilalanmış və ya üzlüklü, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

d) Borular və borucuqlar buxtalara sarınmış və ya sarınmamış, bütün uzunluğu boyu, dairə, oval, düzbucaqlı (kvadrat daxil olmaqla) , bərabərtərəfli üçbucaqlı və ya divarının qalınlığı sabit olan, düzgün qabarıq çoxbucaqlı formasında, yalnız bir qapalı sabit en kəsikli, içiboş məmulatlar. En kəsiyi düzbucaqdı (kvadrat daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı şəklində olan, bucaqları bütün uzunluğu boyu dəyirmilənmiş məmulatlar da borulara və borucuqlara aid edilir, bir şərtlə ki, onların daxili və xarici en kəsikləri konsentrik, eyni formalı və eyni oriyentasiyalı olsun. Yuxarıda göstərilən en kəsikli borular və borucuqlar cilalanmış, üzlüklü, əyilmiş, kəsikli, deşilmiş, daraldılmış, genişləndirilmiş, konus şəklinə salınmış və ya flans, manjet və ya halqa şəkilli sonluğu olan.

Yarımmövqelərə dair qeydlər:

1. Bu qrupda istifadə olunan terminlər aşağıdakıları bildirir:

a) Aşqarlanmamış (legirlənməmiş) alüminium tərkibində alüminium 99 kütlə %-dən az olmayan metallar, bir şərtlə ki, metalın tərkibindəki digər elementlərdən heç birinin kütlə %-i aşağıdakı həddən artıq olmasın:

Digər elementlər

Element

Kütlə %-nin həddi

Fe+Si

(dəmir+silisium)

1,0

Digər elementlər1 (hər biri üçün)

0,12

1 Bu elementlər digər elementlərə aid olunur, məsələn, xrom, mis, maqnezium, nikel və sink (Cr, Cu, Mg, Mn, Ni, Zn)

2 Mis tərkibi 0,1 kütlə %-dən çox ola bilər, lakin 0,2 kütlə %-dən artıq olmasın. Bir şərtlə ki, bu zaman xrom və ya manqan 0,05 kütlə %-dən artıq olmasın.

b) Alüminium ərintiləri tərkibində alüminium kütləsinə görə digər elementlərdən çox olan metal ərintiləri, bir şərtlə ki:

i) digər elementlərin heç olmasa birinin və ya birlikdə götürülmüş dəmir və silisiumun kütləsi yuxarıdakı cədvəldə göstərilən həddi aşsın; və ya

ii) digər elemenlərin hamısı birlikdə 1kütlə %-dən artıq olsun.

2. Bu qrupa 1v qeydinin şərtlərinə baxmayaraq, 7616 91 yarımmövqeyi daxilində məftil termini yalnız buxtalara sarınmış və ya sarınmamış, ölçüsü 6 mm-dən artıq olmayan istənilən en kəsikli məmulatları bildirir.

xif mn-inkodu mal mövqelərinin adlari əlavə ölçü vahidi tarifdərəcəsi (gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə abş dol. ilə)
qrup 76 alüminium və ondan hazirlanan məmulatlar    
7601 emal olunmamiş alüminium:    
7601 10 000 0 – aşqarlanmamiş alüminium 3
7601 20 – alüminium ərintiləri:    
7601 20 100 0 – – ilkin 3
  – – təkrar:    
7601 20 910 0 – – –külçə və ya maye halinda 3
7601 20 990 0 – – – digərləri 3
7602 00 alüminium tullantilari və qirintilari:    
  – tullantilar:    
7602 00 110 0 – – tokar yonqarlari, kəsiklər, yonqar qiriqlari, frezer istehsali tullantilari, kəpəklər və kəsiklərin tullantilari; qalinliği0,20 mm-dən (əsasi hesablanmadan)çox olmayan, rənglənmiş, müxtəlif üzlüklü və ya birləşmiş təbəqə və folqalarin tullantilari 3
7602 00 190 0 – – digərləri (brak edilmiş məmulatlar daxil olmaqla) 3
7602 00 900 0 – qirintilar 3
7603 alüminium tozlari və pulcuqlari:    
7603 10 000 0 – laysiz quruluşlu tozlar 3
7603 20 000 0 – layli quruluşlu tozlar; pulcuqlar 3
7604 alüminium çubuqlar və profillər:    
7604 10 – aşqarlanmamiş alüminiumdan:    
7604 10 100 0 – – çubuqlar 3
7604 10 900 0 – – profillər 3
  – alüminium ərintilərindən:    
7604 21 000 0 – – içi boş profillər 3
7604 29 – – digərləri:    
7604 29 100 0 – – – çubuqlar 3
7604 29 900 0 – – – profillər 3
7605 alüminium məftil:    
  – aşqarlanmamiş alüminiumdan:    
7605 11 000 0 – – en kəsiyinin maksimal ölçüsü 7 mm-dən çox 3
7605 19 000 0 – – digəri 3
  – alüminium ərintilərindən:    
7605 21 000 0 – – en kəsiyinin maksimal ölçüsü 7 mm-dən çox 3
7605 29 000 0 – – digəri 3
7606 qalinliği 0,20 mm-dən çox alüminium plitələr, təbəqələr, zolaqlar və ya lentlər:    
  – düzbucaqli (kvadrat daxil olmaqla):    
7606 11 – – aşqarlanmamiş alüminiumdan:    
7606 11 100 0 – – – boyanmiş, laklanmiş və ya plastmass ilə örtülmüş 3
  – – – digərləri, qalinliği:    
7606 11 910 0 – – – – 3 mm-dən az 3
7606 11 930 0 – – – – 3 mm-dən az olmayaraq, lakin 6 mm-dən az 3
7606 11 990 0 – – – – 6 mm-dən az olmayaraq 3
7606 12 – – alüminium ərintilərindən:    
7606 12 100 0 – – – jalyüzlər üçün zolaqlar 3
  – – – digərləri:    
7606 12 500 0 – – – – boyanmiş, laklanmiş və ya plastik kütlə ilə örtülmüş 3
  – – – – digərləri, qalinliği:    
7606 12 910 0 – – – – – 3 mm-dən az 3
7606 12 930 0 – – – – – 3 mm-dən az olmayaraq, lakin 6 mm-dən az 3
7606 12 990 0 – – – – – 6 mm-dən az olmayaraq 3
  – digərləri:    
7606 91 000 0 – – aşqarlanmamiş alüminiumdan 3
7606 92 000 0 – – alüminium ərintilərindən 3
7607 alüminium folqalari (kağizdan, kartondan, plastik kütlədən və ya analoji materiallardan olan əsasla və ya əsasi olmayan), qalinliği (əsasi hesablanmadan) 0,20 mm-dən çox olmayan:    
  – əsasi olmayan:    
7607 11 – – yayilmiş, lakin sonraki emala məruz qalmamiş:    
7607 11 100 0 – – – qalinliği 0,021 mm-dən az 3
7607 11 900 0 – – – qalinliği 0,021 mm-dən az olmayaraq, lakin 0,2 mm-dən çox olmayan 3
7607 19 – – digəri:    
7607 19 100 0 – – – qalinliği 0,021 mm-dən az 3
  – – – qalinliği 0,021 mm-dən az olmayaraq, lakin 0,2 mm-dən çox olmayan:    
7607 19 910 0 – – – – özüyapişan 3
7607 19 990 0 – – – – digəri 3
7607 20 – əsasla:    
7607 20 100 0 – – qalinliği (əsasi hesablanmadan) 0,021 mm-dən az 3
  – – qalinliği (əsas hesablanmadan) 0,021 mm-dən az olmayaraq, lakin 0,20 mm-dən çox olmayan:    
7607 20 910 0 – – – özüyapişan 3
7607 20 990 0 – – – digəri 3
7608 alüminium borulari və borucuqlari:    
7608 10 000 – aşqarlanmamiş alüminiumdan:    
7608 10 000 1 – – mülki aviasiya üçün 0,5
7608 10 000 9 – – digərləri 3
7608 20 – alüminium ərintilərindən:    
7608 20 200 – – qaynaq edilmiş:    
7608 20 200 1 – – – mülki aviasiya üçün 0,5
7608 20 200 9 – – – digərləri 3
  – – digərləri:    
7608 20 810 0 – – – ekstrudisiyadan sonra emal edilməmiş 3
7608 20 890 0 – – – digərləri 3
7609 00 000 0 borular və borucuqlar üçün alüminium fitinqlər (məsələn, muftalar, dirsəklər, flanslar) 5
7610 alüminium metal konstruksiyalar (9406 mal mövqeyində təsnif edilən yiğma inşaat metal konstruksiyalarindan başqa)və onlarin hissələri (məsələn, körpülər və onlarin seksiyalari, qüllələr, şəbəkəli dirəklər, dam örtükləri, inşaat fermalari, qapilar, pəncərələr və onlarin çərçivələri, qapi astanalari, sürahibəndlər, dayaqlar və sütunlar);metal konstruksiyalarinda istifadə üçün nəzərdə tutulmuş təbəqələr, çubuqlar, profillər, borular və analoji alüminium məmulatlari:    
7610 10 000 0 – qapilar, pəncərələr və onlarin çərçivələri, qapilar üçün kandarlar 15
7610 90 – digərləri:    
7610 90 100 0 – – körpülər və onlarin seksiyalari, qüllələr və şəbəkəli dirəklər 15
7610 90 900 0 – – digərləri 15
7611 00 000 0 rezervuarlar, sisternlər, çənlər və istənilən maddələr üçün analoji alüminium qablar (sixilmiş və yamayeləşdirilmiş qazlardan başqa), 300 l-dən artiq tutumda, üzlənmiş və ya istilik izolyasiyasi ilə və ya onlarsiz, lakin mexaniki və ya istilik texnikasi avadanliqlari olmadan 15
7612 çəlləklər, barabanlar, bankalar, yeşiklər və analoji alüminium qablar (bərk və ya deformasiya olunan boruşəkilli qablar daxil edilməklə), istənilən maddələr üçün (sixilmiş və ya mayeləşdirilmiş qazlardan başqa), tutumu 300 l-dən çox olmayan, üzlənmiş və ya istilik izolyasiyasi ilə və ya onlarsiz, lakin mexaniki və ya istilik texnikasi avadaqliqlari olmadan:    
7612 10 000 0 – deformasiya olunan boruşəkilli qablar 15
7612 90 – digərləri:    
7612 90 100 0 – – bərk silindrik qablar 15
7612 90 200 0 – – aerozollar üçün istifadə olunan qablar əd 15
  – – digərləri, tutumlari:    
7612 90 910 0 – – – 50 l və yadaha çox 15
7612 90 980 0 – – – 50 l-dən az 15
7613 00 000 0 sixilmiş və ya mayeləşdirilmiş qazlar üçün alüminium qablar 15
7614 alüminiumdan burulmuş məftillər, troslar, hörmə şnurlar və analoji məmulatlar, elektrik izolyasiyasi olmayan:    
7614 10 000 0 – polad millə 15
7614 90 000 0 – digərləri 15
7615 alüminiumdan yeməkxana, mətbəx və ya digər məişət ehtiyatlari üçün məmulatlar və onlarin hissələri; alüminiumdan mətbəx qablarini təmizləmək üçün liflər, təmizləmə və yapardaxlama üçün yastiqciqlar, əlcəklər və analoji məmulatlar; alüminiumdan sanitar-texniki avadanliqlar və onlarin hissələri:    
  – yeməkxana, mətbəx və ya məişət ehtiyaclari üçün digər məmulatlar və onlarin hissələri; mətbəx qablarinin təmizlənməsi üçün liflər, təmizləmə və pardaxlama üçün yastiqciqlar, əlcəklər və analoji məmulatlar:    
7615 11 000 0 – – mətbəx qablarinin təmizlənməsi üçün liflər, təmizləmə və ya pardaxlama üçün yastiqciqlar, əlcəklər və analoji məmulatlar 15
7615 19 – – digərləri:    
7615 19 100 0 – – – tökmə 15
7615 19 900 0 – – – digərləri 15
7615 20 000 0 – sanitar-texniki avadanliqlar və onlarin hissələri 15
7616 alüminiumdan digər məmulatlar:    
7616 10 000 0 – mixlar, knopkalar, dəmirbənd (8305 mal mövqeyində təsnif edilənlərdən başqa), vintlər, boltlar, qaykalar, burulan qarmaqlar, pərçimlər, şponkalar, şplintlər, şaybalar və analoji məmulatlar 15
  – digərləri:    
7616 91 000 0 – – alüminium məftildən parça, şəbəkə, tor və çəpərlər 15
7616 99 – – digərləri:    
7616 99 100 0 – – – tökmə 15
7616 99 900 0 – – – digərləri 15
Rəsmi məlumatlar Arxiv    
23.08.2008
Azərbaycan-Tğrkiyə əlaqələri ən yğksək zirvədədir
Avqustun 20-də Tğrkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda işgğzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Döstluq zəminində qurulan Azərbaycan-Rumıniya münasibətləri çox sürətlə inkişaf edir
Avqustun 20-də Rumıniya Prezidenti Trayan Besesku Bakıya işgüzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-34-cü kilometrinin yenidənqurmadan sonra açılışı olmuşdur
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Daha ətraflı
23.08.2008
Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri
Avqustun 22-də Xızı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeyin təntənəli açılışı olmuşdur.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb